Birləşmiş İyun Hərəkatı
Birləşmiş İyun Hərəkatı (BİH; türk. Birleşik Haziran Hareketi; BHH) — Türkiyədə solçu, kommunist və sosialist partiyaları, marksist–leninist siyasi təşkilatları, müstəqil şəxsləri və müxtəlif solçu qeyri-hökumət təşkilatlarını birləşdirən siyasi koalisiya.
Birləşmiş İyun Hərəkatı | |
---|---|
Quruluş tarixi | 19 oktyabr 2014 |
İdeologiya | kommunizm, marksizm-leninizm, antikapitalizm[d] |
İdeoloji spektr | solçuluq |
Saytı | birlesikhaziranhareketi.org |
Vikianbarda əlaqəli mediafayllar |
BİH hərəkatın qurucuları tərəfindən antikapitalist, antiimperialist, antifaşist və antimürtəce siyasi ittifaq kimi müəyyən edilmişdir. "İyun Hərəkatı" Azadlıq və Həmrəylik Partiyası, Kommunist Partiyası, Türkiyə Xalq Kommunist Partiyası, Əməkçi Hərəkatı Partiyası, Sosialist Qurtuluş Partiyası və İnqilabçı Hərəkat daxil olmaqla geniş qrup və siyasi partiyalardan ibarət idi.
2015-ci ilin fevralında XDP fəxri sədri və XDK-nin sözçüsü Ərtoğrul Kürkçü "Birləşmiş İyun Hərəkatı"na 2015-ci ilin iyununda keçiriləcək ümumi seçkilərə ortaq siyahı şəklində qatılmaq təklifi ilə müraciət etmişdir.[1]
Həmçinin bax
- Xalqların Demokratik Konqresi
- Xalqların Birləşmiş İnqilabi Hərəkatı
İstinadlar
- "Kürkçü: We are prepared to contest the elections together with the United June Movement". ANF. 16 February 2015. 28 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2024.
Xarici keçidlər
- birlesikhaziranhareketi.org — Birləşmiş İyun Hərəkatının rəsmi saytı