Bir cənub şəhərində

Bir cənub şəhərində filmi rejissor Eldar Quliyev[1] tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında[2] istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.[2] Filmdə əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov, Natella Adıgözəlova, Sadıq Hüseynov, Süsən Məcidova, Tatyana Xaritonova, Əsəd Məmmədov, Yusif VəliyevSadıq Həsənzadə ifa edirlər.

Bir cənub şəhərində
Janr dram
Rejissor Eldar Quliyev
Əsərin müəllifi Rüstəm İbrahimbəyov
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Baş rollarda Həsən Məmmədov
Eldəniz Zeynalov
Hacımurad Yegizarov
Məcid Dadaşov
Natella Adıgözəlova
Operator Rasim Ocaqov
Bəstəkar Fərəc Qarayev
Rəssam Kamil Nəcəfzadə
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 27 yanvar 1969
Filmin növü tammetrajlı bədii film
Müddət 75 dəq.
Ölkələr SSRİ SSRİ
Dil azərbaycanca
İl 1969
Texniki məlumatlar 8 hissə
2199,3 metr
Rəng ağ-qara
IMDb ID4263876

Məzmun

Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.[2] Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.[3]

Çəkilişlərdən öncə

Rasim Ocaqov: Bir gün, o zaman musiqi redaktoru işləyən Emin Sabitoğlu kinostudiyanın çayxanasında mənə dedi ki, yeni bir ssenari gəlib, müəllifi Maqsudun qardaşıdır, oxumamısansa, məsləhət görürəm. Nəsə qeyri-adi bir şeydir. Səhəri gün Emin "Bir Cənub şəhərində" adlı ssenarini gətirib mənə verdi. Oxudum. Əsər məni özünün sərt realizmi, cəsarətli müəllif mövqeyi ilə təsirləndirdi. Bu ssenarini yeniruhlu, yeni estetik baxışlara malik rejissor çəkməliydi. Elə həmin il mənim həyatda və sənətdə kumirim olan Tofiq Quliyevin oğlu Eldar Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gəlmişdi. Məsləhət görüldü ki, bu ssenari əsasında filmi gənc rejissor Eldar Quliyev çəksin.[4]

Tofiq Quliyev: Moskvada kino institutunu bitirib Bakıya qayıtdıqdan sonra bir gün mənə dedi ki, R.İbrahimbəyovun “9-cu Xrebtovıda” hekayəsini oxuyub, çox xoşuna gəlib, onu ekranlaşdırmaq istəyir. Bu əsəri mən də oxumuşdum. Bizim həyatımız haqqında əsl həqiqətləri olduğu kimi təcəssüm etdirən çox cəsarətli əsər idi. Mən onu fikrindən daşındırmağa çalışdım, dedim ki, institutu təzəcə qurtarmısan, belə kəskin mövzulu əsərə müraciət etmək sənin üçün tezdir. Cavansan, başqa mövzu seç, sənin üçün çətin olar. O, fikrindən dönmədi. “Bir cənub şəhərində” filmini çəkdi.[5]

Çəkilişlər

Eldar Quliyev: Bütün çəkilişləri Təzə Pir məscidinin arxasında və Mustafa Sübhi küçəsində aparmışdıq.[6]

Rasim Ocaqov: Mən filmin operatoru idim. Zənnimcə, bunu Eldar da təsdiq edə bilər, o filmdə operator işi, həqiqətən də, uğurlu alınıb. Bakının o köhnə məhəllələrini çəkəndə mənim təklifim və təkidimlə divarlar, evlər başdan-başa ağardılmışdı. Bu ağ divarların, ağ evlərin qarşısında səhərdən-gecəyədək qarageyimli adamlar dayanıb, qanlı oyunların baş verəcəyini gözləyirlər.[4]

