Berinq boğazı tuneli

Berinq boğazı tuneli - Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək tunel.

Tunel Berinq boğazının dibindən keçərək ABŞ-ni Rusiya ilə birləşdirəcək. 22 avqust 2011 tarixində Rusiya tunelin inşasına dəstək verəcəyini bildirib. Nyu-Yorkdan başlayıb AsiyaAvropanı keçərək Londonda sona çatacaq bu nəqliyyat layihəsinin ümumi dəyərinin 60 milyard dollar olduğu bildirilir. 106 kilometr uzunluğunda tunelin inşası ilə qlobal nəqliyyatın yüzdə üçü buradan keçəcək və illik qazanc 7 milyard olacaq. Dünyanın ən uzun dəmir yolu xətti layihəsi olaraq təyin olunan tuneldən sərnişin və yük daşınması həyata keçiriləcək[1].

Rusiyanın şimalındakı Böyük Diomed adasından ABŞ-nin Kiçik Diomed adası arasında tikiləcək tunelin çatışmayan cəhəti Alyaskada dəmir yol xəttinin olmamasıdır[1].

Bu layihə 100 ildir ki, Rusiyanın gündəliyindədir. İlk dəfə 1905-ci ildə çar II Nikolay bu ideyanı irəli sürüb. I dünya müharibəsinin başlanması bu ideyanı həyata keçirməyə imkan verməyib. Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək bu layihə Şanxayda keçirilən World Expo 2010 Mədəniyyət Forumunda "Grand Prix" mükafatına layiq görülüb [1].

İstinadlar

  1. "Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək tunelin tikintisinə başlanılacaq.(23 Avqust 2011)". 2012-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-17.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.