Billie Jean

Billie JeanMaykl Ceksonun dance-pop/R&B janrlarında olan mahnısı. Müğənninin altıncı solo albomu olan Thriller-ə daxil olan mahnının mətninin və musiqisinin müəllifi o özü, prodüseri isə Kuinsi Consdur. İlk öncə Consun bəyənmədiyi mahnı haqqında o, və Cekson fərqli düşüncələrə malik idilər. Mahnı daha çox original bass xətti və Ceksonun vokal ifası ilə yadda qalmışdır. Mahnı səs mühəndisi Brüs Svidien tərəfindən ikinci yeni versiyasının hazırlanmasından sonra 91 dəfə yenidən işlənmişdir.

Billie Jean
Maykl Cekson tərəfindən Thriller albomunda ifa olunmuş sinql
B tərəfi "It’s Fallin' In Love"
"Can’t Get Outta the Rain"
Yayımlanma tarixi 2 yanvar 1983
Format 7", 12"
Yazılma tarixi 1982
Janr dans-pop, R&B, fank
Dil ingilis
Müddət 04:55
Prodüser Maykl Cekson, Kuinsi Cons
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Studiya Epic Records
Maykl Cekson sinqllarının xronologiyası
"The Girl Is Mine"
(1982)
"Billie Jean"
(1983)
"Beat It"
(1983)
Audio nümunəsi
"Billie Jean" mahnısından səslənmə
Videoklip
 Billie Jean
Digər üz qabığı
"Billie Jean" sinqlının digər üz qabığı"Billie Jean" sinqlının digər üz qabığı

"The Girl Is Mine" sinqlının və "Thriller" albomunun qazandığı böyük uğurdan sonra, "Billie Jean" sinqlı 2 yanvar 1983-cü ildə, albomnan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Həm ABŞ-də, həm də dünyada çox böyük uğur qazanan mahnı, 1983-cü ilin ən çox satılan sinqllarından biri olmaqla, eyni zamanda həm ABŞ-də, həm də BK-da hit paradlara daxil olmuşdur. Digər ölkələrdə də böyük uğur qazanan mahnı, İspaniyaİsveçrədə birinciliyə qədər yüksəlmiş, Avstriya, İtaliya, Yeni Zellandiya, Norveçİsveçdə ilk onluğa daxil olmuş, Fransada isə yalnız qırx beşinci yerə kimi irəliləyə bilmişdir. Mahnıya, 1989-cu ildə Recording Industry Association of America (RIAA) tərəfindən platinium sertifikat verilmişdir.

İki Grammy Awards, bir American Music Award kimi bir çox müxtəlif mükafatlar alan mahnı, maraqlı musiqisi və diqqətçəkən klipi ilə "Thriller" albomunun bütün zamanların ən çox satılan musiqi albomu olmasına təkan vermişdir. Mahnıya çəkilən qısa film xarakterli klip, MTV-nin irqi baryerini aşaraq efirdə yayımlanan qara dərili müğənninin ilk klipi olmuşdur. Ceksonun ilk dəfə moonwalk debütünü də etdiyi "Motown 25: Yesterday, Today, Forever" çərçivəsində "Billie Jean" mahnısının ifası zamanı göstərdiyi performans isə "Emmy" mükafatına layiq görülmüşdür. Mahnı həmçinin Maykl Ceksonun baş dərisinin şiddətli yanığa məruz qaldığı Pepsinin reklam çəkilişləri çərçivəsində də ifa edilmişdir. "Rolling Stone" jurnalı tərəffindən təşkil olunmuş "Bütün zamanların 500 ən böyük mahnısı" siyahısında "Billie Jean" mahnısı əlli səkkizinci yerdə qərarlaşmışdır. Bu yeganə mahnıdır ki, bütün versiyaları "King of Pop" albomuna daxil edilmişdir.

Ərəfə

Mahnının sözlərinin nə anlama gəlməsiylə bağlı müxtəlif iddialar meydana gəlmişdir. Bəziləri inanırlar ki, mahnının mövzusu real həyatdan götürülməklə, Maykl Ceksonu, öz ekiz övladlarından birinin atası hesab edən zehni xəstə qadından bəhs edir. Bəzləri isə Ceksonun qızğın tenis fanatı olmasına diqqət çəkərək mahnının məşhur tenisçi Billi Ceyn Kinqə həsr olunduğunu iddia edirlər. Lakin Cekson özü müxtəlif vaxtlarda qeyd edib ki, mahnı o və qardaşlarından ibarət olan "The Jackson 5" qrupuna həsr edilib.[1][2][3]

"Billi Ceyn anonim insandır. O, bir çox qızlarla eyniləşdirilə bilər. Onlar öz otaqlarını ifaçıların şəkilləri ilə bəzəyir, şəhərə yeni ifaçı gələn kimi onunla tanış olmağa və birgə içməyə çalışırlar. Və mən düşünürəm ki, mahnını mən balaca olanda böyük qardaşlarımın topladığı təcrübə əsasında yazmışam. Bizim ətrafımızda çoxlu Billi Ceyn var. Bir çox qızlar çalışır ki, onun övladının mənim qardaşlarımdan biri ilə nəsə əlaqəsi olsun."[4]

Maykl Ceksonun şəxsi bioqrafı J. Rendy Taraborrelli isə yazır ki, Billie Jean mahnısının mövzusu müğənninin 1981-ci ildə üzləşdiyi bir hadisədən götürülmüşdür. "The Magic & The Madness" sənədləri göstərir ki, gənc bir qadın Ceksona onun, yəni qadının ekiz uşaqlarından birinin atası olması ilə bağlı məktub göndərmişdir.[5][6] Eyni məzmunlu məktubları dəfələrlə alan Cekson isə heç vaxt həmin qadını görmədiyini bildirmiş və iddianı rədd etmişdir. Lakin qadın Ceksona məktub göndərməyi davam etdirərək, onu sevdiyini və onunla olmaq istədiyini bildirmişdir. O, bildirirdi ki, əgər onlar uşağı birgə böyütsələr çox şad olacaq. O düşünürdü ki, Cekson necə öz ətindən və qanından olan uşaqdan imtina edə bilər. Uzun müddət davam edən məktublar müğənnini bezdirmiş və o, qarabasmalardan əziyyət çəkməyə başlamışdır.[5]

Məktubların davam etdiyini görən Cekson fanatına şəklini, bir silah və məktub göndərərək onu qorxutmaq qərarına gəlir. Məktubda yazır ki, məşhur pop müğənni məlum gündə və xüsusi vaxtda özünü öldürmüşdür. Fanat da eyni hərəkəti etmək qərarına gələrək uşağını və özünü öldürür və bildirir ki, əgər onlar bu dünyada birgə ola bilmədilərsə, onda o biri dünyada olacaqlar. Qızın yemək otağından asılmış şəklini alan Ceksonun anası dəhşətə gəlir. Sonradan Ceksonlar öyrənirlər ki, fanat qadın ruhi xəstəxanaya göndərilmişdir.[5]

