Biotit
Biotit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn
Biotit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Strunz təsnifatı | VIII/H.11 |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
Lepidomelan (eyni zamanda Fe2+ və Fe3+ ilə zəngin), manqanofillit (18 %-dək MnO), natro (~ 5 % Na2O) - və titanobiotitlər ( ~13 % TiO2), kalsiumlu ( ~14 % CaO) və ceziumlu ( ~3 % Cs2O) biotitlər, hendriksit (23 %-dək ZnO) və b.
Xassələri
Rəng – qara, tünd-qəhvəyi, tünd-qonur, tünd-yaşıl, nazik lövhəciklərdə tüstülü; Mineralın cizgisinin rəngi – ağ, boz, qəhvəyi; Parıltı – şüşə, ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,70-3,12; Sərtlik – 2,5-3; Ayrılma – {001} üzrə mükəmməl, {110} və {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – asanlıqla nazik elastik vərəqlərə ayrılır; Başqa xassələr – istiliyə davamlıdır; elektroizolyatordur; Morfologiya – kristallar: nadir hallarda; lövhə - və sütunvari, piramidal; İkiləşmə: mika qanunu üzrə; Mineral aqreqatları: pulcuq- və vərəqvari, sıx kütlələr, hərdənbir druzalar.
Mənşəyi və yayılması
Turş və orta intruziv süxurların süxur əmələgətirən mineralıdır. Mineralın vulkanogen əmələgəlmələri əsasən turş lavalarda müşahidə edilir. Biotitin iri yığınlarına peqmatitlərdə rast gəlinir: burada o, tez-tez çox iri (bəzən 7 m2) kristallar əmələ gətirir. Bəzi metamorfik süxurların–qneyslərin, kristallik şistlərin və roqoviklərin səciyyəvi mineralıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, çöl şpatları, nefelin, muskovit, qranat, kianit, jedrit, andaluzit, kordiyerit, hipersten və b. Mineralın tapıldığı yerlər: Skandinaviya; Qrenlandiya; İlmen və Vişnyovıye dağları (Rusiya) və b. Azərbaycanda turş və orta intruziv əmələgəlmələrdə, Konqur-Alangöz intruzivinin kontakt oreolunda və s. qeyd edilmişdir.
Tətbiqi
Süxurların mütləqyaş təyinində istifadə edilir.
İstinadlar
Mənbə
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.