Bertalan Semere

Bertalan Semere (mac. Bertalan Szemere; d. 27 avqust 1812, Vatta, Avstriya imperiyasıö. 18 yanvar 1869. Peşt, Avstriya-Macarıstan imperiyası) — Macarıstan şairi və Macarıstan krallığının III baş naziri.[1]

Bertalan Semere
mac. Bertalan Szemere
2 may 1849 11 avqust 1849
ƏvvəlkiLayoş Battani
SonrakıDyula Andraşi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Vatta, Avstriya imperiyası
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri Peşt, Avstriya-Macarıstan imperiyası
Dəfn yeri
Fəaliyyəti siyasətçi, yazıçı, şair
Atası Major Laslo Semere
Anası Erzsebet Karove
Uşaqları Mária
Gizella
Attila
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri

Semere Vattada kasib ailənin övladı olaraq dünyaya gəlmişdir. Atası Major Laslo Semere, anası Erzsebet Karove olmuşdur. Təhsilini Miskolc, Kesmark və Sarospatak şəhərlərində almışdır. Şerə maraq duyan Semere gənc yaşlarında "Felső-Magyarországi Minerva" ("Yuxarı Macarıstan Minerva") adlı əsərini nəşr etdirmişdir. Ferens KölcseyMihaly Vörösmartydən təsirlənmişdir.

İslahatlar dövrü

1832-ci ildə hüquq fakültəsindən məzun olmuş və Pressburqda (hal-hazırkı Bratislava, Slovakiya) işləməyə başlamışdır. Məclis Gənc Üzvlər qrupunun bir hissəsi olmuş və liberalizmi müdafiə etmişdir. Təcrübə müddətini bitirdikdən sonra Fəxri Notarius olaraq seçildiyi Borsoda geri dönmüşdür. 1835-ci ildə dünyanı gəzməyə başlamış və Berlin, Amsterdam, Dublin, LozannaLondonu gəzmişdir. Semere səyahəti zamanı Macarıstanın digər ölkələrə nisbətən daha az inkişaf etdiyini, digər ölkələrin Macarıstana qərəzli münasibətini görmüşdü. Təcrübəsini və xarici qurumların necə işləyib inkişaf etdiyini qeyd etmiş və bu qeydlərin əsasında 1840-cı ildə "Utazás külföldön" ("Xarici ölkələr səyahəti") adlı kitabını nəşr etdirmişdir. Bu kitabı 1839-cu ildə bitirsə də, senzuraya görə nəşr etdirə bilməmişdi. Bu kitabı ona xeyli məşhurluq gətirdi və Macar Elmlər Akademiyasına üzv seçildi. Daha sonra bu kitab yenuidən nəşr edildi. 1841-1847-ci illərdə Borsodda, 1847-1848-cı illərdə Diyetidə məhkəmə hakimi olmuşdur. 1843-1866-cı illərdə müxalifətin və 1847-1848-ci illərdə Diyet məclisinin ən önəmli liderlərindən biri olmuşdur.[1]

Nazirlik və Baş nazirlik dövrü

Semere 1848-ci ildə Layoş Batthyaninin Baş nazirlik etdiyi hökumətdə daxili işlər naziri idi. Semerenin vəzifəsi yeni məclisi qurmaq olmuşdur. Onun səyləri nəticəsində hökumətin "Közlöny" ("Bülten") adlı qəzeti nəşr edilməyə başlamışdı. Franz Schilkin hücumundan sonra geri çəkilməyə məcbur qalan Yuxarı Tisa Legionunu yenidən təşkil etmək üçün Miskolca getmiş və 1848-cı ildən etibarən bir siyasətçi olaraq Yuxarı Macarıstanın idarəsini öz əlinə almışdır. 2 may 1849-cu ildə Daxili İşlər naziri olaraq vəzifəsinə davaç edərkən Naib Layoş Kossuthun yanında baş nazir oldu və istefa edənə qədər bu vəzifədə qalmışdır.

Mühacirəti

Vilaqosun təslim olmasından sonra 23 avqust 1848-cu ildə Adaqalaya gizləndi. Oradan Türkiyəyə qaçdıqdan sonra Parisə köç etmişdir. 1851-ci ildə Avstriya imperiyasından in absentia yolu ilə ölüm cəzasına məhkum edildi.[1] 1867-ci ildə Avstriya-Macarıstan müqaviləsini dəstəkləməsinə görə Koşut ilə münasibətləri pozulmuşdur. Yazdığı Magyar "Emigráció" (Macar mühacirəti) adlı kitabçası və "Politikai jellemrajzok" adlı əsərini yazaraq macar inqilabının liderlərinə etirazını bildirmişdir. Semere mühacirəti zamanı "Utazás keleten" ("Şərqdə səyahətlər") adlı əsərini yazmışdır.

Ölümü

1865-ci ildə əhv tələbi qəbul edilsə də, o zaman artəq əqli xəstə idi.[1] 1869-cu ildə öldü və külləri Budində dəfn edildi,[2] lakin 1 may 1871-ci ildə külləri məzarından çıxarılmış və Miskolcun Avas qəsəbəsindəki kilsəyə köçürülmüşdür.

Həmçinin bax

İstinadlar

  1. Nehring, Karl. Biographisches Lexikon zur Geschichte Südosteuropas. Münhen. 1981.
  2. Ambrus, Miskolczy. "Szemere Bertalan napja: 1849. július 28" (Macarca). 2008-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2018.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.