Bir, iki, üç
"Bir, iki, üç" (ing. One, two, three) — rejissor Billi Uaylderin filmi.
Bir, iki, üç | |
---|---|
ing. One, two, three | |
Janr | komediya |
Əsas mövzu | Soyuq müharibə |
Rejissor | Billi Uaylder |
Prodüser | Billi Uaylder |
Ssenari müəllifləri |
Billi Uaylder İ.A.L. Daymond |
Baş rollarda |
Ceyms Keqni Horst Buhhols Pamela Tiffin |
Operator | Deniel L. Fepp |
Bəstəkar | Andre Previn |
İstehsalçılar |
Metro-Goldwyn-Mayer United Artists The Mirisch Company Pyramid Productions, A. G. |
Distribütor | Netflix |
İlk baxış tarixi | 15 dekabr 1961, ABŞ |
Filmin növü | bədii film |
Müddət | 108 dəqiqə[1] |
Büdcə | 3 milyon $[2] |
Gəlir | 4 milyon $[2] |
Ölkələr | ABŞ |
Dillər |
ingilis dili alman dili rus dili |
İl | 1961 |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Berlin, Almaniya Federativ Respublikası |
IMDb | ID0055256 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
Mak Namara "Koka-Kola" şirkətinin yüksək vəzifəli əməkdaşıdır. Şirkətin Qərbi Berlindəki nümayəndəliyinin sədridir. O, bu şirkətin bütün Avropadakı filiallarının rəhbərliyini öz əlinə almaq və Londona köçmək arzusundadır. Mak Namaranın müdiri ondan Berlinə gəlmiş 17 yaşlı qızı Skarletin qayğısına qalmağı xahiş edir. Bu səfəri zamanı, Skarlet heç kimə demədən Şərqi Berlin kommunisti Ottoya ərə gedir. İndi Mak Namara onların nikahını pozmaq üçün əlindən gələni etməlidir. Lakin ortaya Skarletin hamilə olması məsələsi çıxır. Ona görə də indi artıq Mak Namaranın qarşısında Ottonu Şərqi Almaniya həbsxanasından çıxarmaq və ondan kapitalist fikirli adam yaratmaq vəzifəsi durur.
Mükafatlar və nominasiyalar
1961-ci ilin "Oskar" mükafatı:
- Ən yaxşı operator işinə görə – Deniel L. Fepp
1961-ci ilin "Qızıl Qlobus" mükafatı:
- Ən yaxşı komediya filminə görə
- Ən yaxşı ikinci plan qadın roluna görə – Pamela Tiffin
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi : Billi Uaylder, İ.A.L. Daymond
- Rejissor : Billi Uaylder
- Operator : Deniel L. Fepp
- Bəstəkar : Andre Previn
- Prodüser : Billi Uaylder
Rollarda
- Ceyms Keqni – Mak Namara
- Horst Buhhols – Otto Lüdviq Piffl
- Pamela Tiffin – Skarlet Hazeltin
- Arlin Frensis – Fillis Mak Namara
- Lilo Pulver – İneqborq
- Hovard St. Con – Uendell P. Hazeltin
- Hanns Lothar – Mak Namaranın köməkçisi Şlemmer
- Leon Askin – Perepetçikov
- Ralf Volter – Borodenko
- Karl Liffen – Fris
- Hubert fon Meyerink – Drost Şattenburq
- Lois Bolton – Melani Hazeltin
- Piter Kepell – Mişkin
- Til Kiue – məruzəçi
- Henninq Şlüter – Bauer
- Karl Lüdviq Lindt – Zeydlits
Filmi səsləndirənlər
- Siq Rumen — Drost Şattenburq (Hubert fon Meyerink)
İstinadlar
- Crowther, Bosley. "Berlin Laughter: One, Two, Three Is at Astor and Fine Arts". The New York Times. NYT Critics' Pick. December 22, 1961. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-18.
- Tino Balio, United Artists: The Company That Changed the Film Industry, University of Wisconsin Press, 1987 p. 170
Xarici keçidlər
Vikisitatda One, Two, Three ilə əlaqədar sitatlar var.
- One, Two, Three — Internet Movie Database saytında.
- One, Two, Three TCM Movie Database saytında
- One, Two, Three scenes — YouTube
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.