Birinci Varlı

Birinci VarlıAzərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]

Birinci Varlı
39°49′ şm. e. 49°05′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Birinci Varlı xəritədə
Birinci Varlı
Birinci Varlı

Əhalisi

Görkəmli şəxsləri

  • Əlirza Əlirzayev — hüquqşünas
  • Rövşən Həsənov — hüquqşünas
  • Çingiz Heydərov — hüquqşünas
  • Xudabaxış Cəfərov — təhsil işçisi
  • Əmirxan Nəzərov — təhsil işçisi
  • Bəylər Heydərov — təhsil işçisi
  • Ənvər Həsənov — təhsil işçisi
  • Əlipənah Nəzərov — təhsil işçisi
  • Mirsadıq Kərimov — təhsil işçisi
  • Ramazan Niftiyev — dövlət xadimi
  • Eldar Heydərov — dövlət xadimi
  • Həsənağa Həsənov — hərbçi, zabit.

İqtisadiyyatı

2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin]

Din

Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir.[2] Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.

Şəkilləri

Birinci Varlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.