Biləsər

BiləsərAzərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.[1] Əhalisi 1366 nəfərdir.[2] Peştəsər silsiləsinin yamacında yerləşir.

Biləsər
38°37′39″ şm. e. 48°42′00″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 494 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.884 nəf.
Biləsər xəritədə
Biləsər
Biləsər

Coğrafiyası

Rayon mərkəzindən 38 kilometr cənub-qərbdə, Bəşəru çayının sağ sahilində, Peştəsər silsiləsinin yamacındadır. Şimaldan Daşdatük, cənubdan Seliqavol, Alazəpin, Astara rayonunun Motlayataq, qərbdən Lerik rayonunun Ancaqəv kəndləri ilə əhatə olunmuşdur.

Toponimiyası

Toponim talış dilində Biləsə adlanır. Talış dilindəki bil (bataqlıq, göl) və sər (baş) sözlərinin birləşməsindən (-ə bitişdirici saitdir) ibarət olub, "gölün baş tərəfində və ya kənarında olan kənd" kimi izah olunur.[3]

İqtisadiyyatı

Əhali heyvandarlıq, arıçılıq və tərəvəzçiliklə məşğuldur. Kənddə 1934-1964-cü illərdə kolxoz, 1964-1997-ci illərdə sovxoz təsərrüfatı fəaliiyyət göstərmişdir. Kənddə orta məktəb (1931), klub, kitabxana, həkim ambulatoriyası, ATS, poçt şöbəsi, məişət xidməti obyektləri vardır.[4]

Hidrologiyası

Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında eyniadlı mineral bulaq vardır. Bulağın suyu soyuq və kükürdlüdür. Bundan əlavə rayondan adı Biləsər kəndinin adından götürülən və Bəşəru çayının bir qolu olan Biləsər çayı da axır.

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
  4. Lənkəran Ensiklopediyası: Məlumat Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine Səh 93-94
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.