İstehsalı

Maykl Cekson "Billie Jean" mahnısını öz zehnində yaratdığı xanım fanat(lar)ına həsr etmiş və mahnının böyük uğur qazanacağına inanmışdır. "Musiqiçi yaxşı materialı seçə bilir. Hər şey yerindəcə hiss olunur. Bu sənə təsir edir və sən özünü yaxşı hiss edirsən. Necə ki, mən bu hissləri "Billie Jean"lə yaşamışdım. Mən mahnını yazanda artıq əmin idim ki, o böyük bir hit olacaq."[1][7]

Heç vaxt real Billi Ceyn olmayıb. Mahnıda haqqında bəhs olunan qız uzun illər ərzində qardaşlarıma yaxınlaşan müxtəlif qızların surətləri əsasında yaradılıb. Heç vaxt başa düşə bilməmişəm ki, bu cür qızlar necə yalandan başqasının, olmayan uşağının qayğısına qaldıqlarını iddia edə bilirlər.

Maykl Cekson, Moonwalk (1988)[1]

Lakin müğnni ilə mahnının porodüsseri arasında mahnyla bağlı çoxlu anlaşılmazlıqlar yaranmışdı. Kuinsi Cons istəmirdi ki, "Billie Jean" Thriller albomuna daxil edilsin. O, mahnının həddən artıq zəif olduğunu düşünürdü.[5][8] Mahnının demo versiyasını dinləyən prodüser onu bəyənmir və bass xəttinə də fikir vermir.[9]

Kuinsi Cons "Billie Jean" mahnısının "Thriller albomuna salınmasına qarşı çıxaraq zəif mahnı olduğunu bildirmişdi"

Cons mahnının o dövr üçün həddən artıq uzun olan 29 saniyəlik giriş hissəsini kəsmək istəyir.[7][10] Lakin Cekson həmin hissənin də saxlanmasına israr edir. "Mən dedim ki, Maykl biz mahnının girişini kəsmək istəyirik" Cons sonralar deyirdi. "O cavab verdi, amma həmin hissə mahnının ən çirin yeridir. Onda mən rəqs etməyə necə məcbur edəcəksiz". Bu sözdən sonra hamı susdu və mahnınn kəsilməməsi ilə razılaşdı.[7][11] Daha sonra Cons mahnıdan "Not My Lover" sözlərini çıxarmaq fikrinə düşür. Onun fikrincə bu sözlər insanlarda mahnıda Billi Ceyn Kinqdən bəhs olunması təəssüratı yarada bilərdi. Lakin Maykl Cekson sözlərin dəyişdirilməsinə də etiraz edir və Consdan mahnıya ikinci prodüser olmaq üçün icazə alır. Demo versiya Mayklın xoşuna gəlmişdisə, tam hazır versya onun tamamilə ürəyindn olur və uğur qazanacağına şübhə yeri qalmır. Bundan sonra Cekson əlavə təlif haqqı da tələb edir. Lakin Cons ona heç nə vermir.[5][9]

Aralarındakı anlaşılmazlıqları çözdükdən sonra Cekson cə Cons mahnının arxa səslərini birgə ifa edirlər.[7] Ceksonun girişdəki vokal ifası bir cəhdlə lentə alınmışdır. Bunun üçün o, hər səhər məşqlər edərək, mahnının istehsal gününə kimi vokal dərsləri almışdır.[2] Mahnıda caz-saksafonist Tom Skotun ifasını ara-sıra sintezatorun ifası müşayət edir. Gitarda isə Ceksonun ifasını bas gitarist Luis Conson müşayət edir.[7] Piano ifası isə Qreq Filinceynsə məxsusdur. O, qeyd edir ki, "mahnı hər cəhətdən çox yaxşıdır, ritmi, melodikliyi, sözləri, vokal ifası, bir sözlə hər şey mükəmməldir. Alətlərin səsi elə bölüşdürülmüşdür bütün alətləri aydınca dinləmık mümkündür. Mahnı insanın psixikası, emosiyalarına və ən əsası ruhuna müsbət təsir göstərir."[7]

Mahnının yeni (mix) versiyası Brüs Sviden tərəfindən işlənmişdir. Həmişə mahnıları yalnız bir dəfə işləyən Sviden "Billie Jean" mahnısının 91 yeni işlənmiş versiyasını hazırlamışdır. Lakin uzun fikir mübadiləsindən sonra Cekson və Sviden ikinci versiyanın üstündə dayanmışlar.[9] Kuinsi Cons isə Svidenə mahnının zərb aləti səsi ilə işlənmiş versiyasını da hazırlamağı söyləmiş, səs mühəndisi isə mahnıya bəzi öz əlavələrini də edəcəyini bildirmişdi. "Mən zərb alətləri səsi əlavə etməyi və bəzi xırda düzəlişləri bitirdikdən sonra, mahnının dəyişik, maraqlı və gözəl bir versiyası alındı" deyə sonralar Brüs Sviden yazırdı.[7][9]

Musiqisi

"Billie Jean" bir dance-popR&B mahnısıdır. Mahnı bass səsləri ilə başlayıb, aldadıcı alt səslərlə davam edir. Sonra bütün mahnı boyu əsas musiqi qəlibi dəyişmədən davam edir. Dörd bass vuruşundan sonra eyni şəkildə vuruşlar dördlük şəklində davam etdirilir. Bu vuruşlar mahnının səkkizinci notundan başlayaraq tən yarısına kimi davam edir, yarıdan isə yeddinci notdan başlayaraq sona qədər gedir. Eyni zamanda melodiyaya da keçən bass səslər, not yazısında bass və melodiyanın qarışığı şəklində təsvir edilmişdir.[2] Daril Hall qeyd edir ki, Maykl Cekson "We Are the World" mahnısını yazarkən "Billie Jean"in bass xəttindən istifadə etmiş, eyni zamanda "Billie Jean"I yazarkən də "Hall və Oates" duetinin 1981-ci ildə çıxardığı "Private Eyes" albomuna daxil olan "I Can't Go For That (No Can Do)" mahnısının bass xəttindən istifadə etmişdir. Hall deyir ki, o, Ceksona, onun mahnısındakı bass xəttdən yaxşı istifadə etdiyini demişdir.[12][13]

