Birlik Kuboku
Birlik Kuboku — Müstəqil Dövlətlər Birliyi və Baltik ölkələrin futbol üzrə çempion klubları ilə keçirilən turnir. Hər il yanvar ayında Rusiyada təşkil olunur. Keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə "Birlik kuboku" yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnir gənclərdən ibarət milli komandaların iştirakı ilə keçirilib.[1] 23 iyul 2016-cı ildə Rusiya Futbol Federasiyası prezidenti Vitali Mutko turnirin daha keçirilməyəcəyini elan edib, lakin bununla belə turnirin Azərbaycanda yenidən bərpa edilməsini müzakirə edirlər.[2][3]
![]() | |
Açılış ili | 1993 |
---|---|
Bağlanış ili | 2016 |
Son çempion | Rusiya U-21 |
Veb səhifəsi | www.com-cup.com |
Tarixi
İlk dəfə 1993-cü ildə Moskvada təşkil olunmuşdur.
2009-cu ilin sentyabr ayında Sankt-Peterburqda "Birlik Kuboku"nun keçirilməsi haqqında birlik üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qərarının layihəsinin tamamlanması üzrə İşçi Qrupun iclasında turnirin adı dəyişdirilərək "MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku" Beynəlxalq açıq futbol turniri olmuşdur.[4]
Yarışa daha çox sponsorların cəlb olunmasına, həmçinin mükafat fondunun formalaşmasına imkan yaratmaq məqsədi ilə 2009-cu ilin noyabr ayından turnirin himayədarı dəyişərək turnirə MDB Başçılarının Şurası olmuşdur. O vaxta qədər isə "Birlik kuboku" ilə bağlı bütün məsələlər - həm nəzarət, həm də təşkilatçılıq Rusiya Futbol İttifaqına məxsus olub.[5]
Təmsil olunan ölkələr
Azərbaycan
Belarus
Ermənistan
Estoniya
Finlandiya
Latviya
Litva
Moldova
Özbəkistan
Qazaxıstan
Qırğızıstan
Gürcüstan
Rusiya
Serbiya
Tacikistan
Türkmənistan
Ukrayna
- Qeyd 1. Gürcüstan 2008-ci ilin avqustunda Rusiya tərəfindən ərazisinin bir hissəsinin işğal olunmasına etiraz edərək 2009-cu ildən etibarən bu yarışda iştirak etmir.
- Qeyd 2. 2007 və 2008-ci illərdə Serbiya, 2009, 2010 və 2011-ci illərdə Finlandiya çempionu turnirdə iştirak edib.
Ölkələrə görə uğurlar
Yer | Ölkə | Qalib | Finalçı | Qaliblər | Finalçılar |
---|---|---|---|---|---|
1 | ![]() |
8 | 4 | Spartak Moskva (6), Lokomotiv Moskva (1), Rubin Kazan (1) | Spartak Moskva (3), Alaniya Vladiqafqaz (1) |
2 | ![]() |
4 | 1 | Dinamo Kiyev (4) | Dinamo Kiyev (1) |
3 | ![]() |
3 | 1 | Neftçi Bakı (1), Xəzər-Lənkəran (1), İnter Bakı (1) | Neftçi Bakı (1) |
4 | ![]() |
2 | 1 | Şerif Tiraspol (2) | Zimbru Kişinyov (1) |
5 | ![]() |
1 | 2 | Paxtakor Daşkənd (1) | Paxtakor Daşkənd (1), Neftçi Fərqanə (1) |
6 | ![]() |
1 | 1 | Dinamo Tbilisi (1) | Dinamo Tbilisi (1) |
7 | ![]() |
0 | 4 | Skonto (3), Ventspils (1) | |
8-9 | ![]() |
0 | 2 | Aktobe (2) | |
![]() |
0 | 2 | Belarus (1), Şaxtyor Soliqorsk (1) | ||
10 | ![]() |
0 | 1 | Kaunas (1) |
Finallar
Klublar

İl | I yer | Hesab | II yer |
---|---|---|---|
1993 | ![]() |
8:0 | ![]() |
1994 | ![]() |
7:0 | ![]() |
1995 | ![]() |
5:1 | ![]() |
1996 | ![]() |
1:0 | ![]() |
1997 | ![]() |
3:2 | ![]() |
1998 | ![]() |
1:0 | ![]() |
1999 | ![]() |
2:1 | ![]() |
2000 | ![]() |
3:0 | ![]() |
2001 | ![]() |
2:1 ə.v. | ![]() |
2002 | ![]() |
4:3 | ![]() |
2003 | ![]() |
2:1 | ![]() |
2004 | ![]() |
3:1 | ![]() |
2005 | ![]() |
2:1 | ![]() |
2006 | ![]() |
4:2 | ![]() |
2007 | ![]() |
0:0 p. 9:8 | ![]() |
2008 | ![]() |
4:3 | ![]() |
2009 | ![]() |
1:1 p. 5:4 | ![]() |
2010 | ![]() |
5:2 | ![]() |
2011 | ![]() |
0:0 p. 6:5 | ![]() |
Bombardirlər
Yer | futbolçu | komandası | qol |
---|---|---|---|
1 | ![]() |
![]() |
20 |
2 | ![]() |
![]() |
18 |
3-4 | ![]() |
![]() ![]() |
17 |
3-4 | ![]() |
![]() |
17 |
5-6 | ![]() |
![]() ![]() |
14 |
5-6 | ![]() |
![]() |
14 |
7 | ![]() |
![]() |
13 |
8-9 | ![]() |
![]() ![]() |
12 |
8-9 | ![]() |
![]() |
12 |
10-12 | ![]() |
![]() |
11 |
10-12 | ![]() |
![]() ![]() |
11 |
10-12 | ![]() |
![]() |
11 |
Həmçinin bax
İstinadlar
- “Birlik Kuboku” Azərbaycanda keçirilə bilər Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. qafqazinfo.az, 27.01.2017 (az.)
- "Мутко объявил о закрытии Кубка Содружества". 2016-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
- "Футбольный Кубок Содружества могут возродить в Азербайджане". 2017-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
- ""Birlik Kuboku"nun adı dəyişdirildi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-10.
- "Birlik kuboku" üçün yeni sponsor. apasport.az (az.)
Xarici keçidlər
- КУБОК ЧЕМПИОНОВ СОДРУЖЕСТВА (rus.)