Birinci Meyniman
Birinci Meyniman — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd.
Birinci Meyniman | |
---|---|
40°02′35″ şm. e. 48°45′30″ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Hacıqabul rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 761 nəfər (2019) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2414 |
|
Tarixi
Birinci Meyniman kəndi Kür çayının sahilində yerləşir. 2010-cu ilin yaz aylarında Kür çayının daşması bu kəndə böyük ziyan vurub. Belə ki, 23 may 2010-cu il tarixində saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlamışdır. Nəticədə 70-ə qədər ev daşqın suları altında qalmışdır.[1]
Toponimikası
Birinci Meyniman. Hacıqabul r-nunda eyni adlı i.ə.v-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. XIX əsrə aid mənbələrdə Meneyman, 1933-cü ildə Meynəman şəklində qeydə alınmışdır. Yaşayış məntəqəsi Kür çayının üstündə balıq vətəgəsi əsasında yaranmışdır. İlk sakinləri Cənubi Azərbaycandan buradakı balıq vətəgələrində işləməyə gəlmiş azərb. ailələr olmuşlar. Sonralar ondan yeni məntəqə yaranmış və toponimin əvvəlinə birinci sözü əlavə edilmişdir. Meyniman komponentinin fars dilindəki "mehman" (qonaq, gəlmə) sözünün fonetik variantı olduğunu ehtimal etmək olar.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1373 nəfər əhali yaşayır.[3]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- "Hacıqabul rayonunda Kürdə daha bir bənd dağılıb, bir kəndi su basıb". 2010-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-30.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629