"Inside the Hits"də qeyd edilir ki, mahnının sözlərində rəqs meydanında Billi Ceyn tərəfindən yaradılmış həyəcan nəzərdə tutulmuşdur. O, xüsusi şəkildə kütlənin içinə daxil olmuş və sonra öz cazibədar ətri ilə Maykl Ceksonu öz yataq otağına cəlb etməyə çalışmışdır. Mahnıda Ceksonunn səsi baritonla falset arasında dəyişir və o, adətən mahnıları yazanda səs imkanlarının geniş nümayiş olunmasına xüsusi fikir verir. Dörd notdan sonra xorun ifası başlayır və bu xətt davam etdirilərkən Maykl səsini tam oktavaya qədər yüksəldir.[2] F# minor açarından ifa edilən mahnının hər dəqiqəsində 116 vuruş vardır.[14] Xorun ilk ifasından sonra isə violonçel də ifaya qoşulur və bu üçüncü və dördüncü bəndlərdə də davam edir. Mahnıda qızın gözlərinin Ceksonu axtarmasının bildirilməsindən sonra, o, kədərli şəkildə "oh no" nidasını işlədir. Bu nida mahnıda Ceksonun musiqi imzası olan "hee hee" falset səsi ilə qarşılaşdırılır.[2] Əsas giriş və xorun ifasının başlanğıcı istisna olmaqla, səs düzümü və əsas tonikin ardıcıllığı gözlənmişdir. Violonçelin ifası başlayandan dörd not sonra isə musiqiyə minor gitarın solo ifası da qoşulur. Solo ifa zamanı qışqırıq və gülüş səsləri əlavə edilmişdir. Bu hissədə akkord əvvəldən sona qədər dəyişdirilməmiş və Ceksonun hıçqırıqları ilə müşayiət edilmişdir. Bütün musiqi və vokal elementlər isə final xoru üçün zəmin hazırlayır. Mahnının sonunda Cekson Billi Ceynin uşağının atası olmadığını dəfələrlə təkrar edir.[2]

Çıxarılması və təqdimatı

1 dekabr 1982-ci ildə "Thriller" albomu satışa çıxarıldı və çox böyük uğur qazandı. Bir ay keçdikdən sonra 2 yanvar 1983-cü ildə Maykl Cekson və Pol MakKartninin uğurlu dueti və albomdan olan ilk sinql olan "The Girl Is Mine" mahnısından sonra, həmin alboma daxil olan "Billie Jean" mahnısı albomdan olan ikinci sinql kimi satışa çıxarıldı. Mahnı tezliklə "Billboard Hot 100" hit paradında birinciliyə yüksəldi və yeddi həftə birinciliyini qorudu. Mahnı həmçinin üç həftə R&B hit paradda da birinci yerdə oldu və "ABC", "The Love You Save" və "I'll Be There" mahnılarından sonra Mayklın ən tez birinciliyə yüksələn mahnısı olmuşdur. Mahnı doqquz həftə birinci yerdə qaldıqdan sonra, nəhayət yerini "The Gap Band"in "Outstanding" mahnısına vermişdir. Mahnı "Hot Adult Contemporary Tracks" hit paradında doqquzuncu yerə kimi yüksəlmişdir. "UK Singles Chart"da isə mahnı birinci yerə kimi yüksəlmişdir. "Billie Jean" sinqlı və Thriller albomu eyn zamanda hit paradların zirvələrni fəth etmişlər. Həm də bu Atlantik okeanının hər iki sahilində, yəni həm ABŞ-də, həm də Avropa ölkələrində olmuşdur ki, bu da çox nadir hallarda rastlanan hadisədir. "Billie Jean" 1983-cü ildə ABŞ-də üçüncü, BK-da isə doqquzuncu ən çox satılan sinql olmuşdur. Mahnı həmçinin İspaniyaİsveçrədə birinciliyə yüksəlmiş, Avstriya, İtaliya, Yeni Zellandiya, Norveçİsveçdə ilk onluğa daxil olmuş, Fransada isə yalnız qırx beşinci yerə kimi yüksəlmişdir.[15]

"Rolling Stone"dan, Christopher Connelly qeyd edir ki, ""Billie Jean" çox zəif, israrlı bir funk mahnıdır ki, onun verdiyi 'She says I am the one/But the kid is not my son' mesajı da o qədər ciddi deyil." O həmçinin əlavə edir ki, "mahnı kədərli, qəmlidir, lakin Ceksonun hisslərini yaxşı ifadə edir." Blender qeyd edir ki, mahnı "çox melodik, essentrik, psixaloji məqamlarla zəngindir." Onlar həmçinin qeyd edirlər ki, "mahnı fonda istifadə edilmiş çox qatı bass, piano və vokal ifa ilə çox yaxşı səslənir."[7] "Stylus" jurnalında isə qeyd edilir ki, "ana və onun vecsiz oğlundan bəhs edən bu mahnıya çəkilmiş klip pop musiqisini ən yaxşı təmsil edən nümunələrdəndir."[16] "Thriller 25" albomunu təhlil edən "Allmusic"də qeyd edilir ki, ""Billie Jean" çaşdırıcı, futurist funk mahnıdır". Mahnıya həmçinin Ceksonun bioqrafları da fikir bildirmişlər. Nelson Corc qeyd edir ki, Cerri Heys "Billie Jean"in təhlükə yaratdığını söyləmişdir. J. Rendi Taraborrelli isə Kuinsi Consun rodüsserlik standartları ilə mahnının "qara və seyrək" alındığını qeyd edir.[5][17]

"Billie Jean" müxtəlif mükafatlar da almışdır. 1984-cü il Qremmi Mükafatlarının Təqdimatı mərasimində mahnı səkkiz mükafatdan ikisinə layiq görülmüşdür; Ən yaxşı R&B mahnısı və Ən yaxşı kişi R&B müğənnisi. Ən yaxşı dance/disco mahnısı kateqoriyasında "Billboard Music Award" mükafatına da layiq görülən mahnı, həmçinin ifaçısına "Onilliyin Ən Yaxşı Zənci Müğənnisi" adını da qazandırmışdır. "Cash Box"un sinqlı "Ən Yaxşı Pop Sinql" və "Ən Yaxşı Qara Sinql" elan etməsindən sonra "The American Music Awards" mahnıya "Ən Yaxşı Pop/Rok Sinql" adını vermişdir. "Canadian Black Music Awards" tərəfindən "Ən Yaxşı Beynəlxalq Qara Sinql" adına layiq görülən mahnıya, "Black Gold Award" tərəfindən "İlin Sinqlı" adı verilmişdir. "Billie Jean" həmçinin satış miqdarına görə də mükafatlandırılmışdır. Mahnı 1984 – cü ilin ən çox satılan sinqlı kimi "National Association of Recording Merchandiser" tərəfindən "Musiqi Mükafatı"na layiq görülmüşdür. 1989-cü ildə sinqlın standart formatına "Recording Industry Association of America" tərəfindən ən azı bir milyon nüsxə satışa görə verilən platinium sertifikat verilmişdir.[18][19] İnternet üzərindən satışa görə isə mahnı 2005-ci ildə ən azı 500.000 nüsxə satışa görə verilən gold sertifikatla təmin edilmişdir.[20] Təkcə ABŞ-də 2010-cu ilin sentyabrına qədər mahnının internetdən yüklənmə sayısı 1,964,000 olmuşdur.[21]

