Bethesda Softworks
Bethesda Softworks LLC — Merilend ştatının Rokvil şəhərində yerləşən ABŞ videooyun nəşrçisi. Şirkət Kristofer Uiver tərəfindən 1986-cı ildə "Media Technology Limited"in bir diviziyası olaraq təsis edilmişdir. 1999-cu ildə şirkət "ZeniMax Media"nın bir filialı olmuşdur. Şirkət ilk 15 ilində videooyun yaradıcısı idi və oyunlarını özü nəşr edirdi. 2001-ci ildə şirkət "Bethesda Game Studios" adlı bir filial yaratmışdır. Studiya yalnız videooyunları hazırlayırdı. Bununla birlikdə şirkət yalnız nəşrçi olmuşdur. Şirkət "ZeniMax Online Studios", "id Software", "Arkane Studios", "MachineGames", "Tango Gameworks" və "BattleCry Studios" şirkətlərinin oyunlarını da nəşr edir.
Bethesda Game Softworks | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Filial |
Sənaye | Videooyun sənayesi |
Məhsulu | Videooyunlar |
Təsis tarixi | 1986)[1] |
Baş qərargahın yeri | |
Struktur | |
Ana şirkət |
"Media Technology Limited" (1986–1999) "ZeniMax Media" (1999–present) |
Tərəfdaşlar | Bethesda Game Studios |
Rəhbərlik | |
Təsisçi | Kristofer Uiver |
Baş icraçı direktor | Todd Hovard |
bgs.bethsoft.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Yaradılma
Şirkət Kristofer Uiver tərəfindən 1986-cı ildə rəhbəri olduğu "Media Technology Limited"in bir diviziyası olaraq təsis edilmişdir.[4][5][6] O "Bethesda"nı "Kompüter bazarının oyun inkişaf etdirmək üçün əlverişli bir yer olub olmadığını öyrənmək" üçün yaratmışdır.[7]
"Bethesda"nın indiki prezidenti Vlatko Andonov, Uiverin şirkəti "Softworks" adlandırmaq istədiyini demişdir.[8]
1986–1994
"Bethesda Softworks" ilk fizika əsaslı idman simulyasiyasını, "Gridiron!"u yaratmışdır. Şirkətin ilk oyunları yaxşı qarşılanmışdır.[9] "Electronic Arts" ilk "John Madden Football" oyunu üzərində işləyirdi və bunun üçün "Bethesda"nı işə götürmüşdür. Şirkət eyni zamanda "Gridiron!" oyunlarının hüquqlarını almışdır.[7] Bir il sonra yeni bir oyunu satışa çıxarılmamasından sonra, layihə üzərində işləməyi buraxdı və "Electronic Arts"ı 7.3 milyon ABŞ dolları üçün məhkəməyə vermişdir.[10]
1990-cı ildə şirkət Merilend ştatının Rokvil şəhərinə köçmüşdür.
Şirkət ikinci əsas layihəsinə, "The Elder Scrolls" oyun seriyasına görə məşhurdur. Seriyanın ilk epizodu, "The Elder Scrolls: Arena" adıyla 1994-cü ildə satışa çıxarılmışdır. Bu oyunun satışa çıxarılmasından sonra seriyanın çox sayda epizodu satışa çıxarılmışdır. "Bethesda Softworks" "Terminator", "Ulduz yolu" və "Karib dənizinin quldurları" kimi filmləri nəşr etməklə də məşhurdur.
1994–1999
1995-ci ildə "Bethesda Softworks" "Flashpoint Productions"ı almışdır və şirkətin təsisçisi Brent Erikson "Media Technology Limited"in qərb sahili diviziyası, "MediaTech West"in inkişaf direktoru olmuşdur. Diviziya kimi "Golf Magazine: 36 Great Holes Starring Fred Couples", "Noctropolis" və "Burnout Championship Drag Racing oyun seriyaları üzərində işləmişdir.[11][12]
1997-ci ildə "Bethesda" "XL Translab" adlı bir qrafika firmasını almışdır. XL nəticədə "Bethesda Softworks"un Rokvildəki baş qərərgahına köçmüşdür.[13]
1997-ci və 1998-ci ildə Bethesda iki "The Elder Scrolls" genişlənirmə paketi satışa çıxarmışdır.[7]
1999–2004
1999-cu ildə Uiver və Robert Oltmen "ZeniMax Media" adlı yeni bir valideyn şirkəti yaratmışdır. Edge ilə olan bir müsahibədə Uiver şirkətin valideyn şirkəti yerinə ali-səviyyəli bir idarəvi struktur olduğunu demişdir.[7][14][15][16]
2001-ci ildə "Bethesda Game Studios" yaradılmışdır. Bunun nəticəsində "Bethesda Softworks" "ZeniMax Media"nın nəşrçi markası halına çevrilmişdir.
2002-ci ildə "ZeniMax" Uiveri işdən qovmuşdur. Bu hadisədən sonra, Uiver "ZeniMax"a 1.2 milyon ABŞ dolları üçün məhkəməyə vermişdir. "ZeniMax" bu məhkəməyə qarşı çıxdı.[17][18][19] Məhkəmə işinin nəticəsində Uiver şirkətin böyük bir hissəsinin sahibi qalmışdır.[20] 2007-ci ildə Uiver şirkətin 33%-ə sahib olduğunu demişdir.[21]
2004–h.h
2004-cü ildə "Fallout" franşizi "Bethesda Softworks" tərəfindən "Interplay Productions"dan alınmışdır və "Fallout 3"ün inkişafı "Bethesda Game Studios"a verilmişdir. "Fallout 3" 28 oktyabr 2008 tarixində satışa çıxarılmışdır. "Fallout 3"ün satışa çıxarılmasından bir il sonra 5 endirilə bilən məzmun çıxarılmışdır — Operation: Anchorage, The Pitt, Broken Steel, Point Lookout və Mothership Zeta. "Obsidian Entertainment" tərəfindən hazırlanan yeni "Fallout" epizodu, "Fallout: New Vegas" 2010-cu ildə satışa çıxarılmışdır. "Fallout 4" 10 noyabr 2015-ci il tarixində satışa çıxarılmışdır.
