Bitcoin

Bitcoin — 2008-ci ildə Satoşi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunmuş və 2009-cu ildə açıq-mənbəli proqram təminatı kimi istifadəyə verilmiş kriptovalyutadır.[1][2] Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən aslı deyil. Bitcoin heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa köçürülə bilir.

Bitcoin
Denominasiyalar
Simvol
İnkişafı
İlkin buraxılış 3 yanvar 2009
Vebsayt bitcoin.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bitcoin əməliyyatların təhlükəsizliyi bitcoin miner adlanan datapacklər tərəfindən təmin edilir.

Bitcoinləri almaq və ya başqa bir hesaba köçürmək üçün istifadəçinin bir və ya birdən çox bitcoin hesabı ola bilər. Bitcoin hesabı onlayn ola bilər: kompüterə, smartfona "rəqəmsal pulqabı" adlanan proqram yükləməklə əldə etmək olar.

Tarixi

Bitcoin-in Satoshi Nakamota adlı şəxs tərəfindən yaradıldığı düşünülür. Həmin şəxsin gizliliyi hələ də qorunur.

Bitcoin 3 yanvar 2009-cu ildə qurulmuşdur. Məqalənin tərtibatçısı Satoshi Nakamotadır. Əsl adı tam olaraq məlum deyil. Bitcoin-in ən çox istehsal oluna biləcək sayı əvvəlcədən tərtib olunmuş və 21 milyon ədədlə məhdudlaşdırılmışdır. İlk Bitcoin transferi Satoshi Nakamota tərəfindən köməkçisi Hal Finneyə köçürmə etməsi baş vermişdir. İlk alış-veriş 22 may 2010-cu ildə 10.000 Bitcoin müqabilində pizza almaqla gerçəkləşmişdir.[3]

22 iyul 2013-cü ildə dövriyyədəki Bitcoin-lərin ümumi dəyəri 1.2 milyard dollar olmuşdur.[4] Bu rəqəm 26 iyul 2020-ci ildə 182.967.290-a çatmışdır.[4] Hal-hazırda istehsal olunmuş Bitcoin sayı 18.443.043-ə çatmışdır.[5] Bu rəqəmin son saya — 21 milyona çatmağının mütəxəssislər tərəfindən qarşıdakı 80 il ərzində olması təxmin edilir.[mənbə göstərin]

İş prinsipi

Bitcoin yalnız təkrarlanan paylanmış blockchain verilənlər bazasında qeydlər şəklində mövcuddur ki, bütün əməliyyatlar ictimai, açıq (şifrələnməmiş) formada saxlanılır, göndəricilərin — alıcıların bitcoin ünvanlarını göstərir lakin bu ünvanların həqiqi sahibi haqqında məlumat yoxdur. Bazada hər hansı bir sahibdən bitcoinin cari miqdarı barədə ayrıca qeyd yoxdur. Yalnız əməliyyat zəncirləri əsasında müəyyən bir bitcoin ünvanı ilə əlaqəli bitcoinlərin cari sayı aydın olur. Yəni, 1 bitcoin ünvana gəldiyini, başqa bir əməliyyatla 2 bitcoinin eyni ünvana gəldiyini, üçüncü əməliyyatın bu ünvandan 1 bitcoin göndərdiyini görə bilərsiniz. Lakin verilənlər bazası hazırda bu ünvana neçə bitcoin verildiyi barədə ayrıca qeyd etmir — sadəcə istənilən vaxt asanlıqla hesablamaq imkanı verilir. Bu cür hesablamalar avtomatik olaraq müştəri proqramları tərəfindən aparılır, istifadəçi məlumatların parçalanmasını hiss edə bilməz.

