Bethesda Game Studios
Bethesda Game Studios (azərb. Bethesda Oyun Studiyaları) — Kompüter oyunlarının inkişafında ixtisaslaşan, 2001-ci ildə yaradılan və valideyn şirkəti Bethesda Softworks olan ABŞ xüsusi şirkəti. Şirkətin loqosu və adı 2002-ci ildə, "The Elder Scrolls III: Morrowind" satışa çıxarılan zaman qurulmuşdur. Şirkətin rəhbəri icraçı prodüser Todd Hovarddır. Kanadanın Kvebek əlayətində yerləşən Monreal şəhərində ikinci bir studiya açılmışdır.
Bethesda Game Studios | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Diviziya |
Sənaye | Videooyun sənayesi |
Məhsulu | Videooyunlar |
Təsis tarixi | 2001) |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 180 (2017)[3] |
Ana şirkət | ZeniMax Media |
bgs.bethsoft.com |
Tarix
"Bethesda Game Studios" 2001-ci ildə qurulmuşdur. 2002-ci ildə, "Bethesda Softworks" və "Bethesda Game Studios" nəşr edən və hazırlayan olaraq iki ayrı şirkət olanda "Bethesda Softworks"dakı bütün inkişafçılar "Bethesda Game Studios"a köçmüşdür. Keçmişdə bütün oyunlar "Softworks" diviziyası tərəfindən nəşr edilmişdir. "The Elder Scrolls IV: Oblivion" PlayStation 3 üçün satışa çıxarılandan sonra "Bethesda Softworks", "Bethesda Game Studios"un bütün oyunlarını nəşr etməyə başlamışdır.
2000-ci illərin ortalarında "Bethesda Game Studios"un iki komandası var idi — rol videooyunları hazırlayan və "International Hot Rod Association" üçün dreq-reysinq oyunları hazırlayan.
9 dekabr 2015 tarixində Monreal şəhərində "Bethesda" tərəfindən yeni bir studiya yaradılmışdır. Studiya "Behaviour Interactive"in keçmiş rəhbəri İv Laşans tərəfindən idarə olunur.[4]
Videooyunlar
"Bethesda Game Studios" yaradıldığı tarixdən bəri əsasən "Fallout" və "The Elder Scrolls" kimi rol videooyunları üzrə işləmişdir.[5][6]
2015-ci ildə "Fallout Shelter" adlı bir simulyasıya oyununun satışa çıxarılmasıyla, studiya mobil videooyunu marketinə daxil olmuşdur. Oyun 2016-cı ilin ortalarında 50 milyona qədər oyunçu əldə etmişdir. 2017-ci ilin fevral ayında Todd Hovard "Fallout Shelter"in müvəffəqiyyətindən sonra yeni bir mobil oyunu hazırladıqlarını açıqlamışdır.[7]
2016-cı ildə Todd Hovard "The Elder Scrolls 6" və daha iki yeni layihə üzərində işlədiklərini açıqlamışdır. Bu layihələr böyük ehtimalla yeni "Elder Scrolls" oyunundan əvvəl satışa çıxarılacaq.[8] 30 may 2018-ci il tarixində "Fallout 76"-nın elan treyleri buraxılmışdır.[9]
İl | Ad | Janr(lar) | Platforma(lar) |
---|---|---|---|
2002 | The Elder Scrolls III: Morrowind | Döyüş rol oyunu | Microsoft Windows, Xbox |
2004 | IHRA Professional Drag Racing 2005 | Yarış | PlayStation 2, Xbox |
2006 | The Elder Scrolls IV: Oblivion | Döyüş rol oyunu | Microsoft Windows, PlayStation 3, Xbox 360 |
2008 | Fallout 3 | ||
2011 | The Elder Scrolls V: Skyrim | ||
2015 | Fallout Shelter | Simulyasiya | iOS, Android, Microsoft Windows, Xbox One |
Fallout 4 | Döyüş rol oyunu | Microsoft Windows, PlayStation 4, Xbox One | |
2016 | The Elder Scrolls V: Skyrim – Special Edition | ||
2017 | Fallout 4 VR | Microsoft Windows | |
2018 | Fallout 76 | Onlayn çoxnəfərli, öyüş rol oyunu | Microsoft Windows, PlayStation 4, Xbox One |
Genişləndirmə paketləri
İl | Ad | Orijinal oyun | Platforma(lar) |
---|---|---|---|
2002 | Tribunal | The Elder Scrolls III: Morrowind | Microsoft Windows |
2003 | Bloodmoon | ||
2006 | Knights of the Nine | The Elder Scrolls IV: Oblivion | Microsoft Windows, PlayStation 3, Xbox 360 |
2007 | Shivering Isles | ||
2009 | Operation: Anchorage | Fallout 3 | |
The Pitt | |||
Broken Steel | |||
Point Lookout | |||
Mothership Zeta | |||
2012 | Dawnguard | The Elder Scrolls V: Skyrim | |
Hearthfire | |||
Dragonborn | |||
2016 | Automatron | Fallout 4 | Microsoft Windows, PlayStation 4, Xbox One |
Wasteland Workshop | |||
Far Harbor | |||
Contraptions Workshop | |||
Vault-Tec Workshop | |||
Nuka-World |
Mükafatlar
Həmçinin bax
İstinadlar
- Hoffman R. Linkedin (ing.). 2003.
- https://bethesdagamestudios.com/#contact.
- Dornbuş, Conaton. "DICE 2017: Fallout 4 Director Todd Howard on Bethesda Game Studios' Creative Process". IGN. Ziff Davis. 23 fevral 2017. 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2017.
- Kato, Metyu. "Bethesda Opens New Studio In Montreal". Game Informer. 9 dekabr 2015. 2015-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2015.
- Petty, Jared. "Bethesda Says Two Upcoming Games Are as Big as Skyrim and Fallout". IGN. 14 iyun 2016. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
- Deyvidson, Con. "Bethesda's Todd Howard Hints at 3 New Games". Glixel. 18 fevral 2017. 2017-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2017.
- Makuç, Eddi. "Skyrim Director Teases Next Mobile Game". GameSpot. 17 fevral 2017. 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2017.
- Çalk, Endi. "The Elder Scrolls 6 is in development, Todd Howard confirms" (ingilis). PC Gamer. 2018-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 map 2018.
- Skrebels, Co. "Fallout 76 Announced". IGN. 30 may 2018. 31 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2018.
- "SpikeTV Video Game Awards 2011". Spike (TV network). 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
- "Nominees | The Game Awards 2015". The Game Awards. Ola Balola. noyabr 12, 2015. noyabr 14, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: noyabr 13, 2015.
- Kerr, Kris. "Bethesda game director Todd Howard to be inducted into the AIAS Hall of Fame". Gamasutra. 14 dekabr 2016. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2017.
Xarici keçidlər
- bgs.bethsoft.com — "Bethesda Game Studios"un rəsmi saytı