Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub 0 və ya 1 rəqəmlərindən (ikilik kod) hansısa biri deməkdir.
Baytlarla ölçmə | ||||||
---|---|---|---|---|---|---|
Onluq | İkilik | |||||
Adı | Simvol | Dərəcə | Adı | Simvol | Dərəcə | |
bayt | B | 100 | bayt | B | bayt | 20 |
kilobayt | kB | 103 | kibibayt | KiB | Kbayt | 210 |
meqabayt | MB | 106 | mebibayt | MiB | Mbayt | 220 |
giqabayt | GB | 109 | gibibayt | GiB | Gbayt | 230 |
terabayt | TB | 1012 | tebibayt | TiB | TBayt | 240 |
petabayt | PB | 1015 | pebibayt | PiB | Pbayt | 250 |
ekzabayt | EB | 1018 | eksbibayt | EiB | Ebayt | 260 |
zettabayt | ZB | 1021 | zebibayt | ZiB | Ebayt | 270 |
yottabayt | YB | 1024 | yobibayt | YiB | Ybayt | 280 |
Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir.
Bir baytın tək qiyməti 0 və ya 1-dir. Bir çox kompüter sistemlərində 8 bit bir baytdır. Bəzi sistemlərdə səkkiz bit bir bayt yerinə oktet olaraq istifadə edilir. Bir baytın yarısı (dörd bit) nibbl adlandırılır.
Əsas informasiya vahidi bayt, minimal informasiya vahidi isə bitdir.
- 1 bit = 1 dərəcə (0 və ya 1);
- 1 bayt = 8 bit;
- 1 kilobayt = 1024 bayt;
- 1 meqabayt = 1024 Kbayt; 1000 000 bayt = 106 bayt
- 1 giqabayt = 1024 Mbayt; 1000 000 000 bayt = 109 bayt
- 1 terabayt = 1024 Gbayt. 1000 000 000 000 bayt = 1012 bayt
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.