Bir dəfə Amerikada (film, 1984)

Bir dəfə Amerikada1984-cü ildə rejissor Serco Leonenin çəkdiyi film. ABŞ-İtaliya istehsalıdır.

Bir dəfə Amerikada
ing. Once Upon a Time in America
Janr cinayət filmi[1], fleşbək filmi[d], dram filmi, roman ekranlaşdırması[d], qanqster filmi[d], tarixi film, dram
Əsas mövzu mütəşəkkil cinayətkarlıq[d]
Rejissor
Prodüser
  • Arnon Milçen[d]
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkar
İstehsalçılar Regency Enterprises[d]
Distribütor Netflix
İlk baxış tarixi 1984, 12 oktyabr 1984[6]
Müddət 229 dəq.
Büdcə 30.000.000 $
Gəlir 5.321.508 $
Ölkələr
Dil ingilis dili[7]
Rəng rəngli
Çəkiliş yeri Paris, Nyu-York, Monreal, Nyu Cersi, Florida, Venesiya, Komo
IMDb ID0087843
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film haqqında

Rejissor Serco Leonenin 1984-cü ildə çəkdiyi və baş rollarda Robert de NiroCeyms Vudsun oynadığı film…

Film 1920 və 30-cu illərdə Nyu-York qanqsterlərinin həyatından bəhs edir. Film Harri Qreyin məşhur “The Hoods” əsəri əsasında çəkilib. Orijinal versiyası 4 saat 29 dəqiqə davam edən film 1984-cü ildə Kann Film Festivalında müsabiqədən kənar nümayiş etdirildi. Filmi ABŞ-də göstərmək üçün ondan filmi montaj etmək və qısaltmaq tələb olundu. Nəticədə 2 saat 19 dəqiqəlik film alındı. Bu isə uğursuzluqla nəticələndi. Film 5 BAFTA , 2 Qızıl Qlobusa namizəd oldu. Çox təəccüblü olsa da, film heç bir Oskar nominasiyası əldə etmədi. Bunu bəlkə də ABŞ-də ekranlara çıxan qısa və uğursuz versiya ilə əlaqələndirmək olar. Film həmçinin sonradan məşhur aktrisaya çevriləcək Cennifer Konellinin film debütü idi.

Film 1920-60-cı illər arasındakı hadisələri əsasən xatirələrlə əks etdirir. Devid “Noodles” Aaronson kasıb ailədən olan və həyat uğrunda mübarizə aparan uşaqdır. Daha sonra Maks Berkoviçlə görüşən Devid digər uşaqların da qoşulduğu kiçik dəstə yaradırlar. Devid digər dəstənin başçısı Baqsini öldürdüyünə görə həbs edilir. Həbsdən azad olduqdan sonra o, Maksla yenidən birləşir və qanqster fəaliyyətinə davam edir.

Rollarda

  • Robert de NiroDavid 'Noodles' Aaronson
  • James WoodsMaximilian 'Max' Bercovicz
  • Elizabeth McGovernDeborah Gelly
  • Tuesday WeldCarol
  • Treat WilliamsJames Conway O'Donnell
  • James HaydenPatrick 'Patsy' Goldberg
  • Joe PesciFrankie Minaldi
  • Larry Rapp'Fat' Moe Gelly
  • Danny AielloPolice Chief Vincent Aiello
  • William ForsythePhilip 'Cockeye' Stein
  • Burt YoungJoe
  • Darlanne FluegelEve
  • Dutch MillerVan Linden
  • Robert HarperSharkey
  • Richard BrightChicken Joe

İstinadlar

Xarici keçidlər

8.4 - 10 ulduzdan
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.