Təbliği

Klipi

Maykl Ceksonun "Billie Jean" mahnısına çəklimiş qısa film xarakterli klip MTV telekanalında yayımlanmağa başladıqdan sonra, yeni və kifayət qədər məşhur olmayan telekanalın tanınmasına təkan vermişdir. Belə ki, bu klip telekanalda davamlı olaraq yayımlanan ilk zənci klipidir. Bundan əvvəl isə kanalın idarəçiləri zənci musiqiçilərin sənətini kifayət qədər ciddi saymadıqlarından efirə buraxmırdılar.[22] Stiv Barronun rejissoru olduğu klipdə Ceksonu izləyən fotoqraf obrazı yaradılmışdır. Paparazi müğənnini izləyir və istədiyi şəkilləri çəkə bilmədikdə əldə etdiyi şəkilləri materializə etməyə məcbur olur. Billi Ceynin otel otağına gedən yolda əylənərək rəqs edir, tənha şəkildə irəliləyir, eyni zamanda onun ayağını basdığı yerlərdə döşəmə işıqlanır.[22][23] Ceksonun cəld dönüb getməsindən sonra Cekson ənənəvi şəkildə rəqs edərək ayaq barmaqlarının ucunda dayanır. Bundan sonra otelə dönən Cekson, pilləkənlə Billi Ceynin otağına qalxır. Onun ayağını basdığı hər pilləkəndə işıqlar yanır. Bu zaman paparazi gəlib çıxır və o anda Maykl Cekson Billi Ceynin yataq örtüyünün altında yoxa çıxır. Daha sonra, Billi Ceynə asusluq etdiyinə görə, paparazi polis tərəfindən həbs olunur.[22]

Cekson klipdə yeni imicdə görünür; jeleylə qıvrılmış saçlarla. Ceksonun əynində qara dəridən hazırlanmış gödəkçə, çəhrayı köynək geymiş, boğazına isə o dövrdə ABŞ-də uşaqlar arasında çox yayılmış qırmızı kəpənək bağlayıb.[22] Həmin dövrdə tələbələr təqlid etmək çox çətin məsələ idi, çünki, tələbələrə Maykl Ceksonun "Motown 25: Yesterday, Today, Forever" konsertində "Billie Jean" mahnısını ifa edərkən geyindiyi kimi, tək ağ köynək geyinmək qadağan edildiyindən, Nyu-Cersinin "Bound Brook High Məktəbi"nin şagirdləri etiraz aksiyaları keçirirdilər.[24][25][26]

Ceksonun səsyazma leyblının rəhbəri Valter Yetnikoff MTV – yə gedərək klipi efirdə yayımlamalarını xahiş etmişdir. Lakin MTV bundan imtina etdikdə, o, çox qəzəblənmiş və kütlə qarşısına çıxaraq MTV-nin qara dərili sənətçilərin efirə çıxması maneə törətməsi haqqında məlumat verəcəyini bildirmişdir. "Mən MTV – yə dedim ki, biz hazırladığımız materialın efirdə yayımlanmasını istəyirik, əks təqdirdə mən insanlar qarşısında çıxış edərək, faktlarla sizin yalnız qara dərili olması səbəbiylə bir gəncin klipinin yayımlanmasından imtina etdiyinizi bildirəcəm."[7] O zaman MTV-nin rəhbəri olan Les Qarland telekanal haqqında ortaya çıxan iddiaları müzairə etdikdən sonra, sıxışdırmaları nəzərə alaraq klipin efirdə yayımlanmasına razılıq verdi. "Heç bir tərəddüd yox idi" o deyir. "Mən Bobu (Robert W. Pittman MTV-nin əsasını qoyan şəxslərdən biri) çağırdım və ona dedim "Mən indiyə kimi gördüyüm bütün kliplərdən gözəl bir klip görmüşəm. Bu sadəcə yaxşı deyil, çox gözəldir." Biz həmin günü klipi siyahıya əlavə etdik. Əfsanənin necə gerçəyə çevrilməsi beləcə hərfbəhərf bizim yadımızdadır."[27] Qısa müddət sonra MTV klipi çox tez-tez yayımlamağa başladı.[7] Klipin efirdə yayılanmasından sonra Thriller albomu əlavə 10 milyon nüsxə də satıldı.[28] Klip 1992-ci ildə "Music Video Producers Hall of Fame" tərəfindən qəbul edildi.[18] 2005-ci ildə keçirilən sorğu nəticəsində klip "Bütün zamanların iyirmi ən yaxşı klipi" sırasında beşinci yeri tutmuşdur.[29] Klip həmçinin MTV və TV Guide tərəfindən tərtib edilmiş, minilliyin ən yaxşı klipləri sırasında otuz beşinci yeri tutmuşdur.[30]

Motown 25

25 mart 1983-cü ildə Cekson "Billie Jean" mahnısını məşhur layihə çərçivəsində ifa etmişdir. "Pasadena Civic Auditorium"un möhtəşəm səhnəsində reallaşdırılan "Motown 25: Yesterday, Today, and Forever" konsert proqramı "Motown Records"un yaradılmasının iyirmi beş illik ildönümünə həsr edilmişdir. Syuzan De Pass tərəfindən təşkil edilmiş konsertdə nə zamansa "Motown"la işbirliyi olmuş bütün məşhur ulduzlar çıxış etmişlər. Həmin axşam "Motown" ulduzları həyatlarında böyük rol oynadığına və dəstək olduğuna görə Berri Qordiyə minnətdarlıqlarını bildirməyə toplaşmışdılar. Cekson əvvəl ona gələn dəvəti rədd edərək canlı çıxış etmək istəmədiyini və ya yenidən qardaşları ilə birgə çıxış etmək istəmədiyini bildirmişdi. Lakin müğənninin çox böyük hörmət bəslədiyi Qordinin şəxsən gəlib onu dəvət etməsindən sonra Cekson dəvəti qəbul etmişdi. Lakin o şərt qoymuşdu ki, solo ifa ilə də çıxış edəcək. Qordi bu şərtlə razılaşmış və nəticədə Cekson həmin konsert proqramında "Billie Jean" mahnısını canlı ifa etmişdi.[31]

Marvin Gaye, Smokey RobinsonMary Wellsin çıxışından sonra "Jackson 5" qrupu ilk dəfə səkkiz yaşlarında çıxış etdikləri tərkibdə səhnəyə çıxdı. Qardaşlar repertuarlarında olan köhnə mahnılardan bir neçəsini ifa etdilər. "I'll Be There" mahnısını ifa etdikdən sonra, onlar Mayklı tək qoyaraq səhnəni tərk etdilər. Cekson dinləyicilərə səsləndikdən sonra çıxışa hazır vəziyyət aldı. O, qara şalvar, yumşaq dəridən parıltılı pencək və bir əlinə parıltılı ağ daşqaşla bəzədilmiş əlcək geymişdi. Performansının başlanğıcında, o, əlcək olmayan əlini yuxarı qaldıraraq çırtma çaldı və cəld digər əli ilə başındakı qara panamanı üzünə doğru aşağı çəkdi. O, panamanı yərə tullayaraq "Billie Jean" mahnısını ifa etməyə başladı.[31] Mahnının ortasında Cekson ilk dəfə ictimayət qarşısında moonwalk oynamağa başladı və bu da ona pop ikon adı qazandırdı.[32][33] Jackson walked backwards to perform the moonwalk, before he spun and landed en pointe.[31] Cekson moonwalk oynayaraq arxaya doğru hərəkət etdi və yerində fırlanaraq ayaq barmaqları üstündə durdu.