Dizayn

Bitcoin və başqa kriptovalyutalar "mədənçilik" kimi tanınan proseslə yaradılır. Bu zaman çox güclü kompüterlər qəliz riyazi düsturları və tapmacaları çözmək üçün yarışırlar. Proses həm də nəhəng elektrik enerjisi sərfini tələb edir.[6]

İqtisadiyyat

Ponzi sistemi narahatlığı

Jurnalistlər,[7] iqtisadiyyatçılar[8][9]Estoniya Mərkəzi Bankı[10] Bitcoin-in ponzi sistemi olduğuna inandıqlarını demişdirlər. Çikaqo Universitetinin hüquq professoru Erik Posner 2013-cü ildə "Əsl ponzi sistemi saxtakarlıqdır. Bitcoin isə tam əksinə kollektiv aldatmaya oxşayır." demişdir.[11] 2014-cü ildə Dünya Bankı və İsveçrə Federal şurası qeydlər hazırlayaraq Bitcoin-in ponzi sisteminə əsaslanmadığı nəticəsinə gəldilər.[12][13]

Qiymət təxminləri

Maliyyə jurnalistləri, iqtisadiyyatçılar, analizçilər və investorlar Bitcoin-in qarşıdakı illərdəki qiymətini təxmin edirlər. İqtisadiyyatçı Con Quiqqin 2013-cü ilin aprelində "Bitcoin ən sonda pik nöqtəyə çatacaq. Amma bunun vaxtını demək mümkün deyil." demişdir.[mənbə göstərin] Buna oxşar digər bir təxmin 2014-cü ildə iqtisadiyyatçı Kevin Daud tərəfindən edilmişdir.[14]

Maliyyə professoru Mark Uilyam 2013-cü ilin dekabrında Bitcoin-in 2014-cü ildə 10$-dan aşağı düşəcəyini təxmin etdi.[15] Amma 2014-cü ildə ən aşağı qiymət aprel ayında 344$, iyul ayında isə 609$ oldu.[16] Uilyam 2014-cü ilin dekabrında Bitcoin haqda "Uğurlu olmağı çox aşağı ehtimaldır. Əgər uğurlu olsa, çox böyük olacaq." dedi.[17]

Nyu-York Universitetində maliyyə professoru olan David Yermak 2014-cü ilin noyabrında Bitcoin—in 2015-ci ilin noyabr ayında qiymətsiz olacağını dedi.[18] Amma həmin ildə (2014-cü ildə) Bitcoin-in ən aşağı qiyməti yanvar ayında 176.7$, noyabr ayında isə 309.9$ oldu.[mənbə göstərin]

2013-cü ilin mayında Bank of America FX və qiymət strateqi David Vu Bitcoin-in bir ədədinin maksimum 1.300$ olacağını təxmin etdilər.[19] Bitcoin investoru Kameron Uinklevoss isə 2013-cü ilin dekbarında Bitcoin-in qiymətinin 40.000$ ola biləcəyini demişdir.[20]

Qurtardı şayələri

Bitcoin-in qurtarması haqda bir çox xəbər mövcuddur.[21] 2015-ci ilin əvvəlində bir jurnalist Bitcoin-in qurtarmasına aid 29 xəbər hazırlamışdır.[21]

Forbes jurnalı 2011-ci ilin iyununda,[22] Gizmodo jurnalı isə həmin ilin avqustunda Bitcoin-in qurtardığını demişdir.[23] Wired jurnalı isə bu haqda xəbəri 2012-ci ilin dekabrında nəşr etmişdir.[24] Ouishare jurnalı 2013 mayda,[25] New York Magazine 2013 iyunda,[26] Reuters 2014 yanvarda,[27] Street Insider 2014 fevralda,[28] The Weekly Standart[29], Salon[30]Vice News 2014 martda,[31] Financial Times 2014 sentyabrda[32]USA Today isə 2015-ci ilin yanvar ayında Bitcoin-in qurtadığı haqda şayə xəbərlər nəşr etmişlərdir. Həmçinin keçmiş Bitcoin tərtibatçısı Mayk Hörn 2016-cı ilin yanvar ayında Bitcoin haqda "uğursuz layihə" ifadəsini istifadə etmişdir.[33]

Piter Qrinhill bu xəbərlərə qarşı "Bitcoin-in qurtarması şayələri çox şişirdildi." demişdir.[34]

