Bir milyon dollarım olsaydı

Bir milyon dollarım olsaydıQaraqan tərəfindən yazılmış roman.

Bir milyon dollarım olsaydı
azərb. Bir milyon dollarım olsaydı
Kitabın üz qabığıpx
Müəllif Qaraqan
Janr Dram
Orijinalın dili Azərbaycan dili
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2007
Nəşriyyat Qanun, Əli və Nino
Nəşr 2009
2014 ("Əli və Nino" nəşriyyatı)
2014 ("Qanun" nəşriyyatı)
Səhifə 109
Əvvəlki A
Sonrakı Исповедь Одного Извращенца
ISBN ISBN 978-9952-26-717-4

Məzmun

Qaraqanın "Bir milyon dollarım olsaydı..." adlı romanı kasıb və namuslu mətbəə işçisi - Kərəmin həyatından bəhs edir. Qazandığı cüzi maaşı həyat yoldaşına və övladlarına xərcləyən qəhrəmanın həyatını təsadüfən tikintidən tapdığı bir milyon dollar necə dəyişir? O, namuslu və dəyişilməyən insan obrazı kimi bu hadisədən sonra başına gələnlərlə mübarizə aparır. Pul hər zaman xoşbəxtlik gətirirmi?. "Bir milyon dollarım olsaydı..." romanı müasir dövrün müxtəlif ailə-məişət problemlərinə işıq tutur.

Əgər gecə, küçənin ortasında qara bir çemodanda bir milyon dollar tapsaydınız nə edərdiniz? Yəqin ki, hamı ilk olaraq bahalı avtomobil, villa və xaricə səyahət haqqında düşünərdi. Elə kasıb nəşriyyat işçisi Kərəm Alıyev də belə düşünürdü. O da öz kasıb ailəsini, həyat yoldaşı Firuzə və uşaqlarını ehtiyac bataqlığından xilas etmək istəyirdi. Amma bəzən hər şey bizim gözlədiyimiz kimi olmur. Bəzən çox qəribə hadisələr baş verir. Kərəmin tapdığı bir milyon dollar onun bütün həyatını dəyişir. Pulun sahibini axtarmaq qərarına gəlir. Lakin axtarışları boş yerə olur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.