Biliklər bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar.
Bilik bazasının əsasını bilik təşkil edir. Bilik — predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.
Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir
Biliklər bazasının xüsusiyyəti
Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir:
- daxili interpretasiya.
- strukturlaşma.
- bağlılıq.
- aktivlik.
Bilikləri üç böyük qrupa bölmək mümkündür.
- faktlar (faktiki biliklər);
- qaydalar (qərar qəbul olunması üçün biliklər);
- metabiliklər (bilik haqqında bilik).
Mənbə
- "EKSPERT SİSTEMLƏR" t.e.n., dosent, Z. Q. CƏBRAYILOVA, AMEA İnformasiya Texnologiyaları İnstitutu
Həmçinin bax
Ədəbiyyat
- Поспелов Г. С. Искусственный интеллект –основа новой информационной технологии. М.: Наука, 1988. −278 с.
- Поспелов Д.А. Левитин К. Е. Будущее искусственного интеллекта. М.: Наука, 1991. −217 с.
- А. В.Андрейчиков, О. Н.Андрейчикова. Интеллектуальные инфомационные системы. М.:Финансы и статистка, 2004. −424 с.
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.