Birləşmiş Krallıq azərbaycanlıları

Böyük Britaniya azərbaycanlıları (ing. British Azerbaijani) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Böyük Britaniyada yaşayan hissəsinin adı. Əsasən Böyük Britaniyanın London, Mançester, Aberdin, Qlazqo, Liverpul, Nyukasl, BirminhemEdinburq şəhərlərində yaşayırlar.

Britaniya azərbaycanlıları
Sami Yusuf Elyar Foks Donald Suann
Ümumi sayı
6.223 (2011)[1]
Yaşadığı ərazilər
İngiltərə 6000 [1]
Şotlandiya 150 [1]
Uels 100 [1]
Şimali İrlandiya 70 [1]
Dili

Azərbaycan dili
ingilis dili

Dini

İslam

Qohum xalqlar

Türk xalqları

Qeyd
United Kingdom Census 2011

Tarixi

Birinci mühacirət dalğası

Azərbaycanlı İrandan Britaniyaya mühacirət etmişlər. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhbərliyi altında yaşamaq istəməyənlər olmuşlar.[2]

İkinci mühacirət dalğası

İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər.[3]

Üçüncü mühacirət dalğası

SSRİnin parçalanması və Qarabağ müharibəsindən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər.[4]

2014-ci ilin mayın 22-də, İngiltərədə keçirilən yerli seçkilərin nəticələrinə görə Londonda Murad Həsənli Vestminster bələdiyyəsindəki Çörçill seçki dairəsində Leyboristlər Partiyasından bələdiyyə seçilmişdir.[5][6]

Coğrafi yerləşdirilmə

Ən çox azərbaycanlılar Londonda, İngiltərənin böyük şəhərlərinə və Midlends regionuna yerləşdirilib.[7] 2011-ci ilin Britaniyanın əhalinin siyahıya alınmasına görə, Böyük Britaniyada 6220 Azərbaycanda doğulmuş insan var, bunların 150-si Şotlandiyada yaşayır.[8]

Yer Şəhər Azərbaycanlıların sayı
1 London 5000[9]
2 Mançester
3 Aberdin 250
4 Liverpul
5 Birminhem
6 Qlazqo 100
7 Nyukasl
8 Edinburq 20

Mədəniyyət

2008-ci ildən, Londonda “Azərbaycan Evi” adlı Mədəniyyət və Dostluq Mərkəzi fəaliyyət göstərir.[10] Qurulduğu gündən London “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzində müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar həyata keçirilib.

İncəsənət və əyləncə

Sami Yusuf Qlazqo Kraliyət Konsert Zalında.

2010-cu ildən, Azərbaycan incəsənət sərgiləri artımı olmuşdur.[11] Azərbaycan rəssamlarının əsərləri Londonda Sotebi sərgisində nümayiş olunub.[12][13]

Çoxsaylı Azərbaycan musiqiçiləri Britaniya pop musiqisində uğurlu olmuşdur. 2014-cu ildə, Elyar Foksun Do It All Over Again mahnısı Britaniya çartlarında 5-ci yerə sahib olmuşdur.[14] Sami Yusufun "My Ummah" albomu 4 milyon satılmışdır.[15]

Bayramlar və xüsusi günlər

Azərbaycanın dövlət bayramları və xüsusi günləri hər il Azərbaycan icması tərəfindən qeyd olunur.[16][17] 2008-ci ildən, Xocalıya ədalət beynəlxalq təbliğat-təşviqat kampaniyası ilə əlaqədar ölkədə aksiyalar keçirilir.[18][19]

Din

Londonda Əziziyə məscidi.

Azərbaycanda olduğu kimi, Britaniyada azərbaycanlıların əksəriyyəti müsəlmandır, ondan çoxu şiə, qalanı isə sünni məzhəbinə məxsusdur.

İdman

Britaniyada azərbaycanlılar arasında futbolfutzal daha populyardır. 2014-ci ildə, ölkədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” futzal klubu İngiltərə çempionatında ikinci dəfə İngiltərə çempionatının qalibi olmuş və növbəti sezon İngiltərəni UEFA Futzal Kubokunda təkrar təmsil etmişdir.[20][21][22]

Mətbəx

Britaniya azərbaycanlıları arasında Azərbaycan mətbəxi və Yaxın Şərq mətbəxi daha populyardır. Londonda bir neçə Azərbaycan restoranı fəaliyyət göstərir.[23]

Görkəmli şəxslər

İstinadlar

  1. "Nationality and country of birth by age, sex and qualifications Jan - Dec 2013 (Excel sheet 60Kb)". www.ons.gov.uk. Office for National Statistics. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2014.
  2. "Azərbaycan diasporunun məskunlaşma coğrafiyası". Diaspora.gov.az (Azerbaijanis). 19 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2013.
  3. Powell, John. Encyclopedia of North American immigration. New York: Facts On File. 2005. 17–18. ISBN 978-1-4381-1012-7.
  4. Papazian, Dennis. "Armenians in America". Journal of Eastern Christian Studies. University of Michigan-Dearborn. 52 (3–4). 2000: 311–347. doi:10.2143/JECS.52.3.565605. 5 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 November 2012.
  5. "2014 Westminster City Council Election Results". www.westminster.gov.uk. 26 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 August 2014.
  6. "Britaniya bələdiyyə seçkilərində azərbaycanlı qalib gəlib". www.bbc.co.uk (Azerbaijani). BBC. 30 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2014.
  7. "Xaricdəki diaspor təşkilatları". azerbaijans.com (Azerbaijani). 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  8. "Scotland Census's 2011" (PDF). www.scotlandscensus.gov.uk. 6 June 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 5 June 2014.
  9. "АЗЕРБАЙДЖАНСКИЕ ВСТРЕЧИ В ВЕЛИКОБРИТАНИИ". cabirnovruz.gen.az (Russian). 15 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 September 2013.
  10. "Azerbaijan House". www.azerbaijanhouse.org. 31 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2013.
  11. Gleadell, Colin. "Art market: Azerbaijan in the spotlight". www.telegraph.co.uk. 5 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  12. Vickery, Jo. "Exploring Azerbaijan: In Pursuit of the Art of the Caucasus". www.sothebys.com. Sotheby's. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  13. "Azerbaijani art partakes at Sotheby's art auction in London". www.azerbaijanhouse.org. 1 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  14. "Elyar Fox > UK Charts". officialcharts.com/ Official Charts Company. 2014-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-25.
  15. "British composer, songwriter and producer, Sami Yusuf is taking the stage this weekend at Istanbul's Arena Mega". www.dailysabah.com. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  16. Zubek, Ewa. "Celebrating Azerbaijan's Ancient Novruz Festival in London". theculturetrip.com. 20 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  17. "Londonda Novruz bayramı tədbiri keçirilib (FOTO)". az.trend.az (Azerbaijani). 26 June 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  18. Batiyev, Bahram. "В Великобритании почтили память жертв Ходжалы". 1news.az (Russian). 18 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  19. Absalom, Eugene. "Khojaly Commemoration Concert by TEAS at St John's Smith Square London". www.demotix.com. 2 January 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  20. "Futsal club Baku United becomes champion of England". News.az. 11 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2013.
  21. "BAKU SPOT ON IN FINAL". www.thefa.com. The Football Association. 1 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2013.
  22. Saffer, Paul. "Reed backs Baku United to move forward". www.uefa.com. UEFA. 29 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2014.
  23. Maschler, Fay. "Baku - review". www.standard.co.uk. 22 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.