Bilderberq klubu

Bilderberq klubu (ing. Bilderberg Club), Bilderberq qrupu (ing. Bilderberg Group), Bilderberq konfransı (ing. Bilderberg conference), Bilderberq toplantıları (ing. Bilderberg meetings) — dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı[1]. Klubun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir.[1]

Niderlandın "Bilderberq" oteli

Tarixi

Klub iştirakçıları

Klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında[1] 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub.[2][3] Qrup öz adını da buradan götürüb.[4] Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib.[4]

Klubun ilk rəhbəri hollandiyalı şahzadə, Niderland kraliçasının həyat yoldaşı Bernard

İlk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar.[5] Onların tərkibi klubun rəhbər şurası tərəfindən diqqətlə seçilərək müəyyənləşdirilir.[1] İştirakçılar bu konfransın nəticələrindən istifadə edə bilərlər.[1] Lakin onların toplantıdakı çıxışların, iddiaların detallarını açıqlamağa ixtiyarları yoxdur.[1]

Klubun 60 illik tarixindən artıq bir dövrdə mətbuata klubun iclaslarında nə baş verdiyi, kimin nə danışdığı haqda heç bir məlumat daxil olmayıb.[4] Əgər hansısa jurnalist araşdırmalarının nəticələri mətbuata sizsa, onu heç kəs təsdiq və ya təkzib etməyə tələsmir.[4] Tədqiqatçı, Niderlandın Hərbi Sənədlər İnstitutunun elmi işçisi, Avropa tarixinə dair bir neçə kitabın müəllifi Cerard Aalder bildirir ki,

"Bilderberq konfransı ətrafında nə qədər şayiələr dolaşsa da, bir şey dəqiqdir: Bilderberq klubu, ilk növbədə, milyardlarla dollar potensial investisiyadır."[1]

Klubunun son toplantısı 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" otelində keçirilir.[4] 22 ölkədən 140-a yaxın adam bu toplantıya dəvət alıb.[4]

Məqsədi

Təşkilatın yaradılmasından sonra qarşıya qoyulan əsas məqsəd öz mərkəzi bankı, sonradan vahid valyutası olan Avropa superdövlətinin yaradılması və Avroatlantizm prinsiplərinin möhkəmləndirilməsi idi.[1] Son hədəf isə vahid qlobal hökumətin yaradılması olaraq müəyyənləşdirilmişdi.[1]

Strukturu

Bilderberq klubu 3 dairədən formalaşır:[1]

  • Xarici dairə — kifayət qədər genişdir və klub iştirakçılarının yarıdan çoxu oraya daxildir. Onlar klubun hədəfləri, strategiyanın reallaşdırılması üsulları haqqında o qədər də məlumatlı deyil.[1]
  • İdarə komitəsi dairəsi — daha qapalı sayılan dairə olub, 35 nəfərdən ibarətdir. Bu dairəyə daxil olan insanlar, demək olar ki, klubun işi və məqsədləri haqda hər şeyi bilirlər.[1]
  • Məşvərətçi komitə dairəsi — ən kiçik dairədir. Onun, təxminən, 10 üzvü var. Təşkilatda baş verən hər şey haqda məhz həmin insanlar məlumatlıdırlar və qərar qəbul etmək səlahiyyətləri də onlardadır.[1]

Rəhbərləri

  • Şahzadə Bernard (1954–1975)[6]
  • Alek Duqlas-Hom (1977–1980)[6]
  • Volter Şel (1981-1985)[7][8]
  • Erik Rol (1986–1989)[9]
  • Peter Karinqton (1990–1998)[10][11]
  • Etyen Daviqnon (1999–2011)[12][13][14]
  • Henri de Kastries (2012-ci ildən)[15]

Həmçinin bax

İstinadlar

  1. Bilderberq klubu: Pərdəarxasi hakimiyyət? Arxivləşdirilib 2019-09-16 at the Wayback Machine pia.az, 24.06.2014  (az.)
  2. "Bilderberg mystery: Why do people believe in cabals?". BBC News. 7 June 2011. 10 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 June 2011. (#invalid_param_val)
  3. "Japan–US Relations — Past, Present and Future". The Daily Yomiuri. Tokyo. 8 December 1991.
  4. Bilderberq klubu: dünya hakimiyyətinin sirləri Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. sputnik.az, 12.06.2015  (az.)
  5. Planetə kim rəhbərlik edir? Arxivləşdirilib 2013-03-10 at the Wayback Machine anspress.com, 18.01.2013  (az.)
  6. "Twenty-fifth Bilderberg meeting held in St joseph MO". Facts on File World News Digest. 14 May 1977.
  7. "Bilderberg Meetings Conference Report 1981". 2016-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  8. "Bilderberg Meetings Conference Report 1985". 2016-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  9. Who's Who (UK). 1999.
  10. Rockefeller, David. Memoirs. New York: Random House. 2002. səh. 412. ISBN 9780679405887.
  11. "Bilderberg Meetings Conference Report 1990". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  12. "Inside the secretive Bilderberg Group". BBC News. 29 September 2005. 25 July 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 August 2008. (#invalid_param_val)
  13. "Booklet of the 1999 annual conference". Schnews. 2000-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  14. "Final List of Participants of the 2011 Bilderberg annual conference". Official website. 2011-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  15. "Final List of Participants of the 2012 Bilderberg annual conference". Official website. 2013-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.