Beynəlxalq Aviasiya Federasiyası
Beynəlxalq Aviasiya Federasiyası (FAİ, Fédération Aéronautique Internationale, FAI) — aviasiya və kosmonavtikaya yardım üzrə beynəlxalq təşkilat. Təşkilatın fəaliyyət sahələrindən biri aviasiya və kosmonavtikada standartların tətbiqi və rekordların qeydiyyatıdır. Təşkilatın standartlaşdırma fəaliyyətinin obyekti həm idarəolunan uçuşlar, həm də pilotsuz uçan aparatlar (o cümlədən, aviamodellər) sahəsindəki nailiyyətlər və rekordlardır.
Təşkilat 1905-ci ildə idman federasiyası kimi qurulmuşdur. Hazırda 100-ə yaxın ölkənin aviasiya təşkilatlarını birləşdirir.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.