Rəylər

Bəzi iqtisadiyyatçılar Bitcoin-ə müsbət baxsalar da, bəziləri şübhə ilə baxırlar. Chicago Fed-in iqtisadiyyatçısı François Velde Bitcoin-i "rəqəmsal pul yaratmağın incə üsulu" olaraq adlandırmışdır.[35] Digər bir iqtisadiyyatçı Con Quiqqin isə Bitcoin-ə "effektiv bazar hipnozunun son qarşılığı" olaraq rəy bildirdi.[mənbə göstərin]

Louis federal bankının müavini David Andolfatto Bitcoin-nin təşkilat üçün təhlükə oduğunu demişdir.[36][37][38]

PayPal-ın müdürü David Markus Bitcoin-i "əmanətləri saxlamaq üçün mükəmməl yer" olaraq adlandırır. Amma qiymətinin davamlı olaraq artıb-azalması bitənə qədər pul vahidi olmayacağını da deyir.[39] Bill Geyts Bloomberg LP-ə verdiyi müsahibədə "Bitcoin həyəcan vericidir. Çünkü nə qədər ucuz ola biləcəyini göstərir." demişdir.[40]

Braziliya,[41] Men adası,[42] Cersi,[43] Birləşmiş Krallıq[44]ABŞ kimi ölkələrin vəzifəli şəxsləri Bitcoin-in maliyyə xidmətləri verdiyini anladılar. Bitcoin doğru formada istifadə olunduqda fırıldaqçılığın qarşısını almaq və alış-verişi asanlaşdırmaq üçün siyasətçilərin və vəzifəlilərin də maraq dairəsi olur.[45][46][47]

Alış-verişdə istifadə

Niderlanddakı kafedə Bitcoin ilə ödəniş qəbul edilir (2013)
Vyanada Bitcoin ATM-si

2015-ci ildə Bitcoin ilə ödəniş qəbul edən KOM-ların (kiçik və orta müəssisələr) sayı 100 mini keçmişdir.[48] 2014-cü ildən bəri isə bəzi şirkətlər belə Bitcoin ilə ödəniş qəbul edir:

Alexa sırası Sayt
33 PayPal[49]
41 Microsoft[50]
328 Dell[51]
329 Newegg[52]
505 Overstock.com[53]
512 Expedia[54]
1,981 TigerDirect[55]
5,674 Dish Network[56]
7,038 Zynga[57]
30,565 Time[58]
176,903 PrivateFly[59]
253,983 Virgin Galactic[60]
348,010 Dynamite Entertainment[61]
1,145,668 Clearly Canadian[62]
Sacramento Kings[63]

Bunlardan başqa həmçinin Starbucks, Tesla, Amazon, Visa, PayPal, AirBaltic, Koka-Kola, LOT Polish Airlines, Lush və digər bir çox şirkət və saytlar da, Bitcoin ilə ödəniş qəbul edirlər.[64]

Qeyri-kommersiya təşkilatların rəyləri

Bitcoin The Electronic Frontier Foundation,[mənbə göstərin] Qrinpis,[65] Mozilla Fondu,[66] Vikimedia Fondu[67]Free Software Foundation tərəfindən qəbul edilmişdir.[68] 2013-cü ilin sonunda Nikosiya Universiteti Bitcoin ilə ödəniş qəbul edən ilk universitet oldu.[69][70][71]

Ödəniş təminatçıları

Bitcoin-i qəbul edən Dish Network kimi müəssisələr BitPay və Coinbase kimi ödəniş təminatçılarından istifadə edirlər. Müştəri Bitcoin ilə ödəniş etdikdə ödəniş təminatçısı ödənişi müəssisənin adından qəbul edir və məbləği satıcının bank hesabına göndərir. Bu xidmət üçün isə məbləğin 1%-dən az komissiya tutur.[72]

