Bern fəvvarələri
Bern şəhəri öz gözəl fəvvarələri ilə tanınır. Onların içərisində müxtəlif heykəllər ilə bəzədilmiş və XVI əsrdə heykəltaraş Hans Frayburq Ginqin emalaxanasında hazırlanmış fəvvarələrin adlarını qeyd etmək olar.
Tarix
Artıq XIII əsrdə, Bern şəhəri müxtəlif quyu, fəvvarə, bulaqlar və özəl hovuzların çoxluğu ilə fərqlənirdi. O dövrün səlnamələri bildirirdi ki, insanlar XIV əsrin sonlarında şəhərin 5 fəvvarəsindən su istifadə edirdilər. Bu beş fəvvarədən günümüzə kimi yalnız Ştettbrunnen (Əbədi fəvvarə) qorunub saxlanmışdı (1885-ci ildə fəvvarənin taxta elementləri daşla əvəz olunmuşdur). Ümumiyyətlə şəhərin köhnə fəvvarələri dedikdə, məhz taxta fəvvarələr nəzərdə tutulur. Yalnız 1520-ci ildə Berndə ilk daş fəvvarə yaradılmışdır. 1542 və 1546-cı illər arasında mövcud taxta fəvvarələr heykəltaraş Hans Frayburq Ginq tərəfindən tipik Bern üslubunda[1], yəni müxtəlif heykəllərlə və daş materiallarla əvəz edilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş fəvvarələrin təmiri və onların yaxınlığındakı asayişin saxlanılması məqsədilə, şəhərdə xüsusi kontora yaradılmışdı. XVI əsrin fəvvarə və çeşmələri daim yenilənirdi, yaxşı məlumdur ki, məsələn 1712–13-cü illər arasında şəhərin bütün fəvvarələri ümumi yenidənqurma işlərinə məruz qalmışdır.
1890–91-ci illərdə Bern şəhərinin 700-cü ildönümü münasibətilə fəvvarələr ehtiyatla bərpa edilmişdir. 1896-cı ildə Henri Fillip adlı bir çəkməçi Berndə fəvvarələrin saxlanılması üçün bütün sərvətini şəhər bələdiyyəsinə vəsiyyət etmişdir, bu da 1925-ci ildə ümumi yenilənmə işlərinin icra olunmasına böyük yardım olmuşdur.
Fəvvarə sütunları əvvəllər sadə rənglərə boyanmışdı. Hal-hazırda hava təsirinə müqavimət göstərmək üçün sütun və heykəllərdə daha parlaq rənglər istifadə olunur[2].
Fəvvarələrin siyahısı
Şəkil | Adı | Orijinal adı | İl | Müəllif | Yerləşdiyi Küçə/Meydan Coordinates |
---|---|---|---|---|---|
Zurnaçı fəvvarəsi | Pfeiferbrunnen | XVI əsr | Hans Ginq | Şpitalqasse 46°56′53″ şm. e. 7°26′33″ ş. u. | |
Sərrast atıcı fəvvarəsi | Schützenbrunnen | XVI əsr | Hans Ginq | Marktqasse 46°56′53″ şm. e. 7°26′47″ ş. u. | |
Anna Zayler fəvvarəsi | Anna Seiler | XVI əsr | Hans Ginq | Marktqasse 46°56′54″ şm. e. 7°26′39″ ş. u. | |
Seringer fəvvarəsi | Zähringerbrunnen | XVI əsr | Hans Hiltbrand | Kramqasse 46°56′53″ şm. e. 7°26′57″ ş. u. | |
Bayraqdar fəvvarəsi | Vennerbrunnen | XVI əsr | Hans Ginq | Rathausplats 46°56′55″ şm. e. 7°27′09″ ş. u. | |
Samson fəvvarəsi | Simsonbrunnen | XVI əsr | Hans Ginq | Kramqasse 46°56′53″ şm. e. 7°27′01″ ş. u. | |
Ədalət fəvvarəsi | Gerechtigkeitsbrunnen | XVI əsr | Hans Ginq | Gerehtiqkaytsqasse 46°56′54″ şm. e. 7°27′15″ ş. u. | |
Elçi fəvvarəsi | Läuferbrunnen | XVI əsr | Hans Ginq | Läuferplatz 46°56′59″ şm. e. 7°27′28″ ş. u. | |
Musa fəvvarəsi | Mosesbrunnen | XVI əsr | Hans Ginq | Münsterplats 46°56′51″ şm. e. 7°27′02″ ş. u. | |
Riffli fəvvarəsi | Ryfflibrunnen | XVI əsr | Hans Ginq | Aarbergerqasse 46°56′59″ şm. e. 7°26′33″ ş. u. | |
Uşaqyeyən fəvvarəsi | Kindlifresserbrunnen | XVI əsr | Hans Ginq | Kornhausplats 46°56′55″ şm. e. 7°26′51″ ş. u. | |
Qəpik fəvvarəsi | Münzbrunnen | 1789–1792 | Şvartstorştrasse | ||
Berna fəvvarəsi | Berna | 1858/1863 | Rafael Kristen | Federal Saray 46°56′48″ şm. e. 7°26′34″ ş. u. | |
Welttelegrafen-Denkmal | ITU memorial | 1922 | Giuseppe Romagnoli | Helvetiaplats 46°56′38″ şm. e. 7°26′56″ ş. u. | |
Weltpostdenkmal | UPU memorial | 1909 | René de Saint-Marceaux | Kleine Schanze 46°56′45″ şm. e. 7°26′25″ ş. u. |
İstinadlar
- "Der Brunnenmeister". hrsg=g26.ch. 2011-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-10. (#missing_pipe)
- "Unterhalt der Brunnen". 15. Mai 2009. 2011-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-10.