Çəkilişlərdən sonra

Heydər Əliyev: "Bir cə­nub şə­hə­rin­də” fil­mi çə­ki­lən­də mən DTK-da iş­lə­yir­dim. Bu fil­min ya­ran­ma­sı bö­yük səs-küy do­ğur­muş­du. De­yir­di­lər ki, be­lə ol­maz, bu, bi­zi lə­kə­lə­yir, kor­la­yır. Rəh­mət­lik Cə­fər Cə­fə­rov da mənə zəng elə­di ki, be­lə bir mə­sə­lə var, xa­hiş edi­rəm, sən də ba­xa­san, müna­si­bət bil­di­rə­sən. Mə­nə də çox siq­nal­lar, ma­te­rial­lar, şi­ka­yət­lər gəl­di ki, bu, xal­qı­mı­zı lə­kə­lə­yir. Xa­ti­ri­niz­də­dir, mən ki­nos­tu­di­ya­ya gəl­dim, fil­mə bax­dım. Ye­nə də Şo­lo­ko­vun onun qar­şı­sı­nı Moskvada nə üçün al­dı­ğı­nı si­zə de­yim. Ya­dı­nız­da­dır­mı, filmdə be­lə bir epi­zod var ki, mi­li­sə bir ma­nat pul ve­rir­lər. Şo­lo­kov de­miş­di ki, nə tə­hər ola bi­lər, mi­lis iş­çi­si bir ma­nat pul alır? Be­lə şey ol­maz. Fil­mi bu­rax­mır­dı. Biz fil­mi bu­rax­dır­dıq və he­sab edi­rəm ki, o, bi­zim ki­ne­ma­toq­ra­fi­ya­nın hə­ya­tın­da çox bö­yük ha­di­sə ol­du.[7]

Film ekranlara çıxdıqdan sonra “Kommunist” qəzeti onun Azərbaycanı və azərbaycanlıları bütün ölkədə biabır etdiyini yazdı. Lakin “Bakinskiy raboçiy” yazırdı: “Nəhayət ki, otağın nəfəsliyi açıldı və Azərbaycan kinosuna təzə nəfəs gəldi".[8]

Maraqlı faktlar

  • Film rejissor Eldar Quliyevin böyük kinoda ilk işidir.
  • Film yazıçı Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti üzrə ekranlaşdırılmışdır.[2]
  • Film ssenarist Rüstəm İbrahimbəyovun Azərbaycan kinosunda ilk işidir.
  • Səfərəlinin basdırıldığı səhnədə milis işçisi Mustafa Muraddan 1 manat istəyir. Ancaq filmin M. Qorki adına kinostudiyada rus dilinə dublyaj edilmiş versiyasında dərman resepti istəyir. Hər halda sovet milis işçisinin vətəndaşdan pul istəməsi Moskvada qəbul edilməyib və ssenaridə dəyişiklik edilib.
  • Filmin azərbaycan dilində olan versiyasında finalda Muradın Tofiqi öldürüb-öldürmədiyi və ya yaraladığı müəmmalı görünür. Rus dilinə dublyaj edilmiş versiyasında finaldakı dialoqdan bəlli olur ki, Murad Tofiqi nə öldürür, nə də yaralayır. Sadəcə onu milisə izahat yazmaq üçün çağırırlar.
  • Filmin başlanğıcı 2 versiya ilə çəkilib. Bir versiyasında titrlərin arxa fonunda Babaş Bakının yollarında qaçır və xəyali olaraq maşın sürür. Başqa versiyada və həmçinin, rus dilində olan versiyada sadəcə Bakının küçələri göstərilir.
  • Səfərəlinin basdırılması səhnəsində molla Quran oxuyur. Eyni səsi biz rejissorun çəkdiyi Babək filmində də xəlifənin ölüm yatağında eşidirik.
  • Həsən tramvayda "Lalələr" mahnısını zümzümə edir.
  • Rənayla Murad yeməkxanada oturanda arxada xidmətçi "Girdim yarın bağçasına" mahnısını zümzümə edir.
  • Məhəllədə toy maşınları hərəkət edəndə orkestrin ifasında "Arzu qızım" mahnısının musiqisi səslənir.