Pərakəndə istifadə

Hon-Konqda yerləşən bir texnologiya şirkətinin müdürü Tim Suansona görə 2014-cü ildə Bitcoin ilə edilən gündəlik pərakəndə alış təxminən 2.3 milyon dollardır.[73] Tim Suansonun digər təxmininə görə isə, 2015-ci il ferval ayında gündəlik pərakəndə alış-verişdə istifadə olunan Bitcoin-in 5.000-dən az olduğunu demişdir. 2014-cü ildə isə Bitcoin-in pərakəndə alışının çoxalması ehtimalının çox az olduğunu demişdir.[mənbə göstərin]

Ümumi istifadə

Kembric Universitetinin 2017-ci ildə etdiyi araşdırmada məlum olmuşdur ki, 2,9 milyon — 8 milyon aralığında istifadəçinin kriptovalyuta pul qabısı vardır.[mənbə göstərin] Ən çox istifadə olunan kriptovalyuta isə Bitcoin-dir.[mənbə göstərin]

İnvestisiya

Bitcoin bu gün çox güclüdür və güclü potensiala malikdir, ona görə də onun dəyərinin bəzi proqnozları sadəcə olaraq astronomikdir - 100 000 dollardan 1 milyon dollara qədər. Bəzi ekspertlərin fikirləri belə görünür:

İnvestor və Keizer Report analitika proqramının aparıcısı Maks Keizer, Bitcoin-dən qısa müddətdə 100.000 dollar, uzunmüddətli perspektivdə isə 400.000 dollar gəlir gözləyir. Maraqlıdır ki, Keizer aktivin cəmi 1 dollar dəyərində olduğu vaxt 100 min dollardan danışmışdı. Beləliklə, bu, ən qızğın bitcoin evangelistlərindən biridir.

Zəngin ata Kasıb ata kitabının bestseller müəllifi Robert Kiyosaki izləyicilərinə qızıl və bitkoin almağı tövsiyə edir. Onun fikrincə, yaxın üç il ərzində BTC 75 min dollara çatacaq.

Bitcoin-in arxasında duran adam və Blockstream-in CEO-su Adam Back yaxın bir neçə il ərzində sikkənin 300.000 dollara yüksələcəyini gözləyir. Eyni zamanda, onun fikrincə, bu, hətta institusional qəbulun artırılmasını tələb etmir. Özəl investorlar və sadə insanlar da kapitalı saxlamaq və onu inflyasiyadan xilas etmək variantları haqqında getdikcə daha çox düşünürlər.[74]

Sahibkarlıq

Piter Tiel kimi sahibkarlar Bitcoin-i almaq əvəzinə, onun infrastrukturunu müəssisələrə, birjalara, elektron pul qabı xidmətlərinə və başqa ödəniş təminatçılarına satırlar.[75] Bitcoin investorları həmçinin mədənçiliyə də investisiya edirlər.[76] 2015-ci ildə Paolo Taskanın apardığı araşdırmadan məlum olmuşdur ki, Bitcoin şirkətləri üç il ərzində təxmini 1 milyard dollar qazanmışdırlar.[77]

Cinayətlər

Cinayətkarlar tərəfindən Bitcoin-dən istifadə maliyyə tənzimləyicilərinin, qanunverici orqanların, hüquq-mühafizə orqanlarının və medianın diqqətini cəlb etmişdir.[78] FTB bu məsələ ilə bağlı təhqiqat hesabatı hazırlayıb.[79] SEC isə rəqəmsal pullara edilən investisiyalar haqqında xəbərdarlıq hazırlayıb.[78]

Bir çox xəbərlərdə Bitcoin-in məşhur olmasının səbəbi olaraq cinayət işlərində istifadə edilə bilməsi bildirilmişdir.[80][81] 2014-cü ildə Kentukki Universitetinin tədqiqatçıları kompüter mühəndislərinin və qanunsuz işlərlə məşğul olanların Bitcoin-ə maraqlarının olmasını və siyasi və investisiya baxımından məhdud dəstək olduğunu dedilər.[82]

