Beyond the Invisible
Beyond the Invisible – 1996-cı ildə Enigma musiqi layihəsi adından çıxarılmış mahnı. Bu mahnı Le Roi Est Mort, Vive Le Roi! albomundan çıxarılmış iki sinqldan birincisidir. Sinqlın 5-track versiyasına ümumiyyətlə alboma daxil olmayan "Light of Your Smile" mahnıı da əlavə edilmişdir. Bu mahnı həm də Enigmanın yeganə sinqlıdır ki, remix versiyaları mövcud deyil.
Beyond the Invisible | ||||
---|---|---|---|---|
Enigma tərəfindən Le Roi Est Mort, Vive Le Roi! albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 21 oktyabr, 1996 | |||
Format | sinql | |||
Janr | Ambient, Electronic, Pop | |||
Dil | ingilis dili | |||
Müddət | 04:30 | |||
Prodüser | Michael Cretu | |||
Bəstəkar | Michael Cretu | |||
Sözlərin müəllifi | Michael Cretu və David Fairstein | |||
Studiya | Virgin / EMI | |||
Enigma sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Bir Litva dini musiqisi üzərində qurulmuş mahnı Sandra Cretunun ifasıyla başlayır və Michael Cretunun vokal ifasıyla davam etdirilir. Mahnının əsasını təşkil edən melodiya qədim Latviya xalq musiqisi olan "Sajāja bramaņi"dir ki, mahnıya da həmin əsərdən Rasa xalq musiqi ansamblının ifasında bəzi parçalar əlavə edilmişdir.
Ümumiyyətlə Le Roi Est Mort, Vive Le Roi! albomuna daxil olan mahnıların hamısı Gregorian dini nəğmələri və qədim etnik musiqi elementləri üzərində qurulmuşdur. Bu xüsusiyyətinə görə də albom layhənin başqa iki albomu – MCMXC a.D. və The Cross of Changes albomları ilə oxşarlıq təşkil edir.
Mahnıya çəkilmiş klipin rejissoru Julien Templedır.
Kompozisiyalarının siyahısı
- 2-track CD single:
- "Beyond the Invisible (Radio Edit)" – 4:30
- "Almost Full Moon" – 3:40
- 3-track CD single:
- "Short Radio Edit" – 3:42
- "Radio Edit" – 4:30
- "Album Version" – 5:05
- 4-track CD single:
- "Beyond The Invisible (Radio Edit)" – 4:30
- "Almost Full Moon" – 3:42
- "Beyond The Invisible (Album Version)" – 5:05
- "Light of Your Smile" – 5:10
- 5-track CD single:
- "Beyond the Invisible (Radio Edit)" – 4:30
- "Almost Full Moon" – 3:42
- "Beyond the Invisible (Album Version)" – 5:05
- "Light of Your Smile" – 5:10
- "Beyond the Invisible (Short Radio Edit)" – 3:42
Hit paradlarda
Hit parad (2006) | Yüksəldiyi yer |
---|---|
Avstriya | 20 |
Eurochart | 46 |
Almaniya | 40 |
Yunanıstan | 1 |
Finlandiya | 6 |
Niderland | 27 |
Norveç | 13 |
İsveç | 29 |
Fransa | 32 |
İsveçrə | 36 |
Yeni Zellandiya | 45 |
BK | 26 |
ABŞ | 81 |