Berserk

Berserk və ya Berserker — skandinav saqalarında qəzəbli döyüşçülər. Vikinqlər dövründə Skandinaviyada müasir dövrdəki “xüsusi təyinatlı döyüşçülər” rolunu oynayırdılar.

Berserklər xüsusi ayinlər və psixotrop maddələrin təsiri altında şüursuzlaşaraq öz güclərinə nəzarəti itirirdilər və düşünmədən döyüşə atılırdılar. Döyüşdə ön sırada gedən berserklərin əsas təyinatı düşmənin ön cərgəsini yarmaq idi. Psixotrop vasitələrin təsiri azalandan sonra özlərinə gələn berserklər çox zəif və halsız formada döyüş meydanında düşüb qalırdılar və uzun müddət özlərinə gələ bilmirdilər.

Orta əsr Skandinaviyasında feodal münasibətlərin inkişafı zamanı artıq qəzəb təhlükəli bir keyfiyyət kimi qəbul olunurdu. Berserklər hakimiyyət üçün təhlükəli hesab olunurdular. Bu mənada kilsənin də təsiri az deyildi.

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.