Bidzina İvanişvili
Bidzina Qriqoryeviç İvanişvili[2][3] (gürc. ბიძინა ივანიშვილი; 18 fevral 1956[1], Çorvila[d], İmereti) — Gürcüstan siyasi və dövlət xadimi, 25 oktyabr 2012-ci ildən 20 noyabr 2013-cü ilədək Gürcüstan Respublikasının Baş Naziri.[4]
Bidzina İvanişvili | |
---|---|
gürc. ბიძინა ივანიშვილი | |
| |
25 oktyabr 2012 – 20 noyabr 2013 | |
Şəxsi məlumatlar | |
Doğum adı | ბიძინა ივანიშვილი |
Doğum tarixi | 18 fevral 1956[1] (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, iş adamı, sahibkar, iqtisadçı |
Dini | Gürcü Ortodoks Kilsəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
ivanishvilibidzina.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İvanişvili 1956-cı ildə Gürcüstanın Saçxer rayonunun Çorvila kəndində anadan olub. Gürcüstan Dövlət Universitetinin mühəndis-iqtisadiyyat fakültəsini bitirib. Moskvada aspirantura təhsili alıb. Gürcüstanın "Kartu" bankının sahibidir. 2012-ci ilə qədər Rusiyada bank və apteklər şəbəkəsinin sahibi olub. "Unikor" qrupunun sahibi, iqtisad elmləri namizədi[5][6][7].
2011-ci ildən siyasətlə məşğuldur[8]. Gürcüstanda 1 oktyabr 2012-ci il parlament seçkilərində onun rəhbərlik etdiyi Gürcüstan arzusu-Demokratik Gürcüstan seçki bloku deputat yerlərinin yarıdan çoxunu qazana bildi.[9]
Həm Rusiya, həm də Fransa vətəndaşlığı olan İvanişvilini "Forbes" jurnalı 2012-ci ildə Gürcüstanın ən varlı adamı elan edib. Üç oğlu və bir qızı var. Həyat yoldaşı və uşaqları Fransa vətəndaşlarıdır[10].
Gürcüstan baş naziri ola bilmək üçün, İvanişvili 2012-ci ilin oktyabr ayında Rusiya və Fransa vətəndaşlığından çıxdı və təkrar Gürcüstan vətəndaşlığı verildi[11].
İstinadlar
- Bidsina Iwanischwili // Munzinger Personen (alm.).
- "5,2 milyardın sahibi olan, albinos atası gürcü - FOTO". Milli.az (az.). 20 iyun 2015. 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
- Mamedov, Kamran. "Uğursuz demokratiya və sonsuz siyasi böhran". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 27 fevral 2021. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
- "Бидзина Иванишвили стал премьер-министром Грузии :: Политика :: Top.rbc.ru". 2012-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-04.
- Справка Борис Иванишвили Arxivləşdirilib 2011-01-22 at the Wayback Machine в рейтинге Forbes 2010 года.
- Статья Борис Иванишвили в справочнике Ведомости.
- Статья ИВАНИШВИЛИ Борис Григорьевич Arxivləşdirilib 2011-02-08 at the Wayback Machine в справочнике Коммерсантъ.
- Saakaşvili İvanişvilini baş nazir postuna namizəd irəli sürdü
- "Стало известно, как распределятся мандаты в парламенте Грузии". 2012-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.
- İvanişviliyə Gürcüstan vətəndaşlığı verildi
- "Georgian President returns Bidzina Ivanishvili's citizenship". 2013-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-04.