Bismark (ABŞ)
Bismark (Bismarck) — ABŞ-nin şimalında şəhər, Şimali Dakota ştatının inzibati mərkəzi.[1]
şəhər | |||
Bismark | |||
---|---|---|---|
ing. Bismarck | |||
|
|||
46°48′30″ şm. e. 100°47′01″ q. u. | |||
Ölkə | ABŞ | ||
Tabesində | Şimalı Dakota | ||
Başçı | Mayk Seminari | ||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1872 | ||
Sahəsi | 80.89 km² | ||
Mərkəzin hündürlüyü | 514 m | ||
Əhalisi | |||
Əhalisi | 61,272 nəfər (2012) | ||
Sıxlığı | 760 nəf./km² | ||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +1 701 | ||
Poçt indeksi | 58501–58507 | ||
Digər | |||
bismarcknd.gov | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Missuri çayının orta axınında, sol sahilindədir. Avtomobil magistralları və dəmiryolları qovşağı. Çay portu. Bələdiyyə aeroportu.[1]
Tarixi
İnşa olunan Şimali Sakit okean dəmiryolunun mühafizəsi üçün hərbi düşərgə kimi 1872-ci ildə salınmışdır. Almaniyadan səmayələrin və gəlmələrin cəlb olunması məqsədilə şəhərə Otto fon Bismarkın adı verilmişdir. 1874-cü ildən qızıl hasilatı rayonunun (Bismark yaxınlığında Blek-Hils dağlarındakı yataq) mərkəzidir. 1875-ci ildən şəhərdir; 1883-cü ildən Dakota ərazisinin, 1889-cu ildən Şimali Dakota ştatının inzibati mərkəzidir.[1]
İqtisadiyyatı
Kənd təsərrüfatı rayonunun maliyyə ticarət mərkəzidir. Bismark aqlomerasiyasında işləyənlərin təqribən 5%-i sənayedə çalışır. Kənd təsərrüfatı maşınları istehsal olunur, yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir. Bismarkın yaxınlığında daş kömür hasil edilir. Bismarkdan şimal şərqdə “Koul-Krik” (1080 MVt) və “Antilop-Valli” (900 MVt) İES-ləri, şimalda Missuri çayı üstündə “Harrison” (518 MVt) SES-i var. Bismarkdan cənubda Standinq-Rok hindi rezervaziyası yerləşir. Siu və şayenn tayfalarının Amerika hökumətinə qarşı mübarizəsinə rəhbərlik edən siuların tayfa başçısı Sittinq-Bull 1890-cı ildə burada öldürülmüşdür.[1]
Qalereya
- Peyk görünüşü, may 2007-ci il
- Şəhər mərkəzi
- Mandan kəndi
- 1901-ci ildə Mission Revival stilindən istifadə edərək tikilmiş tarixi Şimali Sakit Okean Dəmir Yolu. İyul ayının 2017-ci il tarixindən bina boşdur.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 145. ISBN 978-9952-441-03-1.