Bibiyoni
Bibihoni — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd.[1] Rayon mərkəzindən 31 km cənub-şərqdə, Lənkəran şəhərinin sağ sahilinin 4 kilometrliyində, Peştəsər silsiləsinin yamacındadır.
Bibihoni | |
---|---|
38°44′46″ şm. e. 48°34′27″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 995 (2008) nəfər |
|
Əhalisi
Əhalisi 995 nəfərdir (2008).[mənbə göstərin]
Tarixi
Bibihoni Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Tədqiqatçılara görə, qismən təhrifə uğramış bu toponimin əsli Bibəhonidir. Toponim Talış dilindəki bib (heyva) və honi (bulaq) sözlərindən ibarət olub, "heyvalı bulaq" mənasındadır. Kənd ərazidəki eyniadlı bulağın adını daşıyır. Bibiyanı (1917), Bibiyoni (1961) variantlarında da qeydə alınmışdır. Hidronimin bibi (fars. "xanım") və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət olub, "xanım bulağı" mənasında olduğunu da ehtimal etmək olar. Qazax rayonunun Xanlıqlar kəndi ərazisində Xanım bulağı adlı su obyekti məlumdur.[2]
Əhalinin məşğuliyyəti
Əhali heyvandarlıq və əkinçiliklə məşğuldur. Kənddə ümumi orta məktəb, kitabxana, tibb məntəqəsi var.
Din
Kənd əhalisi İslam dininə mənsubdur. Kənddə Bibihoni kəndi məscidi dini icması fəaliyyət göstərir.[3]
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası, IV cild, Bakı.2013. səh.17.
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.133
- MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)