Bibiheybətdə neft fontanı yanğını (film, 1898)
Bibiheybətdə neft fontanı yanğını — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon[1] tərəfindən 1898-ci ildə çəkilmişdir.[2] Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir.
Bibiheybətdə neft fontanı yanğını | |
---|---|
Janr | sənədli film, səssiz film |
Rejissor | Aleksandr Mişon |
Prodüser | |
Ssenari müəllifi | |
Operator | Aleksandr Mişon |
İlk baxış tarixi | 6 avqust 1898 |
Filmin digər adı | 1898-ci il iyulun 27-də Bibiheybətdə neft fontanı yanğını |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 49 san. |
Ölkə | Azərbaycan |
Dil | səssiz |
Texniki məlumatlar | 1 hissə |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1440131 |
Məzmun
İyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır.[3]
Bütün bu dəhşətli hadisə kinosüjetdə öz əksini tapmışdır. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir.[3]
Film haqqında
- Azərbaycan xalq yazıçısı, görkəmli kinodramaturq və kinorejissor Rüstəm İbrahimbəyov dünya kinosunun 100 illiyi münasibətilə Parisdə keçirilən yubiley tədbirlərində iştirak edərkən, orada göstərilən ən yaxşı filmlər içərisində "Bibiheybətdə neft fontanı yanğını" kinolentini görmüşdür.[3][4]
- Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri — "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Dövlət Film Fondunda qorunub saxlanılır.[5]
İstinadlar
- Zümrüd. 117 yaşlı Azərbaycan kinosu: 2 Avqust Azərbaycan Milli Kino Günüdür //Səs.- 2015.- 1 avqust.- S.12.
- Cəvahir. Milli kinomuzun tarixi — "Bibiheybətdə neft fontanı": [Bakılı Aleksandr Mixayloviç Mişonun eyni adlı sənədli filmi] //Mərkəz.- 2008.- 2 avqust.- S. 2.
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 6
- "Bakinski raboçi" qəzeti, 15 avqust 1996-cı il
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 7
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
- Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10–11.
Xarici keçidlər
- Filmi izlə (https://www.youtube.com/watch?v=t0gdUdSGo5g )
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.