Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı
Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı — Ağsu rayonunda ən iri yaşayış məntəqələrindən biri olan Gəgəli kəndində təşkil olunan beynəlxalq səviyyəli mədəni tədbir.
Tərəkəmə Çərşənbəsi
Tərəkəmə Çərşənbəsi türk obalarında Axır çərşənbə günündə mövcud olan adətlərdən biridir[1]. Bu ev heyvanlarının iki odun arasından keçirilməsi hadisəsi ilə bağlı ənənəvi adətdir[2]. Azərbaycanın bir çox ərazilərində bu hadisənin əlamətləri görünsə də, Şirvan bölgəsində Oğuz türklərinin məskunlaşdığı obalardan biri olan Gəgəli kəndində ən yaxşı şəkildə müasir dövrümüzədək gəlib çatmışdır[2]. Ənənəvi olaraq, hər il Tərəkəmə Çərşənbəsi günündə kənd sakinləri səhərə qədər yatmırlar; səhər alaqaranlıqda heyvanları iki tonqalın arasından keçirirlər[2]. Qədim bir inanca görə, tərəkəmələr bununla mal-qaralarını il ərzində baş verə biləcək hər cür bəlalardan, xəstəliklərdən qorumuş olur, heyvanların yeni otlaqlara sağ-salamat çıxarılmasını təmin edirlər[3].
2011-ci ildə Tərəkəmə Çərşənbəsi adəti ilə bağlı film çəkilmişdir[2].
Festivalının təşəbbüsçüsü "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri olan tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir[3].
Bütün festivallar
I festival
I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 16-18 mart 2015-ci il tarixlərində keçirilmişdir[4].
II festival
II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 2016-cı il martın 14-də başlamışdır[2]. Festivalda 300-dən çox insan iştirak etmişdir[2]. Qonaqlar arasında Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, İndoneziya və Qazaxıstandan gələn nümayəndələr və folklor qrupları olmuşdur[2]. II festival üç gün davam etmişdir[2].
III festival
III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 2018-ci il martın 19-da başlamışdır[1]. Festivalda 500 nəfərə yaxın insan iştirak etmişdir[1]. Qonaqlar arasında Türkiyə, Gürcüstan, Rusiya və İrandan gəlmiş nümayəndələr və folklor qrupları olmuşdur[1]. III festival üç gün davam etmişdir[1].
IV festival
IV Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 18-20 mart 2019-cu il tarixlərində keçiriləcəkdir.
Təşkilatçılar
Dəstək verənlər
Faydası
Festivalın iştirakçıları müxtəlif ölkələrin adət-ənənələri ilə tanış olmaq, kənd mətbəxinin təamlarını dadmaq, qurşaq atmaq və başqa imkanlar əldə edirlər[1][2].
Festival çərçivəsində iştirakçılar Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində və Mehrəvan qalasında aşkar edilmiş arxeoloji tapıntılar, Gəgəli kəndində toxunan müxtəlif çeşidli palaz və kilimlərlə tanış olmaq imkanı əldə edirlər[1][2].
Əsas məqsəd
Festivalın təşkilatçılarından biri olan "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əsas məqsədi Tərəkəmə Çərşənbəsi ənənəsinin YUNESKO-nun qeyri-mədəni irs siyahısına salınmasına nail olmaqdır[2].
İstinadlar
- Ağsuda III Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı keçirilir VİDEO Arxivləşdirilib 2019-07-31 at the Wayback Machine. azertag.az, 15.03.2016 (az.)
- Ağsuda II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı başlayıb VİDEO Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine. azertag.az, 15.03.2016 (az.)
- Ağsuda birinci Beynəlxalq “Tərəkəmə çərşənbəsi” folklor festivalı keçiriləcək Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. azertag.az, 17.01.2015 (az.)
- I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilir Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. olaylar.az, 16.03.2015 (az.)