Bespin
Bespin — "Ulduz müharibələri" kainatında uydurma planet. Bespin qalaktikanın ucqar sektorunda yerləşən böyük bir qaz nəhəngidir.[1] Planetin iki peyki var və onun qaz kütləsində yaşayış üçün nazik əlverişli atmosfer təbəqəsi var.[2] Bespinin atmosferində dəbdəbəli meqapolis olan Bulud şəhəri, yanacaqdoldurma məntəqəsi olan Şinuk stansiyası və Uqnorqrad şəhəri yerləşir.[1] Planet bir çox həyat növlərinə ev sahibliyi edir. Bespində üzgüçülük hovuzları nadir bir lüks hesab olunur.[2] Planet ilk dəfə "Yeni ümid" (1977), sonradan isə "İmperiya cavab zərbəsi vurur" (1980) filmində nümayiş olunur.[1]
İstinadlar
- "Bespin". Star Wars Databank (ingilis). 11 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2022.
- Beecroft, Simon; Dougherty, Kerrie; Fry, Jason; Luceno, James; Lund, Kristin; Chasemore, Richard; Jenssen, Hans; Remillard, Kemp. Star Wars: Complete Locations (ingilis). DK Publishing. 2016. ISBN 9781465452726.
Xarici keçidlər
- Bespin — Vukipediya saytında.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.