"Motown 25: Yesterday, Today, Forever" konsertini 50 milyon tamaşaçı izlədi və Maykl Ceksonun bu konsertdəki çıxışı ona "Emmy" mükafatı qazandırdı.[34][35] Bu çıxışı ilə Cekson yeni və daha böyük dinləyici kütləsi topladı ki, bu da "Thriller" albomunun satışına təsir edərək, onu bütün zamanların ən çox satılan albomuna çevirdi.[36] Konsertin efirdə yayımlanmasından bir gün sonra, Ceksonun uşaqlıqdan bəri kumiri olduğu Fred Astaire çıxış edərək onu təriflədi. Ceksonun başqa bir uşaqlı kumiri Sammy Davis Jr isə çıxış edərək Ceksonun ifa zamanı geydiyi pencəyi çox bəyəndiyini bildirdi və daha sonra onu hədiyyə kimi Ceksondan aldı.[36]

Sonralar Cekson qeyd edirdi ki, bu çıxışı istədiyi kimi alınmamışdı, o, daha uzun müddət ayaq barmaqlarının ucunda durmaq istəyirdi.[31] Həmçinin Maykl Cekson qeyd edirdi ki, "Billie Jean" onun canlı ifa etməyi sevdiyi mahnılardan biri olsa da, həmin mahnını "Motown 25: Yesterday, Today, Forever" konsertində istədiyi kimi ifa etməmişdi. "İzləyicilərin nə istəməsi məlum idi – konsertdə etdiklərimi təkrarlayaraq moonwalk oynamaq." O qeyd edirdi. "Mənsə hər dəfə fərqli şəkildə performans göstərməyi sevirdim."[18]

"VH1" və "Entertainment Weekly" tərəfindən tərtib edilmiş Top 100-də Ceksonun performansı "Greatest rock 'n' roll TV moment" kimi səkkizinci yerdə qərarlaşdırılmışdır.[37] Beş il keçdikdən sonra, "Entertainment Weekly" Ceksonun Motown 25 performansının pop musiqi tarixinin ən mühüm anlarından biri adlandırmışdır.[38]

Pepsi commercials

1984-cü ildə Pepsi "The Jacksons' Victory Tour" konsert turnesinə sponsorluq etdi. Dönüşdə Maykl və qardaşları şirkətin iki reklam kompaniyasında iştirak etdilər.[39] Maykl "Billie Jean" mahnısını kompaniya üçün oxuyaraq, onu "Pepsi Generation" adlandırdı. Mahnı pepsinin reklam çarxlarında istifadə edildi və 7" promo sinql şəklində satışa çıxarıldı. Hər iki reklam çarxı əvvəllər Mayklın "Beat It" mahnısı üçün klip çəkmiş Bob Giraldi tərəfindən ekranlaşdırılmışdır. 1984-cü ilin favral ayında "The Choice of a New Generation" kompanyası çərçivəsində proqramda iştirak etmək üçün 1. 600 insan razılıq verdi.[40] İkinci reklam çarxının çəkilişində hava fişənginin partladılması zamanı qüsura yol verildi və Maykl Ceksonun başının dərisi yandı. İnsidentdən sonra müğənni bir müddət bərpa sürəci keçməyə məcbur oldu.[41][42][43] Reklam çarxlarının premyerası "Grammy" mükafatlarının təqdimatı mərasimində oldu və Maykl Cekson başının dərisinin yanması hesabına çəkildiyi ikinci reklam çarxına görə record sayda – səkkiz "Grammy" mükafatına layiq görüldü.[39][44]

Miras

Maykl Ceksonun "Billie Jean" mahnısı pop musiqi tarixində inqlabi mahnılardan biri kimi dəyərləndirir.[45] Mahnının arxasınca gələn o dövr üçün çox yüksək keyfiyyətli klip isə mahnının bir əfsanəyə çevrilməsinə səbəb olmuşdur. "Billie Jean" "Thriller" albomunun bütün zamanların ən çox satılan albomu olmasına təkan verməklə yanaşı, Castin Timberleyk, Kris BraunAşer kimi onlarla müğənninin dəfələrlə müraciət etdikləri mahnı olmuşdur.[45][46] The Guardian qəzetində qeyd edilirdi ki, "sinqlın istehsal edilməsindən sonra, mahnı Aksl Rouz, Coldplay, Şana Tvein kimi, ona müraciət edən bir çox müğənninin kariyerasında mühüm rol oynamışdır."[45] Maykl Ceksonun mahnını canlı ifaları heç zaman tam uğurlu alınımamış, insanlar onun bu mahnını canlı ifası zamanı daha çox onun rəqsinə baxmağa üstünlük vermişlər, nəinki ifasını dinləməyə. Lakin mahnı və onun ifası zamanı dəfələrlə göstərilən performanslar Maykl Ceksonun bir pop ikon kimi tarixə düşməsinə səbəb olmuşdur.[45]

Tez-tez sifariş edilərək dinləyicilər tərəfindən sevilən mahnı, ən çox səs toplayaraq, BBC Radio 2 tərəfindən bütün zamanların ən yaxşı rəqs mahnısı elan edilmişdir. Qalibin açıqlanmasından sonra, təqdimatçı Zoe Ball demişdi: "Mən şadam ki, "Billie Jean" bütün ən yaxşı rəqs mahnısı adını qazanmışdır. Bu, Ceksonun ən yaxşı mahnılarından biridir." O davam edərək, "Bu mahnı, Ceksonu zirvələrə ucaldan mahnılardan biri, onun Motown 25 də göstərdiyi performans isə bütün zamanların ən yaxşı canlı performanslarından biridir. Mahnının bass xətti möhtəşəm, təqdimat isə əladır. Mən deyərdim mükəmməldir."[47] 2000-ci ildə MTVRolling Stone jurnalı tərəfindən tərtib edilmiş siyahıda "Billie Jean" 1963-cü ildən bu günə kimi yazılmış ən böyük pop mahnılar arasında altıncı yeri tutmuşdur. Ceksonun digər mahnıları "I Want You Back" və "Beat It" isə müvafiq olaraq doqquzuncu və on ikinci yerlərdə qərarlaşmışdı. The Beatles qrupunun "Yesterday" mahnısı isə birinci yeri tutmuşdu.[48]

