Birinci Rus Antarktika ekspedisiyası
Birinci Rus Antarktika ekspedisiyası — Faddey Bellinshauzen və Mixail Lazarevin başçılığı altında Cənub okeanı sularına altıncı materikin olub-olmamasını (Antarktida) dəqiqləşdirmək məqsədi ilə edilən ekspedisiya.
Kəşfdən öncə
Ceyms Kuk özünün ikinci dövü aləm səyahəti zamanı Cənub Qütb dairəsi sularına daxil olmuş və — 71° 10' c.e. qədər üzdükdən sonra buzlar onun hərəkətinə maneə olur. Ceyms Kuk belə fikir irləli sürür ki, ya altıncı materik yoxdur ya da ora getmək mümkünsüzdür. Onun bu fərziyyəsi səyyahları altıncı materikin axtarışı fikrindən daşındırmışdır. Kük öz ekspedisiyanın nəticələri incələyərkən yazırdı: «Mən cənub yarımkürəsində yerləşən, okean sularının ucqar enliklərə qədər üzərək altıncı materikin mövcudluğunu inkar edirəm, lap belə mövcud olsa o ancaq qütb enliklərinə yaxın, gəmilərin üzə bilməcəyi yerdə yerləşə bilər.»[1].
31 mart 1819-ci ildə İvan Fyodoroviç Kruzenştern Dəniz naziri olan İvan Traverseyə göndərdiyi məktubda qütb sularında araşdırmaların gərəkliyi barədə bildirir[2]. Məktubda Kruzenştern Cənub və Şimal qütlərinə iki ekspedisiyanın hazırlanmasını təklif edir. Hər ekspedisiyaya iki gəminin qoşulması planlaşdırılırdı. Xüsusi ilə Cənub qütbünə təşkil olunacaq ekspedisiyaya böyük əhəmiyyət verirdi. O, bu barədə yazırdı: «Bu ekpedisiya özünün əsas məqsədindən başqa, Cənub yarımkürəsinda yerləşən ölkələri öyrənməli, Böyük okeanın cənub hissəsində düzgün olmayan hər predmetı araşdırmalı və catışmazlıqları aradan qaldıraraq onu zənginləşdirməli, belə demək olarsa bütün dənizlərə səyahəti birirmək olmalıdır.»[2].
Hazırlıq və ekspedisiyanın tərkibi
Kruzenştern Antarktidaya göndəriləcək heyətin başına kapitan olaraq Vasili Mixayloviç Qolovnin təyin olunmasını təklif edir. Ancaq həmin anda o dövrü dünya səyahətində idi. Onun yerinə Faddey Bellinshauzen olaraq təklif edilir. Bu zaman o Qara dənizdə freqatlardan birinə rəhbərlik edirdi. Ancaq nazirlik birinci ekspedisiyaya rəhbərliyi Makar İvanoviç Ratmanova həvalə etməyi düşünürdü. Təyinatdan bir qədər əvvəl Ratmanov İspaniyadan qayıdarkən Skagen burnuda qəzaya uğrayır. Bu səbəbdən o, Kopenhagendə qalmalı olur. Bununla da ekspedisiyaya rəhbərlik Bellinshauzenə həvalə olunur.
Ekspedisiya üçün iki gəmi ayrılmışdı — Mirnı və Vostok. «Mirnı» rus muhəndisləri Kolodkin və Kurepanov tərəfindən yenidən inşa edilərək hazırlanmışdı. Ekspedisiyada gəmi özünü yaxşı tərəfdən göstərmişdir.
«Vostok» gəmisi isə britaniyalı mühəndislər tərəfindən inşa edilmişdi. Bu gəminin bəzi catışmamazlıqları mövcud olmuşdur. Onun gövdəsi qütblərdə üzməyə imkan vermirdi. Bu səbəbdən onu ekspedisiyanın gedişində bir necə dəfə təmir etməli olmuşlar. Ekspedisiyanın sonlarına yaxın gəminin vəziyyəti o qədər pis olmuşdur ki, Bellinshauzen səyahətin bitməsinə bir ay qalmış geriyə qayıtmağı əmr vermişdir.
Gəmilərin sürətləri fərqli olduğundan müəyyən çətinliklər yaradırdı.
«Vostok» şlyupu
- Ekspedisiyanın rəhbəri və «Vostok» gəmisinin 2-ci ranq kapitanı Faddey Bellinshauzen
- Kapitan-leytenant İvan Zavadovski
- Leytenantlar: İvan İqnatev, Konstantin Torson, Arkadi Leskov
- Miçman Dmitri Demidov
- Astronom professor İvan Simonov
- Rəssam Pavel Mixaylov
- Ştab-lekar Yakov Berx
- Şturman Yakov Poyadin
- Klerk İvan Rezanov
- Qardemarin Roman Adame
- İeromonax Dionisi [soyadı müəyyən deyil][4]
- Unter-zabitlər: kiçik şturman Andrey Şerkunov və Pyotr Kryukov, şxinper köməkçisi Fedor Vasilev, feldşer 1 klas İvan Stepanov.
