Birinci Tiflis Kişi Gimnaziyası

Birinci Tiflis Kişi Gimnaziyası və ya Birinci Tiflis Zadəgan Məktəbi (gürc. თბილისის კლასიკური გიმნაზია) — 1804-cü ildə Tiflis şəhərində qurulan nəcib kişilər məktəbi əsasında yaradılmışdır. Daha sonra bu məktəb 1-ci Tiflis kişi gimnaziyası adlandırıldı. Gimnaziya, kvotalara görə Rusiya imperiyasının ali təhsil müəssisələrinə daxil olan məzunlar hazırlayırdı.

Birinci Tiflis Kişi Gimnaziyası
gürc. თბილისის კლასიკური გიმნაზია
Memar Melnikovun layihəsi əsasında tikilmiş Birinci Tiflis Kişi Gimnaziyasının binası
Memar Melnikovun layihəsi əsasında tikilmiş Birinci Tiflis Kişi Gimnaziyasının binası
41°41′51″ şm. e. 44°47′52″ ş. u.
Əsası qoyulub 1830
Bağlanıb 1924
Tip gimnaziya
Şəhər Tiflis
Ölkə
Ünvan Tiflis Çarskaya küçəsi, Qolovin prospekti (hazırda Rustaveli prospekti)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Fətəli AxundovMirzə Şəfi Vazeh gimnaziyada Azərbaycan və fars dili müəllimləri kimi çalışmışdılar. Gimnaziyanın məşhur məzunları arasında Əlimərdan bəy Topşubaşov və Fətəli bəy Sultanov da olmuşdur.

1924-cü ildə gimnaziya orta məktəbə çevrilib.

Tarixi

Birinci Tiflis Kişi Gimnaziyasının binasının qarşısı

1827-ci ildə Aleksandr Qriboyedov o zamankı məktəbin direktoru tərəfindən ona verilən "Tiflis zadəgan məktəbi haqqında məlumat" tərtib etdi. Bu məktub 8 avqust 1803-cü ildə ən yüksək rəsmi şəxs knyaz Pavel Sisianova təqdim edildi. Onun tərəfindən təsdiqlənmiş layihəyə görə 21 may 1804-cü ildə Tiflisdə rusgürcü dillərinin tədrisi üçün yeni növ məktəb quruldu. 1807-ci ildə, tədris edilən elmlərə əlavə olaraq, almanlatın dilləri də öyrənilməyə başlandı. Bundan əlavə, məktəbi bitirənlər təhsilini davam etdirmək üçün xəzinə hesabına Moskva Universiteti Zadəganlar İnternat Məktəbində daxil olmaq hüququ əldə edirdilər.

1818-ci ildə məktəbdə 50–60 şagird təhsil alırdı. 1819-cu ildə məktəb kitabxanası yaradıldı.[1]

26 il ərzində Tiflis Zadəgan Məktəbi Gürcüstanda yeganə dünyəvi məktəb idi. Bu zaman Solomon DodaşviliDimitri KipianiGiorgi Eristavi burada təhsil alırdılar.

1830-cu ildə gimnaziya yaradılanda onun nəzdində pansionat açıldı və daha sonra gimnaziya şagirdlərinə təhsil ləvazimatları vermək üçün xeyriyyə cəmiyyəti yaradıldı.

Təhsilin təşkili

Birinci Tiflis Kişi Gimnaziyasında Azərbaycan dili müəllimi işləmiş Mirzə Fətəli Axundov

1820-ci ildə məktəbdə Allahın Qanunu, rus, gürcü, türk (Azərbaycan), erməni, latın və alman dilləri, riyaziyyat, cəbr, həndəsə, Rusiya və Gürcüstanın tarixi, dünya tarixi, ümumi coğrafiya və rəsm dərsləri keçirilirdi.

Gimnaziya yarandığı gündən dərslik və dərsdənkənar ədəbiyyatla yaxşı təmin olunmuşdu. Gimnaziya kitabxanası İdarə Heyəti üzvlərinin xüsusi qayğısı altında idi. Məktəbdə XIX əsrin 80-ci illərinin ortalarında kitab fondu 15766 nüsxə təşkil edirdi. Çoxlu sayda kitablar xarici dillərdə idi; gimnaziyanın Leypsiqdəki kitab ticarəti şirkəti ilə birbaşa əlaqələri var idi. Bundan əlavə gimnaziya şagirdləri xarici dillərdə tamaşalar hazırlayırdılar. Orta məktəb şagirdlərindən ibarət orkestr mövcud idi. 1850-ci ildə gürcü teatrının qurucusu Georgi Eristavinin "Bölmə" əsəri ilk dəfə gimnaziyanın səhnəsində nümayiş etdirildi.