Ponzi sistemi

Bitcoin istifadə edən bir şirkət investorlarına həftəlik 7% qazanc təklif etmişdir.[83] 2013-cü ilin iyul ayında ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası həmin şirkəti və təsisçisini eyni ildə "investorları aldadan ponzi sistemi" adı altında günahlandırdı.[83] 2014-cü ilin sentyabr ayında məhkəmə tərəfindən şirkətə 40 milyon dollar pul cəzası verildi.[84]

Təhlükəsizlik

Bitcoin-dən ödəniş sistemi kimi istifadə edildiyinə görə, bitcoin şəbəkəsinə real və ya nəzəri hücumlar düşünülmüşdür. Bitcoin protokolu icazəsiz xərcləmələrdən, ikiqat xərcləmədən, təkrar hücumlardan və blokçeyn saxtakarlığı kimi bəzi hücumlardan qoruyan bir neçə funksiyanı özündə ehtiva edir. Ödəniş sistemi 3D Secure tərəfindən qorunur.[85][86][87][88][89]

İcazəsiz xərcləmə

Bitcoin-in açıq-qapalı şifrələmə istifadə etməsi icazəsiz xərcləmələri azaldır.

Məsələn, Nuray Eminə bir Bitcoin göndərəndə Emin Bitcoin-in yeni sahibi olur. Bu əməliyyatı müşahidə edən Sevinc Eminin yeni sahib olduğu Bitcoin-i xərcləmək istəyə bilər. Amma Eminin özünəməxsus açarının məlumatı olmadan bunu etmək mümkün deyil.

İkiqat xərcləmə

İnternet ödəniş sisteminin həll etməli olduğu əsas problemlərdən biri ikiqat xərcləmədir. Bu halda hanısa bir istifadəçi eyni pulu iki və ya daha çox müxtəlif alıcıya ödəyə bilər.

Məsələn, Nuray bir Bitcoin-i Eminə sonra isə, həmin Bitcoin-i Sevincə göndərə bilər.

Bundan fərqli olaraq, Bitcoin şəbəkəsi bütün köçürmələri bütün istifadəçilərin görə biləcəyi blokçeyndə qeyd edir və beləcə bütün köçürmələri qeyd edərək daha əvvəl xərclənmiş Bitcoin-lərin ikinci dəfə xərclənməsinin qarşısını alır.[mənbə göstərin]

Blokçeyndəki datalar

Blokçeyndə hər hanısısa rəqəmsal faylları saxlamaq olur. Amma əməliyyatların həcmi artdıqca qiymət də ona uyğun olaraq artır.[90]

Bitcoin kodlarına uşaq porno keçidləri, Ben Bernankenin şəkilləri və digər fayllar da əlavə olunmuşdur.[91]

Əyləncə sənayesi

Filmlər

"The Rise and Rise of Bitcoin" (2014) Bitcoin istifadə edən kompüter mühəndisləri və narkotik satıcıları kimi insanlara edilən müsahiblərdən ibarət sənədli filmdir.[92] 2016-cı ildə isə Bitcoin haqda digər sənədli film "Banking on Bitcoin" yayımlanmışdır.[93]

Mahnılar

Bitcoin haqda bir çox mahnı yayımlanmışdır.[94]

2018-ci ildə Kasotsuka Shojo – Virtual Currency Girls adlı Yapon qrupu fəaliyyətə başladı. Səkkiz üzvün hər biri Bitcoin, EthereumCardano da daxil olmaqla kriptovalyutaları təmsil edirdilər.[95][96]