- Kvartirmeysterlər: Sandaş Aneev, Aleksey Aldıqın, Martın Stepanov, Aleksey Stepanov, fleyşik Qriqori Dianov, barabançı Leonti Çukin.
- Matroslar 1 dərəcəli: sükançı Semem Trofimov; marsovlar Qubey Abdulov, Stepan Sazanov, Petr Maksimov, Kondratı Petrov, Olav Ranqopl, Paul Yakobson, Leon Dubovski, Semen Qulyaev, Qriqori Ananin, Qriqori Elsukov, Stepan Filippov, Sidor Lukin, Matvey Xandukov, Kondratı Borisov, Eremey Andreev, Danila Kornev, Sidor Vasilev, Danils Lemantov, Fedor Efimov, Xristian Lenbekin, Efim Qladki, Martın Lyubin, Qavrils Qalkin, Yusup Yusupov, Qabit Nemyasov, Prokofiy Kasatkin, İvan Krivov, Matvey Lezov, Mafusail May-İzbay, Nikifor Aqloblin, Nikita Alunin, Eqoe Kiselev, İvan Saltıkov, İvan Şoloxov, Demid Antonov, Abosim Skukka, Fedor Kudryaxin, İvan Yarenqin, Zaxar Popov, Filimov Bıkov, Vasili Kuzneçov, Aleksey Konevalov, Semen Quryanov, İvan Paklin, İvan Qrebennikov, Yakov Bizanov, Mixail Toçilov, Matvey Popov, Elizar Maksimov, Pyotr İvanov, Qriqori Vasilev, Mixail Taxaşikov, Petr Palisin, Denis Yujakov, Vasili Sobolev, Semen Xmelnikov, Matvey Rojin, Sebastyan Çiqasov, Danila Stepanov, Varfolomey Kopılov, Spridion Yefremov, Terenti İvanov, Larion Neçaev, Fedot Pazqulyaev, Vasili Andreev, Kirill Sapojnikov, Aleksandr Bareşkov, Aleksey Şilovski, Afanasi Kirillov.
- Müxtəlif mexaniklər: çilingər Matvey Qubim, timmerman (baş dülgər) Vasili Kranopepov, dəmirçi Petr Kurlıqın, dülgər Petr Matveev, konopatçı Родион Аверкиев, yelkənçi Danila Miqalkin, bondar Qavrila Danilov.
- Kanonirlər: artilleriyaçı unter-zabit İlys Petuxov və İvan Kornilev, bombardir Leontiy Markelov, kanonerçilər 1 dərəcəli Zaxar Krasnisin, Yan Yasıleviç, Yakub Beleviç, Eqor Vasilev, Vasili Kapkin, Feklist Alekseev, Semen Qusarov, Stepan Yasınovski, Nikita Lebedev, Qleb Plısov və İvam Barabanov.
«Mirnı» şlyupu
- Leytenantlar: gəmi kapitanı Mixail Lazarev, Nikolay Obernisov, Mixail Annenkov
- Miçmanlar: İvan Kupriyanov, Pavel Novosilski
- Şturman zabitləri: Nikolay İlin
- Mediko-cərrah: Nikolay Qalkin
- Bosmanlar və unter-zabitlər: bosman İvan Losyakov, bataler çavuş Andrey Davıdov, feldşer 1 klass Vasili Ponomarev, çilingər Vasili Gerasimov, şxinper köməkçisi Vasili Trifanov, şturman köməkçisi Yakov Xarlav.
- Kvartirmeysterlər: Vasili Alekseyev, Nazar Paxmatulov, barabançı İvan Novinski.
- Matroslar 1 dərəcəli: Abaşir Yaşkin, Platon Semenov, Arsenti Filippov, Spiridionn Rodionov, Nazar Atalinov, Yeqor Bernikov, Qabidulla Mamlineyev, Qriqori Tyurkov, Kapavel Moxov, Petr Erşev, Fedor Pavlov, İvan Kirillov, Matfey Murzin, Simov Taus, İvan Antonov, Demid Ulışev, Vasili Sidorov, Batarşa Badeev, Lavrenti Çupranov, Eqor Barsukov, Yakob Kirillov, Ocip Koltakov, Markel Estinqeev, Adam Kux, Nikolay Volkov, Qriqori Petunin, İvan Leontev, Anisim Qavrilov, Larion Filipov, Tomas Bunqanin, Danila Anoxin, Fedor Bartyukov, İvan Konmınski, Frol Şavırın, Arxip Palmin, Захар Иванов, Василий Курчавый, Filipp Paşkov, Fedor İstomin, Demid Çirkov, Dmitri Qorev, İlya Zaşanov, İvan Kozırev, Vasili Semenov.
