Beynəlxalq Esperanto Həftəsi

Beynəlxalq Esperanto Həftəsi (esp. Junulara E-Semajno, JES) — Polşa və Almaniya esperanto gənclik təşkilatlarının təşkil etdiyi və Yeni İl ərəfəsində keçirilən gənclərin esperanto yığıncaqları. İlk belə görüş 2009–2010-cu illər arasındaki Yeni İl həftəsində Zakopane şəhərində keçirildi, ikincisi isə 2010–2011-ci illərdə Burq şəhərində baş tutdu.

Beynəlxalq Esperanto Həftəsi yeni il ərəfəsində keçirilən iki gənc esperanto görüşlərinin birləşdirilməsi ilə yarandı, onlar polyak Fəaliyyət Həftəsi (AS) və alman Beynəlxalq Seminar (İS) idilər. 2008/2009 mövsümü hər iki tədbir üçün sonuncu oldu, bu İS üçün 52-ci mövsüm, AS üçün isə 7-ci idi. Təşkilatçılar Beynəlxalq Esperanto Həftəsinin hər il bir həftə ərzində Mərkəzi Avropanın müxtəlif yerlərində keçirməyi planlaşdırmışdılar.

Adı

JES abreviaturundaki "E" hərfi "Esperanto" mənasını verir, lakin E@I təşkilatıyla olduğu kimi eyni zamanda Avropa və təhsili (esp. Edukado) də simvollaşdıra bilər. Buna görə Junulara Esperanto-Semajno əvəzinə Junulara E-Semajno adının istifadəsi əsl mənaya daha yaxındır. Bundan başqa, esperanto dilində JES müsbət ədat kimi işlənir, yəni azərbaycan dilindəki "bəli" sözü kimi.

Bundan başqa JES-in "OS" alternativ adı var, hansı ki IS və AS sələfilərinə göndərilən eyhamdır. Esperanto dilində "is" felin keçmiş zamanı, "as" indiki zamanı və "os" gələcək zamanın şəkilçisidilər.

Tarixi

JES İl Şəhər Ölkə İştirakçı sayı
10 2018/19 Ştorkov  Almaniya
9 2017/18 Şetsin  Polşa
8 2016/17 Lanqvedel  Almaniya
7 2015/16 Eqer  Macarıstan
6 2014/15 Vaysvasser  Almaniya
5 2013/14 Şavno-Zdruy  Polşa 185
4 2012/13 Naumburq  Almaniya 258
3 2011/12 Qdansk  Polşa 160
2 2010/11 Burq  Almaniya 252
1 2009/10 Zakopane  Polşa təxminən 250

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.