2005-ci ildə Sony Ericson tərəfindən keçirilən səsvermədə "Billie Jean" bütün dünyada ən çox sevilən üçüncü mahnı elan edilmişdir. Səsvermədə 60 müxtəlif ölkədən 700.000 insan iştirak etmişdi. Birləşmiş Krallıqda aparılan sorğu nəticəsində "Billie Jean" beşinci yerdə qərarlaşan "Thriller" mahnsısnı da arxada qoyaraq birinci yerə yüksəlmişdir. Mahnı "MTV Europa"nın tərtib etdiyi "All-Time Top Ten R&B Songs" siyahısında isə yeddinci yeri tutmuşdur. Channel 4HMV tərəfindən 600.000 nəfər arasında keçirilmiş sorğunun nəticəsi olaraq isə, "Billie Jean" "Minilliyin ən yaşı mahnıları" sırasında on altıncı yerdə qərarlaşmışdır.[30]

R&B müğənnisi Pharrell Williams verdiyi müsahibədə qeyd edirdi ki, "Billie Jean" onun ən çox sevdiyi mahnılardan biridir. ""Billie Jean" qədər gözəl başqa mahnının olmasını demək çətindir. Mən düşünürəm ki, bir daha belə bir mahnı yaranmayacaq, bu cür bass xəttli, bu cür gözəl effektli, bu cür ölümsüz, bu cür möhtəşəm."[49] Mahnı həmçinin Çarlinin Mələkləri filmində və 2002-ci ildə istehsal edilmiş Theft Auto: Vice City video oyununda soundtrack kimi istifadə edilmişdir. 2006-cı ildə Visionary kompaniyasının bir hissəsinin təqdimatı keçiriləndən sonra, "Billie Jean" Birləşmiş Krallıqda on birinci yerdə hit parada daxil oldu. Mahnı 40 həftə ərzində top 200 – də qalaraq böyük uğur göstərmişdir.[30] "Billie Jean" mahnısı bu günlərdə də dünya radiolarının 90% – də tez-tez səsləndirilməklə yanaşı, dünya üzrə rəqs klublarında həftə ərzində 250.000 dəfədən çox sifariş alır.[49]

Personal

  • Sözlər və musiqi Maykl Cekson
  • Prodüser Kuinsi Cons
  • İkinci prodüser Maykl Cekson
  • Greg Phillinganes: rodalar, sintezator
  • Greg Smith: Sintezator
  • Bill Wolder: Sintezator
  • David Williams: Gitara
  • Louis Johnson: Bass
  • N'dugu Chancler: Zərb alətləri
  • Michael Boddicker: Emulyator
  • Vokal, ritmlər sintez aranjimanı: Maykl Cekson
  • Jerry Hey: Aranjiman
  • Jeremy Lubbock: düzgü yönətməni

Track siyahısı

  • Visionary single:
  1. Billie Jean – 4:54
  2. Billie Jean (12" edit) – 6:24
  3. Billie Jean (Music Video) – 4:56
  • 12" Version
  1. Billie Jean (12" edit) – 6:24
  2. Billie Jean (Instrumental) – 6:24
  • 12" Version (Mexico)
  1. Billie Jean (12" edit) – 6:24
  2. Beat It (Extended Version) – 5:41
  • 7" Version (USA)
  1. Billie Jean – 4:54
  2. Can't get Outta the Rain- 4:10
  • 7" version (UK)
  1. Billie Jean – 4:54
  2. It's The Falling In Love – 3:49

Hit paradlarda yeri və satış sertifikatları

Satış və sertifikat

Ölkə Sertifikat
France Platinum[72]
New Zealand Gold
United States Platinum

Qələbə və Məğlubiyyətləri

Sələfləri 
The Gap Bandin "Outstanding" mahnısı
Billboard's Hot R&B/Hip-Hop Songs number-one single
12 fevral, 19839 aprel, 1983
Xələfləri 
Corc Klintonun "Atomic Dog" mahnısı
Sələfləri 
Kajagoogoonun "Too Shy" mahnısı
UK number-one single
27 fevral, 1983
Xələfləri 
Bonni Taylerin "Total Eclipse of the Heart" mahnısı
Sələfləri 
Patti OstinCeyms İnqramın "Baby, Come to Me" mahnısı
Billboard Hot 100 number-one single
5 mart, 1983 – 16 aprel, 1983
Xələfləri 
Dexys Midnight Runnersin "Come on Eileen" mahnısı
Sələfləri 
Co KokerCennifer Uarnsin "Up Where We Belong" mahnısı
Australian Kent Music Report number-one single
9 aprel, 19839 may, 1983
Xələfləri 
Redgumın "I Was Only Nineteen (A Walk in the Light Green)" mahnısı

Billie Jean 2008

Ceksonun ifa etdiyi orjinal versiya 2008-ci ildə repçi və hip-hop ifaçısı Kanye West tərəfindən Thriller 25 və iyirmmi beşinci ildönümü ilə bağlı Thriller albomunun təkrar nəşri üçün yenidən işlənmişdir. "Billie Jean 2008" adlandırılan remix müxtəlif tənqidçilər tərəfindən müxtəlif fikirlər almışdır: əksər tənqidçilər qeyd edirlər ki, mahnının orijianl versiyasının üstündə işləmək çox çətin olmalı idi. "About.com"dan Bill Lamb qeyd edir ki, remix "cansız"dır və əlavə edir ki, mahnının səslənməsindən hiss olunur ki, West "studiyaya girəndə orijinal versiyanın mükəmməlliyinin təsiri altında olub."[73] "Pitchfork Media"dan Tom Ewing qeyd edir ki, yeni versiyada mahnıya "klaustrafobik bacarıqsızlığın nəticəsi olaraq dinmik hərəkət bilgisi əlavə edilməsinə cəhd edilib."[74] "PopMatters"dən Mike Joseph "Thriller 25"i təhlil edərkən, qeyd edir ki, "Thriller 25" in mahnı siyahısı çox "xoş"dur, lakin, Westin "zəif" mixi burda istisnadır. O əlavə edərək, "Sən ən ikonik musiqi albomlarından biri olan kolleksiyadan bütün zamanların ən ikonik mahnılarından birinin üzərində işləyirsən və edə biləcəyin yalnız ritmi sürətləndirmək və zərb aləti səsi əlavə etmək mi olmuşdur?" deyə qeyd edir.[75] "Rolling Stone"dan Rob Sheffield isə original bass xəttinin mahnıdan çıxarılmasını bəyənmədiyini qeyd etmişdir. "IGN"dən Todd Gilchrist isə Westin mixini bəyənərək "xoş musiqi parçası" adlandırmışdır.[76]

Başqa ifaçıların sinqlları kimi

"Do It Again Medley with Billie Jean"

"Do It Again Medley with Billie Jean"
Slingshot tərəfindən ifa olunmuş sinql
Yayımlanma tarixi 1983
Janr Disco, dance
Dil ingilis dili
Müddət 7:22
Bəstəkar
Sözlərin müəllifi Maykl Cekson[77]
Studiya Quality Records

"The Slingshot" qrupunun 1983-cü ildə çıxardığı sinql "Do It Again Medley with Billie Jean" adlandırılmışdır. Mahnıda "Billie Jean" və Steely Danin 1973-cü ildə çıxardığı "Do It Again" mahnısının musiqi elementləri kombinasiya edilmişdir.