- Müxtəlif mexaniklər: çilingər Vasili Gerasimov, dülgər Fedor Petrov və Petr Fedorov, konopatçı Andrey Ermolaev, yelkənçi Aleksandr Temnikov, bondar Popan Sorokin.
- Kanonirçilər: artilleriya baş unter-zabiti Dmitri Stepanov; kanonir 1 dərəcəli Petr Afanasev, Mixail Rezvıy, Vasili Stepanov, Vasili Kuklin, Efim Vorobev, İvan Sarapov.
Cənub okeanına səyahət
4 iyul 1819-ci ildə ekspedisiya Kronştatdan yola çıxır. Onlar artıq 14 noyabr tarixində Rio-de-Janeyroya gəlib çatırlar. Buradan onlar bir başa Cənubi Georgiya adasının cənub-qırbinə istiqamətlənirlər. Buradan sonra istiqamət Sandviç Torpağı adlandırılan bölgəyə yönəlir. Onlar adaların şərqinə keçdikdən sonra torpaq adlandırılan ərazinin arxipelaq olmasını müəyyən edirlər. Bu səbəbdən «torpaq» kəlməsi yerinə Cənubi Sandviç adaları olaraq adlandırılır. Qurupa daxil olan Leskov adası, Zavadovski adası və Torson adası kəşf edilir[5]. Arxipelaqa daxil olan və yeni kəşf olunmuş üç adadan ibarət olan qrupa Dəniz Naziri olan Markiz de Travesenin adı verilir (Traverse arxipelaqı). Sonradan ekspedisiya üzünü şərqə tutur.
Antarktikanın araşdırılması
16 yanvar 1820-ci ildə ekspedisiya 69° 21' 28" c. e. və 2° 14' 50" q. u yaxınlaşırlar. Bununla da Antarktida materiki kəşf olunur. Onların yan aldıqları ərazi Bellinshauzen şelf buzlağı, Şahzadə Marta sahili ərazisində yerləşir. 21 yanvarda iştirakçılar yenidən sahili müşahidə edirlər. 5 və 6 fevral tarixlərində sahilə olduqca yaxın gələ bilirlər. Burada qışın sərtliyi ilə əlaqədar bölgəni tərk edərək Sakit okean istiqamətdə hərəkət edirlər. Burada bir neçə adanı kəşf edirlər.
Antarktik yayın başlaması ilə əlaqədar 1821-ci ilin yanvarında Antarktidanın qərb yatımkürəsində yerləşən hissəsinin sahillərini araşdıraraq bir sıra açılışlar edirlər. I Pyotr adası kəşf edilir. Ada Rusiya dəniz donanmasının qurucusu I Pyotrın şərəfinə adlandırılır. Adaya yan alaran ona enmək mümkünsüz olmuşdur. Ekspedisya üzvləri burada buzdan azad olan böyük bir dağlıq ərazini müşahidə edirlər və onu I Aleksandr Torpağı olaraq adlandırırlar. Sonradan Cənubi Şetland adalarına çataraq onların xəritəsini tərtib edirlər. Onlar burada üç adanı kəşf edirlər. Qibbs adası, Fil adası, Kornuells adası və Klarens adasının xəritəsini tərtib edirlər
Cənubi Şetland adalarından Rio-de-Janeyroya istiqamət götürürlər. Buradan isə Avropaya gələrək 24 iyul 1821-ci ildə Kronştata qayıdırlar. Ekspedisiya iştirakçılarının qarşılanmasında I Aleksandr şəxsən iştirak edir. İştirakçlara orden və medallar verilir.
Ekspedisiyanın nəticəsi
Altıncı materik olan Antarktida və 29 ada kəşf edilir. Dünya əhəmiyyətli açılışlar həyata keçirilir. Bir çox etnoqrafik kolleksiyalar toplanılır. Antarktida sahillərində yaşayan canlılar haqqında məlumat verilir.
İstinadlar
- Джеймс Кук. Путешествие к Южному полюсу и вокруг света. Государственное издательство географической литературы, Москва, 1948 г., стр. 33. (rus.)
- ЦГАВМФ, Личный фонд И. И. Траверсе, дело 114, листы 6—21
- Беллинсгаузен, Фаддей Фаддеевич. Двукратные изыскания в Южном Ледовитом океане и плавание вокруг света в продолжение 1819, 1820 и 1821 годов. — Второе издание с сокращениями и изменениями. — Москва: Государственное издательство географической литературы, 1949.
- "Мореплаватели-священники. Как иеромонахи совершали подвиги | Люди | ОБЩЕСТВО | АиФ Санкт-Петербург". 2015-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-18.
- Dekabristlərin üsyanından sonra Torson adası Vısoki adası olaraq dəyişdirilmişdir.