Bernard Herrmann

Bernard Herrmann (ing. Bernard Herrmann; 29 iyun 1911[1][2][…], Nyu-York, Nyu-York ştatı[3]24 dekabr 1975[1][2][…], Los-Anceles, Kaliforniya[4]) — ABŞ bəstəkarı, "Oskar", BAFTA və Qremmi mükafatları laureatı, bir çox kinofilmlərin musiqisinin müəllifi.

Bernard Herrmann
ing. Bernard Herrmann
Ümumi məlumatlar
Doğum adı Maks Herman
Doğum tarixi 29 iyun 1911(1911-06-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 dekabr 1975(1975-12-24)[1][2][…] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Bet Devid qəbirstanlığı[d]
Vətəndaşlığı
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, film bəstəkarı
Fəaliyyət illəri 1934–1975
Təhsili
Mükafatları Academy Award for Best Original Dramatic Score "Qremmi" mükafatı
thebernardherrmannestate.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Bernard Herrmann 29 iyun 1911-ci ildə Nyu-Yorkda anadan olmuşdur.

Bernard Herrmann 1930–1940-cı illərdə "Dünyanın müharibəsi" və "Vətəndaş Keyn" radio tamaşalarında Orson Uellslə əməkdaşlıq etmişdir. O, Alfred Hiçkokun 1955–1964-cü illər arasında çəkilmiş bütün filmlərinə musiqi tərtibatı vermişdir. Onun şah əsəri Hiçkokun "Psixo" filminə yazdığı musiqi hesab olunur. Uzunmüddətli əməkdaşlıqdan sonra[5] Hiçkokla aralarında inciklik yarananır və bəstəkar Fransua Trüffo, Brayan De Palma kimi rejissorlarla işləməyə başlayır. Onun kinoda son işi 1976-cı ildə rejissor Martin Skorsezenin "Taksi sürücüsü" filminə yazdığı musiqi olur.

Bernard Herrmann 1975-ci ildə Los-Ancelesdə vəfat etmişdir[6].

Herrmannın yaradıcılığı o qədər yüksək səviyyədə olmuşdur ki, təkcə Ancelo Badalamenti və "The Beatles" qrupuna yox, eləcə də müasir filmlərə öz təsirini göstərdi. Məsələn, Kventin Tarantinonun "Billi öldürmək" filmi buna misal ola bilər.

Filmoqrafiya

  1. Vətəndaş Keyn (film, 1941) / Citizen Kane
  2. Ceyn Eyr (film, 1943) / Jane Eyre
  3. Psixo (film, 1960) / Psycho
  4. Quşlar (film, 1963) / The Birds
  5. Marni (film, 1964) / Marnie

Mükafatlar və nominasiyalar

İl Mükafat Kateqoriya Nominasiya Nəticə
1975 2-ci Saturn mükafatı[7] Ən yaxşı musiqi Bernard Herrmann Qazandı

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Bernard Herrmann // Encyclopædia Britannica (ing.).
  3. Deutsche Nationalbibliothek Record #118877534 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. English Wikipedia community Wikipedia (ing.). 2001.
  5. "Bernard Herrmann". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.
  6. "Bernard Herrmann – IMDb". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.
  7. http://akas.imdb.com/event/ev0000004/1975 Arxivləşdirilib 2015-09-30 at the Wayback Machine Saturn Mükafatı: 1975 (IMDb)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.