The Bates versiyası

"Billie Jean"
The Bates tərəfindən Pleasure + Pain albomunda ifa olunmuş sinql
B tərəfi "Tonight"
Yayımlanma tarixi 23 iyul, 1995
Janr Punk-rock
Dil ingilis dili
Müddət 4:25
Prodüser The Bates, Andi Jung
Bəstəkar
Sözlərin müəllifi Maykl Cekson[77]
Studiya Virgin Records
The Bates sinqllarının xronologiyası
""A Real Cool Time""
(1995)
""Billie Jean""
("Billie Jean")
""Say It Isn't So""
(1995)

1995-ci ldə alman punk rock qrupu "The Bates" "Billie Jean" mahnısını özlərinin "Pleasure + Pain" albomuna daxil etmişlər. Mahnının bu versiyası olduqca uğurlu alınaraq Avropada maraqla qarşılanmışdır. "The Bats"ın mahnıya çəkdirdiyi klipdə isə Alfred Hiçkokun"Psycho" filmi parodiya edilmişdir.[78]

Track siyahısı

Maxi-CD

  1. Billie Jean — 4:25
  2. Tonight (Remix) — 3:45
  3. Love Is Dead (Part II) — 3:22
  4. Yeah (Acoustic Version) — 1:06

Hit paradlarda (The Bates versiyası)

Chart (1995) Peak
position
Germany (Media Control AG) 21
Austria (Ö3 Austria Top 75) 40[79]
İsveçrə (Media Control AG) 10[80]
UK Singles (The Official Charts Company) 67[81]

Digər versiyalar

Uzun illər ərzində "Billie Jean" bir çox müğənnilərin albomuna daxil edilmiş və dəfələrlə sinql kimi satışa çıxarılmışdır.

  • 1991–ci ildə repçi LL Cool J "Billie Jean"dən özünün "Who's Afraid of the Big Bad Wolf", 25 iyun 2009–cu ildə – Maykl Ceksonun ölümündən sonra isə o, "Billie Jean Dream" mahnısında istifadə etmişdir.[82]
  • Britaniyanın Linx fank musiqi qrupu mahnını 1997–ci ildə ifa edərək "Billie Jean Got Soul" adlandırmışdır.[30]
  • 2000–ci ildə mahnını ingilis musiqiçi İan Braun ifa etmişdir. Mahnı müğənninin "Dolphins Were Monkeys" sinqlı ilə bir yerdə, sinqlın B-üzündə satışa çıxarlmışdır. Müğənni daha sonra "Golden Greats" albomunda "Thriller" mahnısını da ifa etmişdir.[30][83]
  • 2006–cı ildə mahnı "Westlife" tərəfindən "Face to Face Tour" konsert turunda ifa edilmişdir.
  • ABŞ rok musiqiçisi Kris Kornell 2007–ci ildə çıxardığı "Carry On" albomunda mahnını ifa etmişdir.[84]
  • Kris Kornellin versiyası "American Idol" serialının yeddinci mövsümündə Devid Kuk tərəfindən ifa edilmişdir.[85]
  • 2009–cu ildə mahnı "The Fringemunks" qrupu ("Elvin və Burunduqlar" filmində özünü parodiya edən qrup)tərəfindən "Fringe" serialının "Unleashed" seriyasında parodiya edilmişdir.[86]
  • 2009-cu ildə mahnı Maykl Ceksonun ölümündən sonra çıxarılmış "Chil'n Michael" albomunda "Hypnomusic" tərəfindən ifa edilmişdir.

