Biya çayı
Biya (c.alt. Бий-суу: Bıy — «bəy», suu — «su»[1]) — Altay Respublikası və Altay diyarı ərazisindən axan, Ob çayını sağ qolunu təşkil edən çay.
Biya çayı | |
---|---|
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 436 m |
Mənsəbi | Ob |
Uzunluğu | 301 km |
Su sərfi | 477 m³/s |
Hövzəsinin sahəsi | 37000 km² |
|
|
DSR | 13010100212115100000014 |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Çayın uzunluğu — 301 km, hövzəsinin sahəsi — 37 000 km² təşkil edir. Teleskoe gölündən başlayaraq Katun çayı ilə birləşir, sonradan isə Ob çayın məbərində bu çayı əmələ gətirir. Yuxarı axarkarda çayı suyu nisbətən soyuqdur (10-15 °C), aşağıya doğru isə temperaturu qalxır.
Çay turistik məqsədlərlə istifadə edilir. Burada çoxlu sayda astana vardır. Onların hündürlüyü bəzən bir metrə çatır[2]. Əsas astabaları: Yurtok, Pıjinski, Kebezenski, Sarıkoşinski, Turaçok kəndində yerləşən Kipyatok. Sonuncu astana Udalovka kəndində yerləşir. Ən sürətli axın 1-1.5 m/s təşkil edir.
Hidrologiya
Çayın qidalanmasında ısas rolu qar və yağış suları tutur. Çaya axan suyun böyük qimini Çulişman çayı verir. Bu çay Teleskoe gölünə tökülür. Gursululuq davamlıdır. İllik su sərfiyyatı 477 m³/s təşkil edir. Çay yuxarı axarda noyabrın sonu dekabrın əvvəlləri donur. Buzdan azad olma yuxarı axarlarda aprelin əvvələri, aşağı axarda isə aprelin ortalarına təsadüf edir.
1936—1989 illər üzrə susərfiyyatı[3]
Əsas qolları
- 64 km: Bextemir (sağ) — uzunluğu 117 km
- 68 km: Talaya çayı (sol)
- 85 km: Souskanixa (sol)
- 92 km: Nenya (sağ) — uzunluğu 185 km
- 120 km: Çapşuşka (sol)
- 129 km: Kaja (sol) — uzunluğu 63 km
- 133 km: Orqa çayı (sol)
- 154 km: Uçurqa (sağ)
- 163 km: Balıksa çayı (sol)
- 166 km: Böyük Kuyut (sağ)
- 180 km: Tibezya (sol)
- 190 km: Uşpa (sağ)
- 194 km: Ulmen (sağ)
- 208 km: Polış (sol)
- 210 km: Alemçir (sağ)
- 215 km: Lebed çayı (sağ) — длина 175 км
- 238 km: Tandoşka (sağ)
- 243 km: Vava çayı (sol)
- 252 km: adsız (sağ)
- 259 km: Tukoy (sağ) — uzunluğu 54 km
- 273 km: Sarakokşa (sol) — uzunluğu 90 km
- 278 km: Kebezenka (sağ)
- 286 km: Pıja çayı (sol) — uzunluğu 103 km
- 299 km: Yurtok çayı (sağ)
Yaşayış məntəqələri (mənbədən mənsəbə)
Biya çayının axarı boyunca yerləşən yaşayış məntəqələri: Artıbaş, İoqan, Ust-Pıja, Kebezen, Tuloy, Verx-Biysk, Tondoşka, Turaçok, Ust-Lebed, Udalovka, Dmitrievka, Şunarak, Ozero-Kureevo, Ust-Kuyurt, Balıksa, Saydıp, Sisnovka, Staraya Ajinka, Feşrunze adına, Ust-Kaja, Novaya Ajinka, Lebyaje, Promışlennı, Novikovo, Sauskanixa, Usyatskoe, Мальцева Курья, Klyuçi, Stan-Bextemir, Maloyeniseyskoye, Yeniseyskoye, Malouqrenno, Biysk, Sorokino.
Çayın mənbəyi iki kəndin yaxınlığından başlayır Artıbaş və İoqan. İoqanda iri kolxoz mövcuddur. Turizm inkişaf etdirilir. Poçt daimi fəaliyyət göstərir. Artıbaşda «Zolotoe ozero» istirahət düşərgəsi mövcuddur.
Verx-Biyskdə bir çox mağazalar vardır. Bu kənddən Qorno-Altaya yol gedir.
Turoçak Altay Respublikasında rayon mərkəzidir. Burada internet, beynəlxaq telefon xətti və Qorno-Alyaya gedən yol vardır. Qorno-Altay, Biyska avtobuskar işləyir.
Udalovka kəndi yaxınlığında Biyanın sol sahilində İkanostas qayası yerləşir. 1940-ci ildə məktəb müəllimi Turoçaka kəndinin sakini İvan Sıçyov Qayada Lelinin barelefini hazırlamıışdır.
Biysk şəhəri Biya və Katuni çaylarının bitişdiyi 30 km yuxarı axarda yerləşir.
Naviqasiya
2009-cu ilə olan məlumata görə Biya çayı mənsəbdən Biyski çay limanına qədər gəmiçilin üçün yararlıdır (22 км).
60-х — 80-х illərdə mövcud olmuş daimi naviqasiya (sərnişin və meşə materiallarının daşınması):
- yaz-yay dövrü (iyunun ortalarına qədər) — bütün axar boyunca;
- yay dövrü (iyunun ortalarından — avqustun ortalarına) — Turoçak kəndinə qədər;
- payız dövrü (avqustun ortalarından donana qədər) — Ozero-Kureevo kəndinə qədər.
Biysk su idmanı direktoru Viktir Frankın sözlərinə görə Kommulanı körpüsündə sonuncu gursululuq 2006-cı ildə müşahidə edilmişdir[4].
Körpülər (Mənbədən mənsəbə)
- Artıbaş kəndi ilə İoqaç kəndi arasında körpü.
- Qorno-Altaysk — Turoçak magistralı üzərində körpü.
- М-52 magistralında (Biysk) körpü.
- Kommunalnı körpüsü.
- Biyskdə körpü.
İstinadlar
- Топонимический словарь Горного Алтая, О. Т. Молчанова, Горно-Алтайск, 1979, с.158.
- Отчет о водном путешествии второй категории сложности по Горному Алтаю (р. Бия) Arxivləşdirilib 2013-04-16 at Archive.today, 29.06 — 4.07.2002 г.
- Biya at Biysk Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine.
- "Почему Бия и Катунь сегодня реки не судоходные". 2016-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-10.