Birsk rayonu

Birsk rayonu (başq. Бөрө районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayon
Birsk rayonu
Бөрө районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°25′00″ şm. e. 55°31′59″ ş. u.


Ölkə
İnzibati mərkəz Birsk
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 1786,49[1] km²
Hündürlük
183 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 64.216 nəf. (1 yanvar 2019)[2]
Rəsmi sayt
Birsk rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayonun inzibati mərkəzi Birsk şəhəridir.

Coğrafi yerləşməsi

Rayonun ərazisi 1717 km²[3] təşkil edir. Rayon Ağidel çayının aşağı axarında yerləşir. Ərazisi elə də quru olmayan aqroiqlim, Şimal meşə çol zonasına daxildir. Birsk rayonunun Ağıdel çayı sahili hövzəsində meşə-çol zonası yayılmışdır. Bu bölgənin torpaq örtüyünün 25-57 % boz meşə torpaqlarıdır. Ərazinin karst məşhəlli ərazilərində palıd, cökə, ağcaqayın, fındıq, qarağac kimi ağalar geniş ərazini əhatə edir. Meşə kənarı, hündür çöl zonasında qara torpaq geniş yayılmışdır. Ağıdel çayının eni 10–20 km olan vadisi boyu ərazilər rayonun digər ərazilərindən fərqlənir. Çayın sağ sahili hündür, sol sahili isə hamar və düzəndir. Burada kolluqlar üstünlük təşkil edir. Hündür ərazilərdən meşə zonası başlayır. Çökək ərazilərdə göllər və bataqlıqlar üstünlük təşkil edir.

Tarix

Birsk rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.

Əhali

Rayonun əhalisi — 14 min nəfər təşkil edir. Rayon ərazisində hər km² əraziyə 32 nəfər düşür. Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Birsk rayonu ərazisin milli tərkibi: ruslar — 50,7 %, marilər — 20,5 %, tatarlar — 15,1 %, başqırdlar — 11,9 %, digər millər — 1,8 %[4].

İnzibati-ətazi vahidləri

Birsk rayonunda bir şəhər tərkibində 78 yaşayış məntəqəsi və 14 kənd

İqtisadiyyat

Birsk rayonu əsasən sənaye-aqrar rayondur. Ərazisinin 107,6 min ha. (63,2 %) kənd təsərrüfatının, bunun 69,7 min ha tarla, 17,3 min ha toxum tədarükü sahəsi, 20,2 min ha isə otlaq sahələrdir. Rayon taxılçılıq, ətlik-südlük maldarlıq, donuzçuluq, qoyunçuluq və kartofçuluq istiqamətində ixtisaslaşmışdır. Arıçılıq və balıqçılıq inkişaf etmişdir.

Nəqliyyat

Tayon ərazisindən UfaYanaul avtomagistralı keçir. Bu magistraldan Bajenovo — Mişkino — Karadiel yolu ayrılır

Sosial sfera

Rayon ərazisində 45 ümumtəhsil mərkəzi, 19 orta məktəb; 26 ümumi kitabxana və 38 klub, Ponomaryovski sanatoriyası, «Şamsuddin» və «Sosnovıy Bor» istirahət evləri vardır. Burada «Pobeda» siyasi-ictimai qəzet buraxılır. Bir çox ali təhsil mərkəzlərinin filiallarına sahibdir.

Tanınmış şəxsləri

  • Vladimir Nikolayeviç Lobov — ordu generalı.
  • Ziya Nuruyeviç Nuruyev — SSRİ Nazirlər sovetinin sədr müavini

İstinadlar

  1. "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  2. Численность населения муниципальных образований Республики Башкортостан. 2019. S. 62.
  3. "Бирский район // Башкортостанстат". 2007-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  4. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.