Biko Əli Paşa
Biko Əli Paşa — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.[1]
Biko Əli Paşa | |
---|---|
Əvvəlki | Dəli Hüseyn Paşa |
Sonrakı | Hüsambəyzadə Əli Paşa |
Həyatı
Doğum tarixi və saraya necə girdiyi məlum deyil. Tarixi mənbələrdə adına ilk dəfə Qoca Dərviş Paşanın sədarəti dönəmində rast gəlinir. Belə ki, 1653-cü ilin martında Dərviş Paşanın sədarət naibi olmuşdur. 1655-ci ilin yanvarında baş dəftərdar olsa da, həmin ilinin sonunda vəzifədən ayrıldı. Daha sonra ikinci dəfə bu vəzifəyə gətirilsə də, bu dəfə də çox keçmədən vəzifədən alındı və 1656-cı ildə vəzir rütbəsiylə yenidən sədarət naibi oldu. Bir ay sonra isə sancaqbəyliyinə gətirildi. 1658-ci ilin dekabrında kaptan-ı dərya oldu və 2 il boyunca bu vəzifədə qaldıqdan sonra 1660-cı ilin aprelində Rumeli bəylərbəyliyi ilə vəzifədən alındı. Daha sonra vəfat etdi. Vəfat tarixi isə məlum deyil.
Mənbə
- Sicill-i Osmani I, səh. 295.
İstinadlar
- Sicill-i Osmani I, səh. 295.