Berlin qalereyası

Berlin qalereyası (alm. Berlinische Galerie) — Almaniyanın paytaxtı Berlin şəhərində müasir incəsənət, fotoqrafiya və arxitektura muzeyi.

Berlin qalereyası
Berlinische Galerie
Əsası qoyulub 1975
Açılış tarixi 1975
Mövzu müasir incəsənət, fotoqrafiya və arxitektura muzeyi.
Ölkə
Yerləşir Almaniya, Berlin şəhəri
52°30′14″ şm. e. 13°23′53″ ş. u.
berlinische-galerie.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Berlin qalereyası hazırda Berlin şəhərindəki Yəhudi muzeyindən bir qədər aralı, Kroysberq rayonunda, Alte-Yakobştrass küçəsində yerləşir. 1975-ci ildə müasir Berlin rəssamlarının və heykəltəraşlarının əsərlərindən ibarət sərgiləri təşkil etmək məqsədilə qalereya yaradılmasını qarşılarına qoyan şura təsis edildi[2]. İlk vaxtlar qalereya və onun işçi bürosu Berlin şəhərinin Şarlottenburq rayonunda yerləşirdi. Sərgilər Berlin İncəsənət Akademiyasında və ya Yeni Milli Qalereyada təşkil olunurdu. 1978-ci ildə Qalereya Berlin dəmiryol vağzalının yaxınlığındakı Zoologiya parkının fotoqrafiya muzeyinə köçürüldü. Qalereya 1986-cı ildən Martin Qropius evində yerləşdirildı və nəhayət, 2004-cü ilin sentyabr ayından Alte-Yakobştrass küçəsindəki indiki binaya köçürüldü.

Muzeyin kolleksiyası

Berlin qalereyasının ikimərtəbəli binasında muzeyin daimi eksponatları və müvəqqəti sərgiləri yerləşdirilmişdir, burada həmçinin konfrans zalı, arxiv, kitabxana, oxu zalı, böyüklər və kiçiklər üçün incəsənət məktəbi fəaliyyət göstərir. Qalereyanın ən yaşlı əsəri 1870-ci ilə aiddir. Muzeyin "Təsviri incəsənət" bölməsində Maks Libermanın, Lovis Korintin, Otto Diksin, Georq Qrossun, Hanna Hyöxun, Georq Bazelitsin, Volf Fostelin və həmçinin Gənc vəhşilər hərəkatı (Junge Wilde) nümayəndələrinin əsərləri toplanmışdır.

Qalareyada təsviri sənət əsərlərindən başqa, qrafika əsərləri (təxminən 15 000 ədəd), fotoqrafiya nümunələri və arxitektura modelləri saxlanılır.

Qalereya

Mənbə

  • Van Uffelen, Chris. Contemporary Museums — Architecture, History, Collections, Braun Publishing, 2010, ISBN 978-3-03768-067-4, pages 222–223.
  • Sammlung Berlinische Galerie. Kunst in Berlin von 1870 bis heute. Berlinische Galerie, Berlin 1986, ISBN 3-87024-101-2

Xarici keçid

İstinadlar

  1. archINFORM (alm.). 1994.
  2. Berlinische Galerie: Zwei Rosen in der Bierflasche Arxivləşdirilib 2010-07-03 at the Wayback Machine Nicola Kuhn, Der Tagesspiegel, 25 June 2010. Retrieved 7 September 2010.  (alm.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.