Biotibbi mühəndislik

Biotibbi mühəndislik mühəndisliyin texnika və biliklərini istifadə edərək diaqnoz və müalicə üçün yeni üsullar və mövcud üsulların inkişafı, qüsurlu bədən hissələri dəstəklənməsi və zəruri hallarda dəyişdirilməsini təmin edən bir texniki sahə kimi təsvir edilə bilər.

İnkişafı

Biotibbi mühəndislik 1950-ci illərin əvvəllərində çiçəklənməyə başlayan və 1970-ci ildən sonra çox sürətlə inkişaf edən fənlərarası bir mövzudur. Mövzunun geniş əhatəli, sağlamlıqla əlaqədar olması və müxtəlif fənlərlə əlaqəli olması bir çox müxtəlif mütəxəssislərin diqqətini cəlb etmişdir və bu vəziyyət, mövzunun sürətli inkişafını təmin etmişdir. Onun inkişafı zamanı müxtəlif təyinatlı müzakirələr aparılmış və Amerika Elmlər Akademiyası (1971) mövzunun təbiəti ilə bağlı olması haqqında bir məqalə dərc etmiş və bu ixtisası üç əsas kateqoriyanı ayırmışdır.

Kateqoriyaları

  1. Biomühəndislik: bioloji sistemlərin tanınmasında və tibbi praktikanın inkişafında mühəndislik texnikasının və baxışlarının tətbiqi;
  2. Tibbi mühəndislik: Biologiya və tibbdə istifadə edilən cihazların, materialların, diaqnoz və müalicə sxemləri, süni orqanların və digər vasitələrin inkişafında mühəndislik texnikalarının və fikirlərin istifadəsi;
  3. Kliniki mühəndislik: müxtəlif təşkilatların (universitetlər, xəstəxanalar, dövlət və sənaye və s.) səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün mühəndislik perspektivlərinin, metodlarının və metodlarının tətbiqi[1].

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.