Birma İstiqlaliyyət Bəyannaməsi

Birma İstiqlaliyyət Bəyannaməsi (birm. လွတ်လပ်ရေးကြေညာစာတမ်း) — 4 yanvar 1948-ci ildə Birmada (indiki Myanma kimi tanınır) Britaniya hakimiyyətinə son qoyan bəyannamə. 1947-ci il İstiqlaliyyət Aktı nəticəsində rəsmi olaraq elan edilmişdir. Bu tarix indi Müstəqillik Günü kimi qeyd olunur, milli səviyyədə qeyd olunan bayramdır.[1]

Birma İstiqlaliyyət Bəyannaməsi
birm. လွတ်လပ်ရေးကြေညာစာတမ်း
İmzalanma tarixi 4 yanvar 1948
İmzalanma yeri Yanqon, Myanma

Tarixi

Yaponiyanın Birmaya hücumu İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin dekabrında Malayadan başlamışdır. Bu, BritaniyaHindistan qüvvələrinin məğlubiyyəti və Yaponiya hökmranlığı ilə nəticələnmişdir. 1942-ci ildə yaponlar müharibədən sonra Birmanın müstəqilliyini təmin edəcəklərinə dair vədlər vermiş, birmalılar isə Ox dövlətlərinin qələbəsində pay qazanacaqlarına inanırdılar. Onlar və gələcək yeniliyə qarşı müqavimət yaradacağına inanırdılar. Qərb güclərinin gələcək müstəmləkəçilik siyasətinə qarşı müqavimət yaratmış və Yaponiyanın müharibə səylərinə hərbi və iqtisadi formada dəstək olmuşdular.[2] 1 avqust 1943-cü ildə nominal olaraq müstəqil Birma Dövləti elan edilmişdir.[3]

1944–1945-ci illərdə Britaniya imperiyası, Çin RespublikasıABŞ tərəfindən Yaponiya və yeni Birma Dövlətinə qarşı aparılan Birma kampaniyası nəticəsində Birma Britaniyanın nəzarətinə qayıtmış, lakin yerli əhali buna müqavimət göstərmişdir. Klement Ettli başçılığındakı yeni hökumət Birmaya müstəqillik vermək qərarında olmuşdur. Ardınca 1947-ci il İstiqlaliyyət Aktı imzalanmışdır.[4][5]

İstinadlar

  1. Taylor, Robert H. Dr Maung Maung (ingilis). Flipside Digital Content Company Inc. 2003-08-01. ISBN 9789814515863.
  2. John Toland, The Rising Sun: The Decline and Fall of the Japanese Empire 1936-1945 (Random House, New York 1970), p. 456
  3. "Dr. Ba Maw Library - Statements". www.drbamawlibrary.org. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  4. House of Commons Debate, 5 November 1947, Hansard volume 443, cc1836-9611836
  5. The Burma Independence Act 1947 (1947, 11 Geo. VI, Ch. 3)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.