Ümumi fənlərə əlavə olaraq, gimnaziyada musiqi və rəqs, gimnastika və qılıncoynatma dərsləri keçirilirdi. Pravoslav və Erməni Qriqorian keşişləri, Roma Katolik və Lüteran pastorları, Yəhudi və İslam dini nümayəndələri dini dərslər tədris edirdilər.

Gimnaziyada hər kəs bilik əldə edə bilərdi, lakin tələbələrin sayı yüksək maaş və rus dilini yaxşı bilmək tələbi ilə məhdudlaşırdı.

1901-ci ildə tələbələrin ümumi sayı 890 nəfər idi. Onlardan ruslar — 358, gürcülər — 178, ermənilər — 239, azərbaycanlılar — 37, yəhudilər — 38, digər millətlərdən olanlar — 40 nəfər idilər. 1906-cı ildə gimnaziyada[2] 918 şagird, 1913-cü ildə — 890 şagird təhsil almışdır.

Ali məktəblərə qəbul hazırlığı

Tiflis gimnaziyası kvotalara görə, Rusiya imperiyasının ali təhsil müəssisələrinə daxil olan şagirdlər hazırlayırdı. Belə ki, 1846-cı il üçün "Qafqaz təqvimi" nə görə, hər il dövlət hesabına Tiflis gimnaziyasından 5 məzun "İmperator Məktəbinə", "Moskva Lazarev İnstitutuna və Sankt -Peterburq Universitetinin Şərq Dilləri Şöbəsinə daxil olurdular. Eyni zamanda, 3 məzun "Dəmiryolları İnstitutu"na, 6-sı İnşaat Məktəbinə, 15-i "Konstantinovski Torpaq Araşdırma İnstitutu"na və Moskva Universitetinin Tibb Fakültəsinə 10 nəfər qəbul edilirdi.[3]

Binası

Birinci Tiflis Kişi Gimnaziyasının məzunu Əlimərdan bəy Topçubaşov

1825–1831-ci illərdə şəhərin mərkəzində, keçmiş Çarskaya Meydanında A.İ.Melnikovun layihəsinə görə gimnaziya üçün bina inşa edilmişdir.[4] А.Melnikovun layihəsi ətrafdakı binalar ilə kəskin ziddiyyət təşkil etmişdir, çünki Tiflisdə 1830-cu illərdə klassizm üslubunda tikilmiş sütunları, kilid daşları, tağları olan ayrı-ayrı binalar çoxluq təşkil edirdilər. Bu səbəbdən gimnaziyanın binası sonradan əhəmiyyətli dərəcədə yenidən qurulmuş formada qorunub saxlanılmışdır.

Mühəndis-poruçik Lixaryev tərəfindən tərtib edilmiş kişi gimnaziyasının ilkin layihəsi, nizamlı forması olmayan şəklində bir-birinə paralel olaraq yerləşən üç iki mərtəbəli binanın inşasını nəzərdə tuturdu. Tikililərin hər iki tərəfi əlavə tikililərlə əhatə olunmalı idi. Bu tikililərdə gimnaziyanın təsərrüfat bölməsi yerləşməli idi.

Melnikov, Lixaryevdən fərqli olaraq, gimnaziyanın ehtiyacları üçün lazım olan bütün əsas binaları ustalıqla birləşdirərək üç mərtəbəli gimnaziya binası hazırlayır. Həyət hissəsi iki yan həyətə və mərkəzi "təmiz" həyətə bölünürdü ki, oradan bağçaya aparan keçid var idi. Gimnaziyada bəzi şagirdlər üçün pansionat da vardı. Bu xüsusiyyət daxili binaların funksional qruplaşdırılması üçün əsas idi. Geniş zirzəmi mərtəbəsi xidmət işçilərinə, xörək bişirmək və anbarlar üçün ayrılmışdır. Birinci mərtəbədə, ön foyedə əlavə olaraq, iş otaqları, mətbəx, yemək otağı, kitab mağazası və digər otaqlar var idi. İkinci mərtəbə təhsil məqsədi üçün idi. Ortada ön fasad tərəfdən akt zalı, dəhlizin digər tərəfində sinif otaqları var idi. Üçüncü mərtəbə şagirdlərin yataq otaqları və digər ikinci dərəcəli məqsədlər üçün otaqlar yerləşirdi. Üçüncü mərtəbədəki pilləkən xüsusi bəzəklərlə bəzədilmişdi. Dəhlizlər onların sonunda olan üç hissədən ibarət böyük pəncərələrlə işıqlandırılırdı. İkinci təhsil mərtəbəsində, pəncərələr yarımdairəvi ucları ilə genişləndirilmişdi.[5]

Məşhur məzunları

Gimnaziyada təhsil alanlar:[6]

Həmçinin Dmitri və Nikolay Qumilyov (1900–1903) də gimnaziyada təhsil alıblar (qardaşlar əvvəlcə 2-ci Tiflis gimnaziyasına daxil oldular və çox keçmədən 1-ciyə keçdilər).[7][8].

