Bir nəfər hamıya görə (film, 1989)

Bir nəfər hamıya görə qısametrajlı bədii filmi rejissor Murad İbrahimbəyov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yalançı liderin iç üzünü açıb göstərir. Əsas rolları İqor Kostalevski, Mixail Filippov, Vladimir Yermolayev, Yelena Romanova və Aleksandr Şarovski ifa edirlər.

Bir nəfər hamıya görə
Janr qısametrajlı
Rejissor Murad İbrahimbəyov
Ssenari müəllifləri Maqsud İbrahimbəyov
Murad İbrahimbəyov
Baş rollarda İqor Kostalevski
Mixail Filippov
Vladimir Yermolayev
Yelena Romanova
Aleksandr Şarovski
Operator Həmidulla Xasanov
Bəstəkar Mixail Meyeroviç
Rəssam Hədis Hacıyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1989
Filmin növü qısametrajlı bədii film
Müddət 31 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1989
Texniki məlumatlar 3 hissə
850 metr
Rəng rəngli

Məzmun

Səhvə yol verilir. Əllərində etibarsız biletləri olan bir qrup təyyarə sərnişini yersiz qalır. Onlardan biri təşəbbüsü əlinə alıb şuluqluq salır. Bərk hiddətlənmiş cavan oğlan hamı üçün ədalət tələb edir... Lakin təyyarədə onun üçün yer tapılan kimi qəhrəmanın xeyirxahlıqdan coşmuş qəzəbi ani olaraq soyuyur.[1]

Film yalançı liderin iç üzünü açıb göstərir. O, həqiqət haqqında gurultulu sözlər deməklə özü üçün xeyir axtarır. Əxlaq və mənəviyyat onun yalnız dilindədir.[1]

Rollarda

İqor Kostalevski
Mixail Filippov
Vladimir Yermolayev
Yelena Romanova
Aleksandr Şarovski

İstinadlar

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 144-145

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1989-cu ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.