Beykoz sarayı

Beykoz "Məcidiyə" sarayıİstanbulun Beykoz ilçəsində inşa edilən tarixi bir saraydır. Yalıköy səmtində Padşah estakadası olaraq tanınan sahənin cənubunda yerləşir.

Beykoz sarayı
Beykoz kasrı
41°08′16″ şm. e. 29°04′53″ ş. u.
Ölkə Türkiyə Türkiyə
Şəhər İstanbul
Tikilmə tarixi 1855-1866
Vəziyyəti muzey

Beykozda padşah estakadasının cənubunda, bir vaxtlar Yalıköyə uzanan yol ilə sahil arasında qalan təpəcikdə yerləşir. Qəsrin memarları Nigogos Tayın və Sarkis Balyandı. Misir valisii Kavalalı Mehmet Əli Paşanın sultan Abdülməcidə (1839–1861) xidmət və sədaqət kəsb etmək məqsədilə tikdirdiyi qəsrin tikintisinə 1855-ci ildə başlanmışdır[1]. Qəsr Kavala Mehmet Əli Paşanın oğlu Səid Paşa tərəfindən on bir il sonra 1866-cı ildə tamamlanmışdı və o vaxt taxta keçən Sultan Əbdüləzizə ərməğan edilmişdir.

Beykoz qəsri Boğaziçində qərb üslubunda inşa edilən ilk binadır[2]. Tikintisində istifadə edilən daş İtaliyadan idxal edilmişdir. Bundan başqa yerli ağ mərmər də istifadə edilmişdir. Misir valilərinin zənginliyini əks etdirən qəsr, Avstriya İmperiyasının İtaliya hissəsində tez-tez rast gəlinən bir memarlıq üslubuna malikdir. İonyen və Korint sütunlu cəbhəsi və salon quruluşu ilə Yeniköydəki Avstriya Yazlıq Sefartinə çox bənzəyir.

Kvadrat planlı, 2 mərtəbəli bina uzununa üç yerə bölünmüşdür. Ortadakı iki mərtəbəli dəhliz bir kənardan digərinə uzanır. Mərtəbənin hündürlüyü isə 8 mt-ə qədərdir. Qəsrin hər iki yanında tinlərdə bir otaq var. Bunların arasında bir tərəfdə oval plana oturdulmuş qoşa pilləkən dəhlizi, qarşı tərəfdə yenə oval bir salon yerləşir. Dəniz və quru cəbhələrinə isə 4 kolon üzərində daşınan düzbucaqlı planlı geniş eyvanlar əlavə edilmişdir. Qəsrə dəniz tərəfdəki hissədən girilir. Xüsusilə daxili hissədə, rəngli somaki və mərmərlər istifadə edilmiş, qəsrin divarlarına böyük güzgülər yerləşdirilmişdir. Beykoz qəsrinin gecələmək üçün düşünülmədiyi bəllidir, çünki quruluşda mətbəx və hamam kimi xidmət məkanlarına yer verilməmişdir[3].

Qəsr, zəmin qatında bir-birini əhatə edən eyvanlarla əhatə edilmişdir. Bunlar dəfələrlə bir-birinə bağlanaraq bağça zəmininə çatır. Beləliklə, bina mərhələli bir piramida şəklində, getdikcə genişlənən bir eyvan qaydası üzərində oturmuşdur. Sanki bir abidə mənzərəsində yüksələn qəsr, 200 hektar sahədə, şamlar və cökə ağacları ilə örtülü bir qoruq içinə yerləşdirilmişdir.

Qoruq içində yayın istisindən qorunmaq üçün düzəldilmiş bir "grotto" yerləşir. Dar və dolanbac bir yol ilə girilən bu süni mağaranın, günbəzli iki balaca otağı vardır. Divarları bəzədilmişdir və üst tərəfindən davamlı olaraq su axır. XVIII əsr Avropa bağça arxitekturasında bu süni mağaralara tez-tez rast gəlinir[4]. Bir əsr xarab vəziyyətdə olan qəsr, əvvəl bir Darüleytam (Uşaq Əsirgəmə Təşkilatı) sonra traxoma xəstəxanası kimi xidmət vermişdir. Bir müddət miqrantlar tərəfindən məskunlaşdırılan bina, daha sonra ordunun istifadəsinə verilmişdir. 1953-cü ildə Səhiyyə Nazirliyi tərəfindən təmir olunaraq klinika kimi istifadə edilməyə başlanan qəsr, 1963-cü ildə Beykoz Prevantoryumuna çevirilmiş, boşaldıldığı 1997-ci ilə qədər isə Beykoz Uşaq Döş Xəstəlikləri Xəstəxanası kimi istifadə edilmişdir. Bu prosesdə qəsrin daxili quruluşunda dəyişikliklər də meydana gəlmişdir. 1997-ci ildə Milli Saraylar Kollegiya Sədrliyinə təsis edilən Beykoz qəsri, 1999-cu ildə boş olaraq təhvil alınmışdır. 2005-ci ildə qəsrdə genişmiqyaslı bir bərpa başlanmış və bu işlər 2011-ci ildə başa çatdırılmışdır. Qəsrin ərasindəki işlər isə hələ də davam edir.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.