Direktorlar

Birinci Tiflis Kişi Gimnaziyasının məşhur məzunu gürcü siyasətçisi, publisist, yazıçı və tərcüməçisi knyaz Dimitri Kipiani
  • 1841–1843, 1847–1849: İvan Vasiliyeviç Roskovşenko
  • 1843–1847: İvan Grigorieviç Kuljinskyi
  • 1849–1860: Karl Leontieviç Çermak
  • 1861–1862: Nikolay Timofeyeviç Dementyev
  • 1864–1868: Feodosi Dmitrieviç İlllyaşenko
  • 1868–1874: Vladimir İvanoviç Jelixovski[9]
  • 1874–1902: Lev Lvoviç Markov[10]
  • 1902–1905: Yevgeni Fedoroviç Nyubling[11]
  • 1905–1911: İvan Evdokimoviç Gamkrelidze
  • 1911–1913: Alman Germanoviç Genkel
  • 1913–1916: Leonard İvanoviç Zubalov
  • 1916–1921: Yakov Solomonoviç Guladze[12]

Müəllimlər

Birinci Tiflis Kişi Gimnaziyasında Azərbaycan və fars dilləri müəllimi işləmiş Mirzə Şəfi Vazeh
  • Mirzə Fətəli Axundov (Azərbaycan dili müəllimi)
  • İvan İvanoviç Vostorgov (hüquq müəllimi, 1898-ci ilin avqustundan)
  • Karl Fedoroviç Gahn (yunanalman dili müəllimi; 1874-cü ildən)
  • Leonard Petrovich Zagursky (tarix və coğrafiya müəllimi; 1850-ci ildən)
  • Mixail Andreevich Zdanevich (1880-ci illərdə — fransız dili müəllimi; dərsliklərin müəllifi)[13]
  • İvan Kereselidze (rus dili və ədəbiyyatı)
  • Aleksandr İliç Lilov (Rus ədəbiyyatı; 1867–1868)
  • Mirzə Şəfi Vazeh (Azərbaycan dili və fars dilləri)
  • Yoahim Konstantinoviç Romanov (Allahın Qanunu)
  • Nikolay Vasileviç Sklifosovski (rəsm)
  • Pyotr İosifoviç Umikov (gürcü dili)
  • Nikolay Fyodoroviç Fokkov (Latın; 1868–1870)
  • İ. A. Şestakov[14]
  • Viktor Antonoviç Martynovski (1870-ci illərdə — ədəbiyyat müəllimi; 1886–1890-cı illərdə — müfəttiş).[15]

İstinadlar

  1. Тбилисцы, 2010
  2. Почётным попечителем в 1906 году был Статский Советник Камергер Двора Его Императорского Величества князь Николай Васильевич Аргутинский-Долгорукий
  3. Тифлисская гимназия/ Состояние учебной части в Закавказ3ском крае/Отделение третье/Кавказский календарь на 1846 год. — Тифлис, 1845. — стр. 142
  4. Затем Головинский проспект, ныне проспект Руставели
  5. "Архитектурно-строительная жизнь России". 2011-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  6. Грузинская советская энциклопедия. Т 4. — Т, 1979. — С. 610–611.
  7. "Тифлисские друзья Гумилёва. (Вашингтонские находки)". 2015-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  8. "Гумилёв Дмитрий степанович". 2012-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  9. "Кавказский календарь на 1870 год". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  10. Ru:Действительный статский советник Лев Львович Марков (1837, Ru:Щигровский уезд, Ru:Курская губерния — 1911, Тифлис) — прозаик, публицист и краевед; брат Е. Л. Маркова. Печатался в "Отечественных записках", газете "Кавказ". Оставил рукопись "Воспоминаний".
  11. За подписью исполняющего обязанность директора гимназии М. Карпинского было выдано свидетельство № 1320 от 21 августа 1903 года об учении в 1-й Тифлисской гимназии Н. Гумилёва — см. Лукницкая В. Материалы к биографии Н. Гумилёва. Arxivləşdirilib 2012-10-16 at the Wayback Machine
  12. Был переведён сюда с должности директора 5-й мужской Тифлисской гимназии — см. Список гражданским чинам IV класса. Исправлен по 1-е сентября 1915 года. Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine
  13. Юрьев О. А. "Анабазис футуриста". 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  14. Был рекомендован директором первой в Грузии метеорологической обсерватории.
  15. "Персоны  /  Мартыновский Виктор Антонович инспектор Тифлисской прогимназии на 1886 г. :: РГИА". rgia.su. İstifadə tarixi: 2020-04-21.

Ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.