Həmçinin bax

İstinadlar

  1. "Who is Satoshi Nakamoto?". 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 The Economist vasitəsilə.
  2. Nast, Condé. "The Crypto-Currency". The New Yorker. 3 okt 2011. 2014-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  3. "Bitcoin Nedir, Nasıl ve Nereden Alınır? - Binansal". web.archive.org. 3 avq 2021. Archived from the original on 2021-08-03. İstifadə tarixi: 2022-06-21.
  4. "Bitcoin Market Capitalization". web.archive.org. 18 sen 2015. Archived from the original on 2015-09-18. İstifadə tarixi: 2022-06-21.
  5. "Crypto-Currency Market Capitalizations". web.archive.org. 12 iyl 2014. Archived from the original on 2014-07-12. İstifadə tarixi: 2022-06-21.
  6. "Haqqin". haqqin.az. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  7. "Bitcoin confidence game is a Ponzi scheme for the 21st century". ZDNet. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  8. Clinch, Matt. "Roubini launches stinging attack on bitcoin". CNBC. 10 mar 2014. 9 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2022.
  9. "Bitcoins: The second biggest Ponzi scheme in history | The Daily Dot". web.archive.org. 17 iyn 2016. Archived from the original on 2016-06-17. İstifadə tarixi: 2022-06-21.
  10. "Bitcoin 'Ponzi' Concern Sparks Warning From Estonia Bank". 31 yan 2014. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 www.bloomberg.com vasitəsilə.
  11. Posner, Eric. "Bitcoin Is a Ponzi Scheme: The Internet Currency Will Collapse". Slate Magazine. 11 apr 2013. 8 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2022.
  12. "Arxivlənmiş surət" (PDF). 2014-10-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-21.
  13. "Wayback Machine" (PDF). web.archive.org. Archived from the original on 2016-03-25. İstifadə tarixi: 2022-06-21.
  14. "Bitcoin is bust: Why investors should abandon the doomed cryptocurrency". CityAM. 5 noy 2014. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  15. Williams, Mark T. "FINANCE PROFESSOR: Bitcoin Will Crash To $10 By Mid-2014". Business Insider. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  16. "11 Charts That Illuminate the Past, Present and Future of Bitcoin". HuffPost. 18 sen 2014. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  17. Sidel, Robin. "How Mt. Gox Debacle Won Over a Bitcoin Convert". 1 dek 2014. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 www.wsj.com vasitəsilə.
  18. Macguire, Eoghan. "Bitcoin: One year on from peak price, what does the future hold? | CNN Business". CNN. 13 noy 2014. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  19. Sharf, Samantha. "Bitcoin Gets Valued: Bank Of America Puts A Price Target On The Virtual Tender". Forbes. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  20. Schroeder, Stan. "Cameron Winklevoss: Bitcoin Might Hit $40,000 Per Coin". Mashable. 16 dek 2013. 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  21. Rosenfeld, Everett. "Bitcoin keeps falling, and worries keep rising". CNBC. 14 yan 2015. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  22. Worstall, Tim. "So, That's the End of Bitcoin Then". Forbes. 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  23. "The Bitcoin Is Dying. Whatever". Gizmodo Australia. 8 avq 2011. 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  24. Calore, Michael. "Wired, Tired, Expired for 2012: From Stellar to Suck". 2015-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21 www.wired.com vasitəsilə.
  25. "Game over, Bitcoin ! À quand des monnaies virtuelles valorisant l'humain ?". web.archive.org. 19 yan 2015. Archived from the original on 2015-01-19. İstifadə tarixi: 2022-06-21.
  26. Roose, Kevin. "Bitcoin Sees the Grim Reaper". Intelligencer. 20 iyn 2013. 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  27. "Arxivlənmiş surət". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  28. "Bitcoin is Dead". StreetInsider.com. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  29. "Arxivlənmiş surət". 2015-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  30. Leonard, Andrew. "Sorry, libertarians: Your dream of a Bitcoin paradise is officially dead and gone". Salon. 7 mar 2014. 7 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2022.
  31. "Bitcoin Is Dead — Long Live Bitcoin". www.vice.com. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  32. "Subscribe to read | Financial Times". www.ft.com. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  33. "Bitcoin: Is the crypto-currency doomed?". 19 yan 2016. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 www.bbc.com vasitəsilə.
