Bitlicə

Bitlicə — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]

kənd
Bitlicə
40°05′07″ şm. e. 44°34′43″ ş. u.
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1830
Mərkəzin hündürlüyü 1.100 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.335 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 25
Bitlicə xəritədə
Bitlicə
Bitlicə

Tarixi

Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

Toponim türk mənşəli bitli etnoniminə[4] -cə şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 20.VIII.1954 - cü il fərmanı ilə kəndin adı dəyişdirilib Bardzraşen qoyulmuşdur.

Əhalisi

Kənddə 1897-ci ildə 246 nəfər, 1914 - cü ildə 198 nəfər, 1916-cı ildə 195 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 85 nəfər azərbaycanlı yaşamışdır[6].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-53 - cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.39
  4. Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, «Ылым», 1988. s.33
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.46-47, 126-127
  6. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.45, 127
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.