İstinadlar

  1. Jackson, pp. 192–194
  2. Wadhams, pp. 418–422
  3. "Billie Jean files lawsuit saying that he is the one". Philadelphia Daily News. (December 20, 2008). June 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011 (ölü link). (#apostrophe_markup)
  4. Vena, Jocelyn. "Michael Jackson Answers Fan Questions In 1996 Thailand Interview". MTV. July 6, 2009. April 26, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011.
  5. Taraborrelli, pp. 223–224
  6. Murphy, Sport. "Man in the moonwalk". New York Post. January 27, 2008. 2008-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011. (#apostrophe_markup)
  7. "The 500 Greatest Songs Since You Were Born: Number 1". Blender. (October, 2005). (#apostrophe_markup); (#accessdate_missing_url)
  8. Daly, Susan. "The genius of Jacko". Irish Independent. March 21, 2009. April 30, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011. (#apostrophe_markup)
  9. Halstead, pp. 36–37
  10. Winterman, Denise. "Thrills and spills and record breaks". BBC News. November 30, 2007. December 2, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011.
  11. Glentzer, Molly. "The steps that made Michael Jackson great". Houston Chronicle. July 1, 2009. September 7, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011. (#apostrophe_markup)
  12. Classic Tracks: Hall & Oates "I Can't Go For That (No Can Do)" Arxivləşdirilib 2014-01-09 at the Wayback Machine, Gary Eskow, Mix Online, April 1, 2006 "Listening to "I Can't Go for That" after letting it drift out of the mind for a while, one can clearly identify this track — one of the first pop hits to feature a drum machine — as a precursor to Michael Jackson's "Billie Jean" and the generation of songs built on drum machine tracks that came in its wake. "No question about it," Hall agrees. "Michael Jackson once said directly to me that he hoped I didn't mind that he copped that groove. That's okay; it's something we all do. [Eddie] Van Halen told me that he copied the synth part from ‘Kiss on My List’ and used it in ‘Jump.’ I don't have a problem with that at all."
  13. Hall, Daryl. "Michael Jackson Remembered: Daryl Hall on the Ultimate Video Star". The Rolling Stone. July 10, 2009. January 26, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011."He sort of clung to Diana Ross pretty much, but at one point I was off to the side and he came over to me and said, 'I hope you don't mind, but I stole Billie Jean from you,' and I said, 'It's all right, man, I just ripped the base line off, so can you!'"
  14. "Billie Jean – Michael Jackson Digital Sheet Music (Digital Download)". MusicNotes.com. Alfred Publishing Co. Inc. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011.
  15. "Austrian Singles Chart Archives". austriancharts.at. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011.
  16. "Thriller – The Diamond". Stylus Magazine. 2015-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011.
  17. George, p. 23
  18. Halstead, pp. 38–40
  19. George, pp. 39–43
  20. "RIAA database". Recording Industry Association of America. 2007-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011.
  21. Grein, Paul. "Chart Watch Extra: Songs From The Last Century – Chart Watch". Yahoo! Music. September 24, 2010. September 30, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011.
  22. Campbell, p. 58
  23. Weitner, Sean. "Michael Jackson: A Life in Film". Flak magazine. 2003-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011. (#apostrophe_markup)
  24. "School bans Michael Jackson attire". Lakeland Ledger. (March 13, 1984). February 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011. (#apostrophe_markup)
  25. "White gloves banned". Ottawa Citizen. (March 14, 1984). January 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011. (#apostrophe_markup)
  26. "Gloved teens protest policy". The Rock Hill Herald. (March 3, 1984). December 9, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011. (#apostrophe_markup)
  27. "Why it took MTV so long to play black music videos". Jet. 2006. 2013-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-24.
  28. Cocks, Jay. "Sing a Song of Seeing". Time. December 26, 1983. August 20, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011. (#apostrophe_markup)
  29. Smith, David. "Cash tops Thriller with best video ever". The Guardian. January 30, 2005. July 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2011. (#apostrophe_markup)
  30. Halstead, pp. 39–41
  31. Taraborrelli, pp. 234–240
  32. Leopold, Todd. "Michael Jackson: A life in the spotlight". CNN. June 6, 2005. July 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  33. Cannon, Bob. "A Giant Step for Jackson". Entertainment Weekly. 2009-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011. (#apostrophe_markup)
  34. "A Glance at the Career of Michael Jackson". Fox News Channel. (June 14, 2005). July 26, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  35. Harris, Chris. "Michael Jackson, Akon Are 'Startin' Somethin' On Thriller 25 Track". MTV. January 14, 2008. June 30, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  36. Campbell, pp. 65–68
  37. "Top Rock TV Moment A Really Big Show". CBS News. (July 24, 2000). June 30, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  38. "The 25 Most Important Pop Culture Moments". CNN. (September 1, 2005). October 21, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  39. Taraborrelli, pp. 279–289
  40. Halstead, p. 205
  41. "Ailing". Time. (February 6, 1984). January 23, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 15, 2009. (#apostrophe_markup)
  42. "Singer Has Operation To Repair Burn Scar". The New York Times. (April 19, 1984). July 3, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011. (#apostrophe_markup)
  43. Zoglin, Richard. "Too Much Risk on the Set?". Time. February 13, 1984. October 11, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011. (#apostrophe_markup)
  44. "The 26th Annual Grammy Awards". Time. (March 19, 1984). November 6, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011. (#apostrophe_markup)
  45. "How Billie Jean changed the world". The Guardian. (July 12, 2007). April 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011. (#apostrophe_markup)
  46. Rayner, Ben. "The return of Michael Jackson's Thriller". The Toronto Star. February 10, 2008. October 21, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011. (#apostrophe_markup)
  47. "Billie Jean voted top dance song". BBC. (July 15, 2008). İstifadə tarixi: 17 may, 2011.
  48. "Yesterday is top pop song". BBC. (November 17, 2000). February 18, 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  49. Thriller 25: The Book, p. 26
  50. "Canadian singles chart archives". RPM. (March 26, 1983). October 15, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011. (#apostrophe_markup)
  51. "Dutch Singles Chart Archives". dutchcharts.nl. 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  52. "French Singles Chart Archives". lescharts.com. 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  53. "Irish Singles Chart Archives". irishcharts.com. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  54. "Italian Singles Chart Archives". italiancharts.com. 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  55. "New Zealand Singles Chart Archives". charts.org.nz. October 17, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 23, 2010.
  56. "Norwegian Singles Chart Archives". norwegiancharts.com. 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  57. "Spanish Singles Chart Archives". spanishcharts.com. 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  58. "Swedish Singles Chart Archives". swedishcharts.com. 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  59. "Swiss Singles Chart Archives". hitparade.ch. 2013-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  60. "Australian Singles Chart Archives (2009)". australian-charts.com. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  61. "Austrian Singles Chart Archives (2009)". austriancharts.at. 2015-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  62. "Danish Singles Chart Archives (2009)". hitlisterne.dk. 2010-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  63. "Dutch Singles Chart Archives (2009)". acharts.us. 2011-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  64. "Arxivlənmiş surət". 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-26.
  65. "Finnish Singles Chart Archives". ylex.yle.fi. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  66. "French Singles Chart Archives (2009)". lescharts.com. 2011-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  67. "Irish Singles Chart Archives (2009)". acharts.us. 2013-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  68. "New Zealand Singles Chart Archives (2009)". acharts.us. 2015-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  69. "Norwegian Singles Chart Archives (2009)". acharts.us. 2009-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  70. "Swedish Singles Chart Archives (2009)". swedishcharts.com. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  71. "UK Singles Chart Archives (2009)". chartstats.com. 2012-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  72. "InfoDisc : Les Certifications (Singles) du SNEP (les Disques de Platine)" Arxivləşdirilib 2013-12-12 at the Wayback Machine (in French). InfoDisc. Retrieved 17 may, 2011.
  73. Lamb, Bill. "About.com's Thriller 25 review". New York City: About.com (The New York Times Company). 2017-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  74. Ewing, Tom. "Pitchfork Media's Thriller 25 review". Pitchfork Media. February 15, 2008. February 18, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  75. Joseph, Mike. "PopMatters' Thriller 25 review". PopMatters. 2009-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  76. Gilchrist, Todd. "IGN's Thriller 25 review". IGN. 2009-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  77. BILLIE JEAN // ISWC Network (ing.).
  78. "Billy Jean by The Bates" Arxivləşdirilib 2010-12-01 at the Wayback Machine (video begins playing automatically). iLike.com.
  79. "austriancharts.at". 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-26.
  80. "swisscharts.com". 2010-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-26.
  81. "chartstats.com". 2011-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-03.
  82. "LL Cool J's Who's Afraid of the Big Bad Wolf sample of Michael Jackson's Billie Jean". 2013-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  83. "Brown's Thriller killer!". NME. (March 17, 2000). June 30, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011. (#apostrophe_markup)
  84. Harris, Chris. "Chris Cornell Tackles Gospel — And Michael Jackson? — On Solo LP". MTV. November 8, 2006. February 1, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may, 2011.
  85. "Cornell Chats 'Idol'/'Billie Jean' Performance". 2011-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-26.
  86. "Fringemunks Web site". 2011-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-26.

Ədəbiyyat

  • Liza Kampbel. Michael Jackson: The King of Pop (1993). ISBN 082831957X
  • Corc Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG.
  • Kreyq Halsted. Michael Jackson: For the Record (2007) // Authors OnLine. ISBN 9780755202676
  • Maykl Cekson. Moon Walk (autobiography) (1988). Doubleday. ISBN 385247125
  • C. Rendi Taraborrelli. The Magic and the Madness (2004). Headline. ISBN 0330420054
  • Thriller 25: The Book. Thriller 25|Thriller 25: The Book. (2008). ML Publishing Group. ISBN 9780976889199
  • Veyn Uadhams. Inside the Hits. Berklee Press (2001). ISBN 0634014307

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.