Beyin qansızması
Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid angiopatiyası hesab olunur.[2]
Beyin qansızması | |
---|---|
XBT-10 | I60.0, I62, S06 |
XBT-9 | 430, 432, 850, 854 |
XBT-9-KM | 432.9[1] |
DiseasesDB | 6870 |
MedlinePlus | 000796 |
MeSH | D020300 |
Vikianbarda əlaqəli mediafayllar |
Həmçinin bax
İstinadlar
- Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- "Kliniki nevrologiya , 2-ci hissə , Bakı-2009" (PDF). 2021-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-10-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.