  34. ""Reports of Bitcoin's Death Have Been Greatly Exaggerated" (With Apologies to Mark Twain)". HuffPost UK. 31 mar 2015. 7 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2022.
  35. "Wayback Machine" (PDF). web.archive.org. Archived from the original on 2014-10-26. İstifadə tarixi: 2022-06-21.
  36. "Arxivlənmiş surət" (PDF). 2014-04-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-21.
  37. Wile, Rob. "St. Louis Fed Economist: Bitcoin Could Be A Good Threat To Central Banks". Business Insider. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  38. Andolfatto, David. "MacroMania: In gold we trust?". 24 dek 2013. Archived from the original on 2017-04-12. İstifadə tarixi: 2022-06-21.
  39. Shankland, Stephen. "PayPal president David Marcus: Bitcoin is good, NFC is bad". CNET. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  40. "Bloomberg - Are you a robot?". 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  41. "Taxation on Bitcoin". The Brazil Business. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  42. "Arxivlənmiş surət". 2015-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  43. "Jersey approves first regulated Bitcoin fund". 10 iyl 2014. 2014-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 www.bbc.co.uk vasitəsilə.
  44. "David Cameron to take UK fintech leaders on Asian tour". CityAM. 26 iyl 2015. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  45. Allison, Ian. "Barclays talks blockchain, bitcoin and distributed ledgers". International Business Times UK. 1 iyl 2015. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  46. Ferenstein, Gregory. "Former Obama Tech Advisor Explains How Bitcoin Could Transform Government (In 5 Quotes)". Forbes. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  47. Hill, Kashmir. "Pro-Bitcoin Congressman Calls For Ban On U.S. Dollar Bills". Forbes. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  48. Cuthbertson, Anthony. "Bitcoin now accepted by 100,000 merchants worldwide". International Business Times UK. 4 fev 2015. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  49. "PayPal Community". www.paypal-community.com. 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  50. Warren, Tom. "Microsoft now accepts Bitcoin to buy Xbox games and Windows apps". The Verge. 11 dek 2014. 2014-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  51. Ember, Sydney. "Dell Begins Accepting Bitcoin". DealBook. 18 iyl 2014. 2014-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  52. "Newegg.com - Bitcoin". www.newegg.com. 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  53. "Bitcoin now accepted on Overstock.com through VC-backed Coinbase - The Tell - MarketWatch". web.archive.org. 22 mar 2016. Archived from the original on 22 March 2016. İstifadə tarixi: 21 June 2022.
  54. Vigna, Paul. "Expedia Starts Accepting Bitcoin for Hotel Bookings". 11 iyn 2014. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 www.wsj.com vasitəsilə.
  55. published, Jane McEntegart. "TigerDirect is Now Accepting Bitcoin As Payment". Tom's Hardware. 27 yan 2014. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  56. Casey, Michael J. "Dish Network to Accept Bitcoin Payments". 29 may 2014. 10 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2022 www.wsj.com vasitəsilə.
  57. "Bitcoin Tops $1,000 Again as Zynga Accepts Virtual Currency". 6 yan 2014. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 www.bloomberg.com vasitəsilə.
  58. Ember, Sydney. "Time Inc. Begins Accepting Bitcoin Payments". DealBook. 16 dek 2014. 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  59. "Ten places where you can spend your bitcoins in the UK". www.telegraph.co.uk. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  60. "Virgin Galactic to accept Bitcoin for space flights". the Guardian. 22 noy 2013. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  61. "Dynamite Digital Adds Bitcoin Payment Option and Offers Discount Bundle". Comic Vine. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  62. "Clearly Canadian Joins Bitcoin Community". finance.yahoo.com. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  63. "How Many Bitcoins for a Courtside Seat?". 16 yan 2014. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 www.bloomberg.com vasitəsilə.
  64. "Kripto Para ile Ödeme Kabul Eden Büyük Şirketler". www.kisakisa.com. 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  65. "Greenpeace now accepting Bitcoin donations Greenpeace Blogs". web.archive.org. 29 iyn 2015. Archived from the original on 2015-06-29. İstifadə tarixi: 2022-06-21.
