Biarrits

Biarrits (fr. Biarritz) — Fransanın cənub qərbində dənizsahili iqlim və balneologiya kurortu.[1]

kurort şəhəri
Biarrits
fr. Biarritz
Bayraq Gerb
Bayraq Gerb
43°28′50″ şm. e. 1°33′26″ q. u.
Ölkə  Fransa
Region Yeni Akvitaniya
Başçı Michel Veunac
Tarixi və coğrafiyası
Sahəsi 11.66 km²
Saat qurşağı
Əhalisi
Əhalisi 25,397 nəfər (2009)
Sıxlığı 2,200 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +33 559
Poçt indeksi 64122 /64200
Digər
biarritz.fr
Biarrits xəritədə
Biarrits
Biarrits
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi

Əhalisi 33,2 min (2005).[1]

Coğrafiyası

Atlantika okeanının Biskay körfəzi sahilində, Pireney dağlarının ətəklərində, Gümüş sahildə, Bayonna şəhərindən qərbdə yerləşir. Aeroport.[1]

Tarixi

12-ci əsrdən məlumdur. Kurort kimi 19-cu əsrin ortalarından inkişaf edir.[1]

Kurort xüsusiyyətləri

Biarrits qəsri.

Çox mülayim qışı (yanvarın orta temperaturu təqribən 5°C) və ilıq yayı (iyulun orta temperaturu təqribən 20°C) olan dəniz iqlimi hakimdir. Geniş qumlu çimərliklər, həmçinin Briskudakı ( Biarritsin təqribən 20 km-liyində) xloridli–natriumlu mineral sular tənəffüs yolları, dayaq və hərəkət orqanları, periferik sinir sistemi xəstəliklərinin, maddələr mübadiləsi pozuntularının müalicəsi üçün əlverişlidir. Talassoterapiya mərkəzidir. Dəniz muzeyi, miniatür avtomobillər muzeyi, kazino var. Dəniz məməlilərini öyrənən mərkəzdir. Yaxınlığında Sen-Jan-de-Lüz kurortu var.[1]

Qalereya

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana  Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 15. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.