Berlin müqaviləsi (1878)

Berlin müqaviləsiOsmanlı İmperiyası, Rusiya İmperiyası, Böyük Britaniya, Alman İmperiyası, Avstriya-Macarıstan İmperiyası, İtaliya krallığıFransa arasında 13 iyul 1878-ci ildı Berlində imzalanan sülh müqaviləsidir.[3]

Berlin müqaviləsi
Berlin sülh müqaviləsi
İmzalanma tarixi 13 iyul 1878[1][2]
İmzalanma yeri
Möhürlənməsi 13 iyul, 1878
Qüvvəyə minməsi 13 iyul, 1878
Tərəflər Rusiya imperiyasıOsmanlı İmperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqavilənin səbəbləri və forması

Vasili Vereşaginin çəkdiyi "Qaliblər" əsəri. Rus qoşunlarına məğlub olan Osmanlı paşası sülh istəyir.

1877-1878-ci il müharibəsinin ardından Osmanlı ilə Rusiya arasında, 3 mart 1878-ci ildə San-Stefano sülh müqaviləsi imzalandı. Bu müqavilənin şərtləri Osmanlı baxımından son dərəcə ağır idi və Rusiyanı Balkan yarımadasında tək böyük güc edirdi. Bu vəziyyət başda Böyük Britaniya olmaqla Avropanın digər iri dövlətlərini qane etmirdi.

Avropa dövlətlərindən gələn təzyiqlər nəticəsində onlarla müharibəyə hazır olmayan Rusiya müqavilənin şərtlərinə yenidən baxılmasına razılıq verdi.

1878-ci il, 13 iyunda Almaniya kansleri Otto fon Bismarkın başçılığı altında Berlində, Osmanlı, Rusiya, İngiltərə, Almaniya, Fransa, Avstriya-Macarıstanİtaliyanın iştirakə ilə bir konqres toplandı. Osmanlı imperiyasının nümayəndəsi olaraq Karatodori Paşa, Müşir Mehmed Əli Paşa və Berlin səfiri Sədullah bəy göndərilmişdir. Digər dövlətləri də baş nazirləri və xarici işləri təmsil edirdi.

Müqavilənin nəticəsi

Müqavilənin əsas nəticələri belə qruplandırılır:

Osmanlının torpaq itkiləri

Osmanlı imperiyası özünə tabe olan Serbiya, Bolqarıstan, RuminiyaÇernoqoriyanın krallıq olmalarını qəbul etdi. Şərqi Rumeli vilayəti qurulmuş və Osmanlı imperiyasına bağlı ancaq müxtəlif imtiyazlara sahib olmuşdur. Torpaq paylaşımı isə aşağıdakı kimi olmuşdur:

Bundan başqa konqres dövründə Fransanın etdiyi pərdəarxası işlər nəticəsində. müqavilədə olmadığı halda 3 il sonra Tunis fransızlar tərəfindən işğal edilmiş, əsas kimi də Berlin müqaviləsi göstərilmişdir.

Krit, Şərqi BəyazitAlaşkert bölgələri Osmanlıya buraxıldı.[4]

Etnik azlıqlar məsələsi

Osmanlı imperiyası, Vilayət-i Sittə adlanan Şərqi Anadoludakı bölgələrdə ermənilər lehinə islahatlar edəcəkdi. Ancaq qanunlara görə ermənilərin sayları bəs etmədiyi üçün ayrıca bəylik qura bilmədilər. Buna bənzər islahatlar Manastr əyalətində də reallaşdırılmalı idi ( Bu iki maddə heç vaxt həyata keçirilmədi).

Nəticə

İstinadlar

  1. Берлинский конгресс (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1892. Т. IIIа. С. 544–545.
  2. Берлинский конгресс (rus.). // Военная энциклопедия СПб: Иван Дмитриевич Сытин, 1911. Т. 4. С. 503–505.
  3. Krasner, Stephen D. Arxivlənmiş surət. Princeton University Press. 1999. səh. 31. ISBN 0-691-00711-X. 2016-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
  4. Schem, Alexander Jacob. Chapter IX [Third Book]: The Berlin Congress // War in the East: An Illustrated History of the Conflict Between Russia and Turkey, With a Review of the Eastern Question. H.S. Goodspeed & Co. 1878. 685–700.
  5. Bogaert, Sina Van den. "Berlin Congress (1878)". Max Planck Encyclopedia of Public International Law [MPEPIL]. 2018-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.