  66. "Mozilla's 2013 annual report: Revenue up just 1% to $314M, and again 90% came from Google". 21 noy 2014. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  67. Seitz-Gruwell, Lisa. "Wikimedia Foundation Now Accepts Bitcoin". 30 iyl 2014. 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  68. "Bitcoins: A new way to donate to the FSF — Free Software Foundation — working together for free software". web.archive.org. 28 mar 2017. Archived from the original on 28 March 2017. İstifadə tarixi: 21 June 2022.
  69. Vigna, Paul. "The University of Bitcoin Rises in Cyprus". 22 noy 2013. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 www.wsj.com vasitəsilə.
  70. Soper, Taylor. "This university is the first in the world to accept Bitcoin for tuition". GeekWire. 21 noy 2013. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  71. "University of Nicosia Digital Currency Initiative | University of Nicosia - Official Website". web.archive.org. 27 mar 2017. Archived from the original on 27 March 2017. İstifadə tarixi: 21 June 2022.
  72. "Arxivlənmiş surət". 2014-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  73. "Arxivlənmiş surət". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  74. "Суть биткоина: что это такое, как работает и устроена первая криптовалюта Bitcoin (BTC)". https://profinvestment.com/the-essence-of-bitcoin/. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  75. "Arxivlənmiş surət". 2013-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  76. "CoinSeed raises $7.5m, invests $5m in Bitcoin mining hardware - Investment Round Up". Red Herring. 24 yan 2014. 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  77. Tasca, Paolo. "Digital Currencies: Principles, Trends, Opportunities, and Risks". 7 sen 2015. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 papers.ssrn.com vasitəsilə.
  78. "Bloomberg - Are you a robot?". www.bloomberg.com. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  79. "Arxivlənmiş surət" (PDF). 2014-10-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-21.
  80. "Monetarists Anonymous". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 The Economist vasitəsilə.
  81. "Silk Road: the online drug marketplace that officials seem powerless to stop". the Guardian. 22 mar 2013. 3 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2022.
  82. Wilson, Matthew; Yelowitz, Aaron. "Characteristics of Bitcoin Users: An Analysis of Google Search Data". 3 noy 2014. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 papers.ssrn.com vasitəsilə.
  83. "SEC.gov | SEC Charges Texas Man With Running Bitcoin-Denominated Ponzi Scheme". www.sec.gov. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  84. Adkisson, Jay. "Bitcoin Savings & Trust Comes Up $40 Million Short On The Trust Part". Forbes. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  85. "Bitcoin and the Double-Spending Problem : Networks II Course blog for INFO 4220". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  86. "Arxivlənmiş surət" (PDF). 2015-05-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-21.
  87. Vigna, Michael J. Casey and Paul. "BitBeat: Mining Pool Rejects Short-Term Fixes To Avert 51% Attack". 16 iyn 2014. 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 www.wsj.com vasitəsilə.
  88. Biryukov, Alex; Khovratovich, Dmitry; Pustogarov, Ivan. "Deanonymisation of clients in Bitcoin P2P network". ACM. 7 noy 2014. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 orbilu.uni.lu vasitəsilə.
  89. "Arxivlənmiş surət". 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  90. https://web.archive.org/web/20161002095420/http://bitcoinfees.com/
  91. Cowley, Steve Hargreaves and Stacy. "How porn links and Ben Bernanke snuck into Bitcoin's code". CNNMoney. 2 may 2013. 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2022.
  92. Kenigsberg, Ben. "Financial Wild West". 2 okt 2014. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21 NYTimes.com vasitəsilə.
  93. Nast, Condé. "What the Hell Is Bitcoin? Let This Documentary on Netflix Explain". GQ. 16 dek 2017. 2018-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  94. Vigna, Paul. "BitBeat: Mt. Gox's Pyrrhic Victory". 18 fev 2014. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07 www.wsj.com vasitəsilə.
  95. "Japan girl band gives voice to cryptocurrencies". 12 yan 2018. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  96. Ong, Thuy. "Japan has a new cryptocurrency-themed J-pop band". The Verge. 12 yan 2018. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.