Birinci Ərəbcəbirli

Birinci ƏrəbcəbirliAzərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.Rayon mərkəzinə çox yaxın və ondan şimal- qərbdə, Bakı-Qazax şose yolu kənarında, Şirvan düzündə yerləşən kənd.

Birinci Ərəbcəbirli
40°38′53″ şm. e. 47°41′27″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Birinci Ərəbcəbirli xəritədə
Birinci Ərəbcəbirli
Birinci Ərəbcəbirli

Ümumi məlumat

Birinci Ərəbcəbirli Göyçay rayonunun İəhadət inzibati ərazi vahidində kənd. Bozdağ silsiləsinin ətəyindədir. Kəndin adı 1917-ci ildə Ərəb Cabirli, 1933-cu ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Oykonimin ikinci komponenti ƏrəbŞamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət ərəbcəbirli tirəsinin adı ilə bağlıdır. Birinci komponent isə onu eyniadlı digər yaşayış məntəqəsindən ayırmağa xidmət edir. Etnotoponimdir.

15 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Birinci Ərəbcəbirli, İkinci ƏrəbcəbirliMirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır[1].

Tarixi

Qədim tarixə malik olan bu kəndin ərazisindən müxtəlif dövürlərə aid materiallar (saxsı qablar, qırıq küp qəbirlər və s.) tapılmışdır. Kəndin ərazisindəın qədim və erkən orta əsrlərdə yaşayış məntəqəsi olmuşdur. Kəndin adı 1917-ci ildə Ərəb Cabirli, 1933-cü ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Birinci Ərəbcəbirli kəndin adı Ərəbşamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət olan ərəbcəbirli tirəsinin adı ilə əlaqədardır. Etnotoponimdir.

Əhalisi

Əhalisi 2018nəfərdir

Məşğuliyyəti

Əhali əsasən taxılçılıq, bağçılıq, və heyvandarlıqla məşğul olur.[2]

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.