2008-ci ilin fevral ayında şirkətin qolu olan "ZeniMax Europe" Londonda açılmışdır.[22] Bundan sonra Tokio, Frankfurt, Paris, Benilüks, Honkonq və Sidney şəhərlərində nəşrçi ofislər açılmışdır.[23][24][25][26][27]
24 iyun 2009 tarixində "ZeniMax" media "id Software"i almışdır. Şirkətin hazırladığı videooyunları "Rage" də daxil olmaqla "Bethesda Softworks" tərəfindən nəşr olunur.[28] 2009—2012-ci illərdə şirkət müvafiq olaraq "Rogue Warrior", "Wet", "Brink" və "Hunted: The Demon's Forge" videooyunlarını nəşr etmişdir.
2012-ci ildən bəri şirkət "Dishonored", "Wolfenstein: The New Order" və "The Evil Within" kimi oyunları nəşr etmişdir.
Videooyunlar
1980-ci və 1990-cu illər
- Wayne Gretzky Hockey (1988–1990)
- Terminator seriyası (1990–1995)
- The Elder Scrolls seriyası (1994–h.h)
- Symbiocom (1998)
- Zero Critical (1998)
2000-ci illər
- IHRA Drag Racing seriyası (2000–2006)
- Karib dənizinin quldurları seriyası (2003–2006)
- Call of Cthulhu: Dark Corners of the Earth (2005)
- Star Trek seriyası (2006–2007)
- Fallout seriyası (2008–h.h)
- Wet (2009)
- Rogue Warrior (2009)
2010-cu illər
- Doom seriyası (2010–h.h)
- Brink (2011)
- Hunted: The Demon's Forge (2011)
- Rage (2011)
- Dishonored seriyası (2012–h.h)
- Wolfenstein series (2014–h.h)
- The Evil Within seriyası (2014–h.h)
- Prey (2017)
İstinadlar
- "Arxivlənmiş surət". 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
- Google Maps. 2005.
- Hoffman R. Linkedin (ing.). 2003.
- Crowe, Greg. "Out of the hype, but still in the money is a way of life". gameindustry.com. 9 may 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
- "Bethesda Softworks Unveils Racing Enthusiasts' Dream Site". csoon.com. 14 iyul 1997. 2016-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- Adams, Ernest. Fundamentals of Game Design. New Riders Press. 2010. İstifadə tarixi: 17 iyul 2016.
- "Bethesda:The Right Direction". The Escapist. 6 fevral 2007. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
- Kifer, Con. "GameSpy Retro: Developer Origins". GameSpy. 31 mart 2006. 30 may 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- "Watch the graphics puck up". Amiga Computing, Volume 2, number 4, September 1989, p.p.18-19. sentaybr 1989. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- "LATE NEWS FLASHES". atarimagazines.com. sentyabr 1988. 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
- Böke, İnqmar. "Brent Erickson Noctropolis Interview". adventuregamers.com. 14 oktyabr 2015. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- Brady, Scott. "Noctropolis Interview with Shaun Mitchell". noctrop.tripod.com. 12 noyabr 1998. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- "ThunderWave makes a big splash at Getty Center". Washington Business Journal. 22 dekabr 1997. 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
- "Christopher Weaver vs ZeniMax Media" (PDF). courts.state.md.us. 2017-07-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 iyul 2016.
- "Gamers at Work: Stories Behind the Games People Play". Morgan Ramsay. 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
- "Pete Hines on Bethesda's past, present and future". Edge. 19 iyul 2011. 22 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2016.
- "Weaver v. ZeniMax Media". Justia Law (ingilis). 2017-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2017.
- "Motion for sanctions" (PDF). 2004. 2017-07-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. (#invalid_param_val)
- "Christopher S. WEAVER v. ZENIMAX MEDIA, INC. - AllCourtData.com". www.allcourtdata.com. 13 mart 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2017.
- "Bethesda:The Right Direction". The Escapist. 6 fevral 2007. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
- "ZeniMax Media Buys DOOM Maker | peHUBpeHUB". Pehub.com. 25 iyun 2009. 2011-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2016.
- "ZeniMax Media Opens London Office". gamesindustry.biz. 2016-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2016.
- "ZeniMax Media Opens Tokyo office". .gamingnexus.com. 2016-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2016.
- "Bethesda Opens New Offices In Germany And France". megagames.com. 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2016.
- "Bethesda in Benelux". gamesindustry.biz. 7 sentyabr 2010. 2016-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2016.
- "ZeniMax Asia Pacific Limited". hkgbusiness.com. 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: J5 iyul 2016.
- "Bethesda opens Australian office". CNET. 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2016.
- "ZeniMax Media Acquires id Software". prnewswire.com. 24 iyun 2009. 2017-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
Xarici keçidlər
- bethsoft.com — "Bethesda Softworks"un rəsmi saytı