Bit cərəyanı

Bit cərəyanı (ing. The Beat Generation) — 1940-cı illərin ortalarında Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır.

1940-cı illərdə Nyu Yorkdakı Kolumbiya Universitetində ədəbi çevrədə tanış olan bir qrup gənc tələbə, Böyük böhrandan sonra məqsədsizcə otostop ilə Amerikanı gəzməyə başlayır. Getdikləri hər əyalətdə yeni insanlarla tanış oldular və adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif bir kütlə meydana gəlməyə başladı. Nyu York mərkəz olmaq üzrə, Denver[1]San Fransiskoda toplaşdılar. Qrup daxilində incəsənətin fərqli sahələri ilə maraqlananlar olsa da, Bit cərəyanı ən çox ədəbiyyat sahəsindəki işləri ilə ön plana çıxırdı. Cek Keruakın «Yolda» (On The Road, 1957), Allen Qinzberqin «İnilti» (Howl, 1956), Vilyam Berrouzun «Çılpaq səhər yeməyi» (Naked Lunch, 1959) əsərləri dövrün ən çox tanınan əsərləri idi[2].

"Bit Cərəyanı" birləşməsi ilk dəfə 1948-ci ildə Cek Keruak tərəfindən dilə gətirilmişdir[3]. Cərəyanın əsas nümayəndələri isə Keruak'la yanaşı Allen QinzberqVilyam Berrouz olmuşdur.

1960-cı illərdə Bit cərəyanı, Amerikan gənclərinə ilham qaynağı olmuş, musiqidən kinoya, şerdən romana hər sahədə təsirini göstərməyə başlamışdı. 60-cı illərin məşhur musiqiçiləri Bit cərəyanından sözün əsl mənasında təsirlənmişdilər. The Doors, Bob Dilan, The Rolling Stones, The Beatles, Pink Floyd kimi qruplar öz eksperimental işləri ilə Bit cərəyanının ənənə dağıdıcı-müxalif xarakterinin musiqidəki nümayəndələri oldular[4]. Mülkiyyətsizlik-aidiyyətsizlik kimi dəyərləri mənimsəyən Hippilər də bibaşa Bit cərəyanının təsiri altında idilər. Amerikadakı 1968-ci il gənclik hərəkatı da etiraz praktikasında Bit cərəyanının rəftarına yaxın bir duruş sərgiləyirdi.

Bit cərəyanının təmsilçiləri

İstinadlar

  1. "Denver Beat Tour". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-06.
  2. Charters (1992) The Portable Beat Reader
  3. "Beat movement". 2015-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-06.
  4. ""Books: The Birth of the Beat Generation", The Sunday New York Times Book Review, January 11, 1996". August 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.