Birminqem (Alabama)
Birmingem (ing. Birmingham) — ABŞ-nin cənub-şərqində, Alabama ştatının mərkəzi hissəsində şəhər. Birminhem-Quver-Kalman aqlomerasiyasının mərkəzi.[1]
şəhər | |||
Birmingem | |||
---|---|---|---|
ing. Birmingham | |||
|
|||
33°31′03″ şm. e. 86°48′34″ q. u. | |||
Ölkə | ABŞ | ||
Tabesində | Alabama | ||
Region | Birminhem-Quver-Kalman | ||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 19 dekabr, 1871 | ||
Sahəsi | 384.71 km² | ||
Mərkəzin hündürlüyü | 196 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi | 212,237 nəfər (2012) | ||
Sıxlığı | 1,453.24 nəf./km² | ||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +1 205 | ||
Poçt indeksi | 35201 - 35298 | ||
Digər | |||
birminghamal.gov | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
Əhalisi 231,6 min (2005; o cümlədən afroamerikalılar 70%-dən çoxdur), şəhərətrafı ilə 939 min.[1]
Coğrafiyası
Appalaç dağlarının ətəyindədir. Avtomobil və dəmiryolları qovşağı. Beynəlxalq aeroport. Blek-Uorrior çayı sahilində port. Su yolu vasitəsilə Mobil portu (Meksika körfəzi) ilə əlaqəsi var.[1]
Tarixi
1871-ci ildə dəmiryol xətlərinin kəsişdiyi yerdə, dəmir filizləri, yüksəkkeyfiyyətli kokslaşan kömür, dolomit və flüslu əhəngdaşı yataqlarının yaxınlığında salınmışdır; adını İngiltərənin ən iri metallurgiya mərkəzinin adından götürmüşdür. 19-cu əsrin sonlarından Birmingem rayonunda mədən və metallurgiya sənayesi sürətlə inkişaf edirdi. 1907-ci ildə “Yunayted Steyts Stil” şirkəti tərəfindən Birmingemdən qərbdə tam tsiklli metallurgiya kombinatı (ABŞ-nin cənubunda ən iri) inşa olunmuşdur. 1960-cı illərdə afroamerikalılar hərəkatının mərkəzlərindən biri idi. 1979-cu ildə ABŞ tarixində ilk dəfə Birminqemin meri vəzifəsinə ağ irqə mənsub olmayan R. Arrinqton seçilmişdir.[1]
Memarlığı
Birminqemın ən iri təhsil və elmi mərkəzi Alabama Universitetidir (1969); Samford Universiteti (1841), Birmingem Cənub kolleci (1898), Mayls kolleci (1905), Kütləvi kitabxana (1909), İncəsənət muzeyi (İntibah dövrünə aid rəngkarlıq əsərləri kolleksiyası) fəaliyyət göstərir. Red-Mauntin dağlarında şəhərin simvolu olan tanrı Vulkanın çuqundan 17 m-lik heykəli (pyedestalının hündürlüyü 48 m) qoyulmuşdur (C. Moretti, 1904).[1]
İqtisadiyyatı
İqtisadiyyatında xidmət sferası, o cümlədən səhiyyə (qadın sağlamlığının mühafizəsi üzrə ölkənin aparıcı müəssisələri və s.), maliyyə və işgüzar xidmətləri (ABŞ-nin 500 ən iri korprasiyalarından 6-sının mənzil qərargahı şəhərdə yerləşir) mühüm yer tutur.[1]
Sənayesi
Birmingem aqlomerasiyasında işləyənlərin təqribən 10 %-i sənayedə məşğuldur. Qara metallurgiya (idxal olunan xammal əsasında; polad tikişsiz borular və s. istehsalı), təyyarəqayırma, “Daymler-Kraysler” və “Honda” şirkətlərinin avtomobilyığma zavodları, qaldırıcı-nəqliyyat avadanlıqları, sement istehsalı, yeyinti sənayesi (o cümlədən sallaqxanalar) müəssisələri var.[1]
Qalereya
- 16-cı Küçə Baptist Kilsəsi, indi Tarixi bir Yer
- Birmingem şəhər səması, şəhərin Federal binası 1 iyul 2015-ci il
- Birmingem şəhərindəki Müq. Paul kilsəsi
- Şəhər mərkəzində AT & T Şəhər Mərkəzi
Həmçinin bax
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 138–139. ISBN 978-9952-441-03-1.