Birinci Balkan müharibəsi
Birinci Balkan müharibəsi - 7 oktyabr 1912-30 may 1913-cü ildə Bolqarıstan krallığı, Serbiya krallığı, Yunanıstan krallığı və Çernoqoriya krallığından ibarət Balkan İttifaqının Osmanlı dövlətinə qarşı başladığı müharibə. Bu müharibə ilə Balkan dövlətləri, Osmanlı dövlətinin Balkan yarımadasındakı torpaqlarının böyük bir hissəsini ələ keçirmişdir. Bu müharibə nəticəsində Osmanlı dövləti Ədirnə və Qırxlareliyə qədər olan Midye-Enez xəttinin qərbindəki bütün torpaqlarını Balkan dövlətlərinə buraxmağa məcbur qalmışdır.
I. Balkan müharibəsi | |||
---|---|---|---|
Balkan Müharibələri | |||
Tarix | 8 oktyabr 1912 - 30 may 1913 | ||
Yeri | Balkan Yarımadası | ||
Səbəbi | Balkan İttifaqının Osmanlını Balkan yarımadasından çıxarma istəyi | ||
Nəticəsi | Balkan Birliyi qazandı ve Osmanlı məğlub oldu, London Müqaviləsi | ||
Ərazi dəyişikliyi | Osmanlı imperiyası Balkanlarda, Egey dənizində olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı. Albaniya müstəqil knyazlıq elan edildi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibənin başlanması
8 oktyabr 1912-ci ildə Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriyadan ibarət "Balkan ittifaqı" Osmanlı imperiyasına müharibə elan etdi. Beləliklə, tarixdə Birinci Balkan müharibəsi (8 oktyabr 1912-ci il - 30 may 1913-cü il) adlandırılan müharibə başlandı. Müharibənin baaşlamasının səbəbi Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriyanın öz ərazilərini genişləndirməyə can atmaları olmuşdur.
Müharibənin gedişatı
Müharibənin birinci mərhələsi (oktyabr-dekabr 1912-ci il) Balkan ittifaqı qoşunlarının hücumları ilə səciyyələnirdi. Müharibəyə hazır olmayan Osmanlı qoşunları elə ilk günlərdən Frakiyanı tərk edərək Çatalcaya doğru geri çəkilmək məcburiyyətində qaldı. Serblər Kimovoda, yunanlar isə Salonikdə türkləri məğlub etdilər. Müvəqqəti barışıq zamanı Osmanlı, Serbiya və Bolqarıstan hərbi əməliyyatları dayandırsalar da, Yunanıstan və Çernoqoriya müharibəni davam etdirirdilər. Müharibənin ikinci mərhələsi (fevral-may 1913-cü il) Ədirnəyə hücüm istisna olmaqla, mövqe müharibəsi ilə fərqlənirdi.
Nəticə
Osmanlının məğlubiyyətini gözləməyən Avropa dövlətləri təşvişə düşərək 1913-cü il 3 mayda tərəflər arasında barışıq sazişi imzalatmağa nail oldular. Elə həmin il 30 mayda isə Londonda sülh müqaviləsi bağlandı. Bu müqavilənin şərtlərinə görə Osmanlı imperiyası Balkanlarda, Egey dənizində olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı. Albaniya müstəqil knyazlıq elan edildi.[1]
Həmçinin bax
İstinadlar
- Yeni tarix. X sinif üçün dərslik. Bakı,2002.