Rəy

Yuri Xanyutin: "Bir cənub şəhərində" filminin Azərbaycan kino tarixində novatorluğu – düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. "Film janrına görə komediya – daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafa aydın müşahidəçilik, düşüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir.[9]

Mükafat

2000-ci ildə filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə "Humay" mükafatı verilmişdir.[2]

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor: Eldar Quliyev
Quruluşçu operator: Rasim Ocaqov
Quruluşçu rəssam: Kamil Nəcəfzadə
Geyim rəssamı: Kamil Nəcəfzadə
Bəstəkar: Fərəc Qarayev
Səs operatoru: Vladimir Savin
Rejissor: S.Ələsgərov
Operator: V.Həsənov
Montaj edən: Tamara Nərimanbəyova
Qrim rəssamı: S.Pozdeyeva
Mahnı mətni: Vaqif Səmədoğlu
Redaktor: Yusif Səmədoğlu, N.İbrahimova
Rejissor assistenti: R.Atakişiyev, Rafiq Dadaşov (R.Dadaşov kimi)
Operator assistenti: Ələsgər Ələkbərov
Rəssam assistenti: N.Viçina, T.Məlikzadə
Filmin direktoru: Rimma Abdullayeva
Çalır: Rafiq Babayevin İdarəsilə Caz Ansamblı

Rollarda

Həsən Məmmədov — Murad
Eldəniz Zeynalov — Tofiq
Hacımurad Yegizarov — Cahangir
Məcid Dadaşov — Həsən
Natella Adıgözəlova — Rəna
Sadıq Hüseynov — Babaş
Süsən Məcidova — Mənsurə
Məmməd Cəfərov (aktyor) - İbrahim
Tatyana Xaritonova — Marina
Alim Məmmədov — Sabir
Yusif Vəliyev — Səfərəli
Sadıq Həsənzadə — Mustafa
Ofeliya Məmmədzadə — Ağabalanın arvadı
Nazim Ağayev (müğənni) — məhəllə sakini
Kamil Məhərrəmov — məhəllə sakini
Fazil Salayev — Fazil
Məmmədkamal Kazımov — Çəkməçi Davud
Bilqeyis Ələsgərova — Səkinə
Almaz Əsgərova — Solmaz
Ramiz Məlik — Vasif
Tələt Rəhmanov — Xəlilov
F.Sevastyanov — mitinqdə çıxış edən
Hacıməmməd Qafqazlı — molla
Boris Savçenko — Semyon
Bahadur Əliyev — Muradın iş yoldaşı
Məmməd Cəfərov - Cahangirin atası
N.Sostina
Ə.Əliyev
T.Cəfərov
Ə.Xəlilov — məhəllə sakini

Filmi səsləndirənlər

Hamlet Xanızadə — Xəlilov (Tələt Rəhmanov) ;Ağabala(titrlərdə yoxdur)
Rafiq Əzimov — Sabir (Əsəd Məmmədov) (titrlərdə yoxdur)
Həsənağa Turabov — Cahangir (Hacı Murad Yagizarov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Rəna (Natella Adıgözəlova) (titrlərdə yoxdur)
Sadıq Hüseynov (aktyor) — Mustafa (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
Ətayə Əliyeva — Mustafanın arvadı (titrlərdə yoxdur)
Süleyman Ələsgərov (aktyor) — İbrahim (Məmməd Cəfərov (aktyor))(titrlərdə yoxdur)
Dadaş Kazımov — Çəkməçi Davud (Məmmədkamal Kazımov) (titrlərdə yoxdur)
Hökümə Qasımova - Səkinə (Bilqeyis Ələsgərova)(titrlərdə yoxdur)

İstinadlar

  1. Hacımusalı, O. İki ölüm arasındakı həyat: [Rüstəm İbrahimbəyovun yazdığı ssenari əsasında yaranan "Bir cənub şəhərində" filmi haqqında] //Xalq cəbhəsi.- 2011.- 11 noyabr.- S. 14.
  2. Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.66.
  3. Azərbaycanda teatr və kino sənətinin inkişafı Arxivləşdirilib 2018-01-10 at the Wayback Machine
  4. "Rasim Ocaqov: "Mən kinoda sözümü demişəm!"". 2013-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  5. "Tofiq Quliyevin kino musiqisi". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  6. "Eldar Quliyev: "Kino sənəti böyüdücü şüşədir"". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  7. "Eldar Quliyev: "Heydər Əliyev tapşırdı ki, bir milyon ayırın..."". 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  8. "Aydın Kazımzadə: "Azərbaycan kinosunun tarixi üç dəfə dəyişib."". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  9. "Eldar Quliyev". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.

Mənbə

  • Газ. "Бакинский рабочий". 29 марта 1970 года.
  • "Problem, həlli, mübahisələr" //Kommunist.- 1970.- 31 mart.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222; 304.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 141; 143-144; 164-166; 222.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.